• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
7-01-2026, 17:24

Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-İmtahan tam mənası ilə alver predmetinə çevrilib

Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-İmtahan tam mənası ilə alver predmetinə çevrilib

Universitetdə vəzifələr açıq şəkildə satış predmetinə çevrilib. Müəllim, laborant, hətta texniki işçi yerlərinin siyahıları tərtib olunur, rəhbərliyə təqdim edilir və bu yerlər üzərində faktiki hərrac qurulur.

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

Aktuallığını nəzərə alıb, yazını

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov əvvəlki illərdə, heç olmasa görüntü xatirinə, imtahan sessiyalarından əvvəl akt zalında tələbələrlə görüş keçirirdi. Həmin görüşlər formal, bəzən hətta yalançı da olsa, tələbələrin problemlərini dinlədiyini göstərmək üçün təşkil olunurdu. Tələbələr də bu fürsətdən istifadə edib üzləşdikləri çətinlikləri səsləndirirdilər. Ancaq bu imtahan sessiyası dövründə rektor nəinki görüş keçirmədi, ümumiyyətlə tələbələrdən tam şəkildə gizləndi. Hazırda rektorun qəbul günü yoxdur, bir nəfər tələbə belə qəbul edilmir. Universitetdə rektora çatmaq mümkünsüz hala gətirilib.

Rektorun qəbul otağına açıq-aşkar sipər çəkilib. Həmin sipərin arxasında isə Gəncə Regional Kollecinin direktoru vəzifəsindən qovulmuş İlqar Kubışev oturdulub. Qəbula və ya şikayətə gələn insanlar bu şəxsin qarşısında alçaldılır, müxtəlif bəhanələrlə geri qaytarılır, bəzən isə açıq təhqirlərlə qapıdan qovulur. Universitet rəhbərliyinə çıxış bilərəkdən bağlanıb, tələbə və vətəndaşla rəhbərlik arasında süni divar yaradılıb.

Rektor sanki vəzifədə son günlərini yaşadığını anlayaraq, artıq heç nədən çəkinmir. Universiteti talan ediləcək obyekt kimi görür. Qapısında ... birini oturdub insanları təhqir etdirməyi adi hala çevirib. Açıq göstəriş verilir: “Heç kimi içəri buraxmayın, kim gəlirsə qovun.” İlqar Kubışev isə bu işin adamıdır. O, əvvəllər də müxtəlif “başqa işlərdə” məhz qapıda dayanaraq, insanları süzmək, sıxışdırmaq və yolunu kəsməklə bu “etimadı” qazanmış bir fiqurdur.

Hər yerdən qovulmuş bu şəxs indi başına jele çəkib Gəncə Dövlət Universitetində ştatdankənar prorektor kimi yerləşdirilib. Universitetdə bütün çirkli mexanizmlərin mərkəzində məhz o dayanır. Siyahıların ötürülməsi, razılaşmalar, “ötür-ötür” oyunu onun nəzarəti altında həyata keçirilir. Özünü faktiki rektor kimi aparır: hamıya irad tutur, ağıl verir, təhqir edir, göstərişlər paylayır, rəsmi səlahiyyəti olmadığı halda qərarlar qəbul edir. Kollecdə yarımçıq qalmış bütün “işlərini” indi universitet mühitində davam etdirir.

Universitetdə vəzifələr açıq şəkildə satış predmetinə çevrilib. Müəllim, laborant, hətta texniki işçi yerlərinin siyahıları tərtib olunur, rəhbərliyə təqdim edilir və bu yerlər üzərində faktiki hərrac qurulur. Burada artıq normal idarəetmədən söhbət gedə bilməz. Açıq maliyyə piramidası yaradılıb. Universitetdə baş verənlər yalnız rəhbərlik və müəyyən şəxslərlə məhdudlaşmır, artıq bu biabırçılıq bütün tələbələrə belə məlumdur.

İmtahanlarla bağlı siyahılar və yığılan pullar birbaşa İlqar Kubışevə verilir. O da bu siyahıları rektora ötürür. Daha sonra rektorun kabinetində siyahılar “emal” olunur, haqq-hesab dəqiqləşdirilir. Bundan sonra həmin siyahılar İnnovasiyalar Departamentinin direktoru Vasif müəllimə göndərilir və sistem üzərindən tələbələrin qiymətləri düzəldilir. Universitetdə imtahan anlayışı tam mənası ilə alver predmetinə çevrilib.

Bu vəziyyət artıq dözülməz həddə çatıb. Gəncə Dövlət Universiteti elm və təhsil ocağı olmaqdan çıxarılaraq şəxsi maraqların, alverin və özbaşınalığın meydanına çevrilib.

Biz artıq dərəcədə tələb edirik ki, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət qurumları bu biabırçılığa dərhal müdaxilə etsin, universitetdə baş verənlər ciddi şəkildə araşdırılsın və məsul şəxslər qanun qarşısında cavab versin.

Yazıda adları çəkilən tərəflərin cavab haqqını tanıyırıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az