• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
26-01-2026, 11:38

Təhsil sistemində ixtisas paradoksu: Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol

Təhsil sistemində ixtisas paradoksu: Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol


Azərbaycan təhsil sistemində aparılan islahatlar fonunda kadr təyinatları xüsusi diqqət mərkəzindədir. Lakin bəzi təyinatlar var ki, cəmiyyətə islahat ruhundan çox, cavabsız suallar təqdim edir. Bu qəbildən olan nümunələrdən biri də Anar Qədiməliyevin karyera yoludur. Rəsmi bioqrafiyaya əsasən, Anar Qədiməliyev:1999–2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr,2003–2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsili alıb.2013–2014-cü illərdə isə Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Proqramı və ABŞ-ın “Fulbright” Tələbə Proqramı çərçivəsində Florida Universitetində magistr təhsilini davam etdirib.
Mediatv.az xəbər verir ki, onun bütün ali təhsili kənd təsərrüfatı yönümlü mühasibatlıq və audit sahəsini əhatə edir.Təhsil menecmenti, pedaqogika, təhsilin idarə olunması, ümumi təhsil sistemi üzrə isə açıq mənbələrdə heç bir akademik baza görünmür. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin müdiri vəzifələrində çalışıb nəzarət sektorlarının müdiri vəzifəsində çalışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci tarixli əmrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 30 oktyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə Anar Qədiməliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. Görəsən paytaxtın ümumi təhsil sistemini idarə edən vəzifəyə təhsil sahəsi üzrə ixtisası olmayan şəxs hansı meyarlarla seçilib?

Son illər sürətlə yüksələn kadrların böyük əksəriyyəti,ya Azərbaycan Respublikasının Xaricdə Təhsil Dövlət Proqramı,ya da oxşar beynəlxalq proqramlar vasitəsilə xaricdə təhsil almış şəxslərdir.Şübhəsiz, xaricdə təhsil üstünlükdür.
Lakin sual olunur ki, xaricdə oxumaq avtomatik olaraq istənilən sahədə rəhbər vəzifəyə yol açmalıdırmı?İxtisas uyğunluğu niyə arxa plana keçir?
İllərlə məktəbdə, rayon və şəhər təhsil strukturlarında çalışan, pedaqoji təhsili olan kadrlar niyə kölgədə qalır?
Əgər meyar sadəcə “xaricdə təhsil”dirsə, bu zaman təcrübə, sahə biliyi və peşə uyğunluğu hansı rolu oynayır?
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 29.2-də bildirilir ki,Təhsil müəssisələrinin idarə olunması müvafiq ixtisas, pedaqoji və idarəetmə hazırlığı olan şəxslər tərəfindən həyata keçirilməlidir.Mühasibat uçotu üzrə yetişmiş kadrın ümumi təhsil sisteminin idarəçiliyinə gətirilməsi bu maddə ilə açıq ziddiyyət təşkil edir.
“Ümumi təhsil haqqında” Qanun Maddə 14.1 deyilir:Ümumi təhsil sahəsində idarəetmə orqanlarında çalışan rəhbər şəxslər müvafiq təhsil ixtisasına və sahə üzrə peşəkar təcrübəyə malik olmalıdırlar.Burada “xaricdə oxumaq” deyil, təhsilin idarə olunması üzrə bilik əsas götürülür.

Təhsil sistemi sıradan bir idarəetmə sahəsi deyil. Burada verilən qərarlar:minlərlə müəllimin taleyinə,yüz minlərlə şagirdin gələcəyinə,valideynlərin etimadına birbaşa təsir edir.

Bu səbəbdən təhsil idarəçiliyi xüsusi ixtisas, sahə biliyi və uzunmüddətli praktik təcrübə tələb edir. Mühasibat uçotu və audit üzrə yetişmiş kadrın bu sistemi hansı elmi-pedaqoji əsaslarla idarə etdiyi isə cəmiyyət üçün hələ də qaranlıq qalır.Bu təyinat bir şəxsin problemi deyil – bu, sistemin güzgüsüdür. Əgər təhsil sistemində rəhbər vəzifələrə təhsil sahəsindən kənar ixtisas sahibləri gətirilirsə, onda islahat anlayışı formal şüara çevrilir.Və ən vacib sual yenə ortadadır:
Görəsən Azərbaycan təhsilini nə vaxta kimi uyğunluğu izah olunmayan "karyera yüksəlişli" şəxslər idarə edəcək, peşəkar təhsilçilər kənarda saxlanılacaq?
Qarşı tərəfin cavab haqqını tanıyırıq//Mediatv.az//
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az