• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
17-01-2026, 08:54

“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” - 63 yaşlı şikayətçi

“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” - 63 yaşlı şikayətçi


"Dünyagöz" klinikasında əməliyyat olunan Bakı sakini 1962-ci il təvəllüdlü O.Hacıyev bir gözünün görmə qabiliyyətini itirdiyini deyir.

NyusAz xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən şikayətçi gözünün kor olmasında klinikanın baş həkimi Kənan Yıldırımı ittiham edib.

Onun sözlərinə görə, 2024-cü ilin may ayında Kenan Yıldırım tərəfindən sol gözündə katarakt əməliyyatı icra edilib: "Əvvəl tibbi müayinə ilə 30 faiz görmə qabiliyyətinə malik gözüm əməliyyatdan bir neçə gün sonra tamamilə kor oldu. Bizə məlum oldu ki, həkimlər gözün ilkin müayinəsində sol gözümdə drp-torlu qişada qanaxmalar olduğunu və həmin qanaxmaların Rubeozis İridis və Qlaukoma xəstəliyinə səbəb olduğunu müəyyən etməyiblər. Bunlar həkim tərəfindən zəruri müalicə tələb edib və əməliyyatın yolverilməz olduğunu bilsələr də, buna əməl etməyiblər".

O.Hacıyev əlavə edib ki, əməliyyatdan sonra sol gözündə ağrılar başlayıb və göz təzyiqi artıb: "Bununla bağlı olaraq başqa göz həkimlərinə müraciət etdik. Bütün həkimlər birmənalı olaraq bildirdilər ki, gözümdə katarakt əməliyyatı icra edilməməli idi. Belə ki, həmin dövrdə, yəni mənim "Dünyagöz" xəstəxanasında ilkin müayinəmdə sol gözümdə drp-torlu qişada qanaxmalar olub və həmin qanaxmalar Rubeozis İridis və Qlaukoma xəstəliyinə səbəb olub. Hansı ki, həkim Kenan Yıldırım tərəfindən ilk növbədə göz dibi lazer olunmalı, sonra isə katarakt əməliyyatı olunmalı idi. Məhz baş həkim Kenan Yıldırımın səhvi nəticəsində sol gözüm ömürlük kor olub. Araşdırma zamanı təyin edilmiş Komisyon məhkəmə tibb ekspertizasının 22.09.2025-ci il tarixli KEŞ-786 nömrəli ekspert rəyində göstərilib ki, mütəxəssis müayinəsinə əsasən, OS sol göz PC İOL Retropupilar pozisiyalı Paul implantı, buynuz qişa şəffaf, iris kökündə rubeozis iris, arxa seqmentdə lazer spotları, yüksək risk PDR, C/D=1,0 tam atrofık optik sinir, periferiyaya yayılmış NVE müşahidə olunur, sol gözdə görmə qabiliyyəti isə işıq duyğusudur. Buna səbəb isə göz dibinin katarakta əməliyyatından əvvəl panretinal fotokoaqulasiyanın olunmaması, katarakta əməliyyatı zamanı və ya əməliyyatdan sonra qlaukoma əməliyyatının icra edilməməsi olub".

Şikayətçi bildirib ki, baş vermiş hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna müraciət ediblər və ekspertizalar təyin edilib: "Ekspertiza 3 dəfə rəy verərək atamın gözünün həkim səhlənkarlığı ucbatından kor olduğunu bildirib. Lakin prokurorluq müxtəlif əsaslar gətirərək Kenan Yıldırım barəsində Cinayət Məcəlləsinin 314-c2 (Səhlənkarlıq) maddəsi ilə işin açılmasını hər dəfə rədd edir".

Məlumat üçün bildirək ki, Səbail Rayon Prokurorluğu şikayətçiyə məktub göndərərək onların müraciəti ilə bağlı cinayət işinin açılmasının rədd edildiyini, məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə biləcəklərini qeyd edib.

İttihamlarla əlaqədar "Dünyagöz" klinikası ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirilib ki, O.Hacıyev 3 may 2024-cü il tarixində sol gözdə az görmə şikayəti ilə xəstəxanaya daxil olub: "Uzman doktor Kənan Yıldırım tərəfindən aparılan mikroskopik müayinə nəticəsində sağ gözdə görmə eynəklə 1.0 (tam), eynəksiz 80% və sol gözdə görmə Ə.H (əl hərəkəti) səviyyəsində aşkar edilib. Sağ gözdə başlanğıc katarakt, sol gözdə ifrat yetişmiş katarakt aşkarlanıb. Sağ gözün fundusunda diabetik retinapatiya, sol gözün fundusu aydınlanmayıb. Xəstəyə olunan USG müayinəsində retina dekolmanı və Vitreus hemorragiyası müşahidə edilməyib. Əməliyyatdan sonra görmənin artmaya biləcəyi ikinci bir əməliyyata ehtiyac ola biləcəyi, diabetik retinopatiya ilə əlaqədar olaraq lazım gələrsə, Avastin inyeksiyası ve ya Arqon lazer fotokoqulasiya oluna biləcəyi xəstəyə izah edilib. Sol gözə katarakt əməliyyatı məsləhət görülmüş, amma göz dibi aydın görünmədiyi üçün əməliyyatdan sonra görmənin çox artmaya biləcəyi barədə məlumat verilib".

Klinikanın açıqlamasında qeyd edilib ki, katarakt əməliyyatı mayın 6-da icra edilib: "Əməliyyat sonrası yoxlanışında heç bir fəsad aşkar edilməyib. Xəstənin görməsi Ə.H səviyyəsindən 0.3 səviyyəsinə yüksəlib. Aparılan müayinədə Fundus Preproloferatif diabetik retinopatiya aşkar edilib. OCT müayinə nəticəsində Makuler ödem aşkar edilməyib. Xəstəyə şəkərini nəzarətdə saxlaması və 3 ay sonra təkrar müayinəyə gəlməsi məsləhət görülüb. Lakin xəstə müayinəyə gəlməyib və bu müddət ərzində şəkərinin hansı səviyyədə olduğu bilinməməkdədir. 6 ay sonra 18 noyabr 2024 cü il tarixində vətəndaş təkrar müayinə üçün xəstəxanamıza müraciət edib. Müayinə zamanı xəstənin sol gözündə görmə 0.3 səviyyədə, təzyiq 58 ölçümü göstərib. Aparılan ön seqment müayinəsində Korneada diffüz epitel ödəm və irisdə neovaskularizyon aşkar edilib. İlkin müdaxilə olaraq 300 CC mannitol qoşulub. Daha sonra xəstə göz şikayətinə uyğun retinoloq həkimə yönəldilib. Həkim müayinə edərək ilk etapda xəstənin sol gözünə avastin inyeksiyası, 1 həftə sonra arqon lazer müdaxiləsi məsləhət görüb. Lakin xəstə xidmət almadan xəstəxanadan gedib və ondan sonra müraciət etməyib. Nəticə olaraq bildirim ki, xəstə bizim xəstəxanaya ilk gəldiyi tarixdə - 3 may 2024-cü ildə sol gözdə görməsi əl hərəkəti səviyyəsində olub, əməliyyatdan sonra isə son gəldiyi 18 noyabr 2024-cü il tarixində görmə 30% səviyyəsində aşkar edilib. Səbail Rayon Prokurorluğunda aparılan araşdırma zamanı keçirilən tibbi ekspertiza zamanı müəyyən edilib ki, pasiyent üzərində digər tibb müəssisəsində tibbi müdaxilə-əməliyyat olub".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az