• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
7-02-2026, 13:25

AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar


AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bu vəzifəyə təyin olunandan qurum çox sayda dövlət satınalmaları həyata keçirib.
Bu satınalmalarla bağlı dövlət satınalmalarının vahid internet portalı üzərindən araşdırma aparmışıq.
Portalda AYNA-nın dövlət satınalmaları ilə bağlı məlumatlar 2023-cü ildən başlayır. Anar Rzayev isə 2021-ci ildən AYNA-nın İdarə Heyətinin sədridir. Lakin elə 2023-cü ildən həyata keçirilən satınalma müsabiqələrinin sayı az deyil. Araşdırmalarımıza görə AYNA 2023-cü ildən bu yana 53 satınalma müsabiqəsi keçirib. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 28 952 180,66 manat təşkil edir.
Müsabiqələrdə qalib gələn şirkətlər isə aşağıdakılardır:

“Günteks” MMC

“Mixtoner” MMC

“Sülh” Firması

“Caspel” MMC

“Narıncı Nəşriyyat Evi” MMC

“A4 Ofis” MMC

“Baku Digital” MMC

“Az Software System” QSC

“GPS Solutions” MMC

“Alkn Group” MMC

“Eptal Group” MMC

“Kapital Security” QSC

“RR Travel Company” MMC

“Harmony Industrial Construction and Engineering Group” MMC

“Kila-Group” MMC

“Baker Tilly Audit Azərbaycan” QSC

“SMCS” MMC

“Embawood” MMC

“Green Cleaning” MMC

“Meqa Sığorta” ASC

“Var Construction” MMC

“Premium Təchizat” MMC

“Buz Tech” MMC

“RSM Azerbaijan” MMC

“Beetech” MMC

“Smartech System” MMC

“VK Group Construction” MMC

“Yol Xətt” MMC

“Yeni Fikir” MMC

“Best Auto Service” MMC

“İnnovativ Layihələr Mərkəzi” QSC

“Baku Textile Company” MMC

“Orqtex Servis” MMC

“Aztimont” ASC

“Olive Ads” MMC

“İntegral Plus” MMC

“Avto Texnika Detaling” MMC

Bu şirkətlər arasında deputata və keçmiş məmurlara məxsus biznes subyektləri də var. Hətta şirkətlər arasında etibarsız təchizatçılar siyahısına salınmışlara da rast gəlinir.

Nümunə olaraq “Aztimont” ASC-ni götürmək olar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Aztimont” ASC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. ASC-nin qanuni təmsilçisi Əliheybət Şirnovdur. ASC-nin adı bir neçə dəfə dəyişdirilib.
Şirkət 2011-ci ilədək “Sabirabad Tikinti-23” ASC, 2011-ci ildən 2021-ci ilədək “Azərtikinti-Quraşdırma-Servis-23” ASC, 2021-ci ildə isə “Aztimont” ASC adlandırılıb.
Satınalma müsabiqələrində aktiv iştirak edən bu şirkət ötən ilin sentyabr ayında etibarsiz təchizatçılar siyahısına salınıb. ASC cari ilin sentyabrına kimi satınalma müsabiqələrində iştirak edə bilməz. Şirkətin “qara siyahı”ya salınması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə baş tutub. Belə bir şirkətin AYNA ilə bağlanmış müqaviləni hansı səviyyədə icra etdiyi maraq doğurur.

Siyahıda diqqətçəkən şirkətlərdən biri də “Embawood” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən “Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur.

Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mebel sahəsində fəaliyyət göstərən “Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur.

Siyahıda şübhəli şirkətlər də var ki, onlardan biri “Var Construction” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Var Construction” MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan “Var Construction” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.
Bu şirkət Nərimanov Tibb Mərkəzinin yenidən qurulması və bərpası layihəni icra edir. İşlər hələ təhvil verilməyib. Halbuki artıq müəssisə hazır olmalı idi. Bu barədə bir müddət əvvəl mediada da məlumatlar tirajlanmışdı.

Şübhəli şirkətlərdən biri də “Harmony İndustrial Construction and Engeering Group” MMC-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan “Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. Bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir.
Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Hazırda isə şirkətin qanuni təmsilçisi Əlövsət Orucovun özüdür. Beləliklə, AYNA-nın 3 il ərzində keçirdiyi satınalma müsabiqələrində suallar doğuran kifayət qədər məqamlar var. Bunların daha dərindən araşdırılması isə müvafiq qurumların işidir.("Reportyor.info")

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az