• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
7-01-2026, 08:36

Prezidentdən yerlərdə idarəetmə dəyişikliyi anonsu

Prezidentdən yerlərdə idarəetmə dəyişikliyi anonsu


Xüsusi nümayəndəlik modelinin bütövlükdə ölkəyə tətbiq edilə biləcəyi gündəmdə
Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər. Bu, idarəetmədə dəyişiklik anonsu hesab edilə bilərmi?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin perspektivdə bütövlükdə ölkə miqyasında tətbiq oluna biləcəyi ilə bağlı səsləndirdiyi fikir dövlət idarəçiliyinin gələcək trayektoriyasına dair ciddi mesajdır: “Bu yanaşma həm institusional təcrübənin nəticəsi, həm də postmünaqişə dövründə formalaşan yeni idarəetmə fəlsəfəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modeli klassik inzibati-bürokratik yanaşmadan fərqli olaraq, mərkəzləşdirilmiş strateji qərarvermə ilə çevik icra mexanizmlərinin vəhdətinə əsaslanır. Burada əsas prioritetlər təhlükəsizlik, sürətli bərpa, resursların optimal bölgüsü və nəticəyönümlü idarəetmədir. Prezidentin xüsusi nümayəndəlik institutu faktiki olaraq paralel və ağır bürokratik zəncirləri aradan qaldıran, birbaşa məsuliyyət və hesabatlılıq mexanizmi yaradan model kimi çıxış edir. Bu isə idarəetmədə vaxt itkisini minimuma endirir, qərarların icra məsuliyyətini fərdiləşdirir və dövlət siyasətinin təcrübədə real nəticələr verməsini təmin edir. Bu baxımdan, Prezidentin səsləndirdiyi fikir idarəetmədə dəyişiklik anonsu kimi də qəbul edilə bilər. Lakin bu, inqilabi deyil, təkamül xarakterli dəyişiklikdir. Burada söhbət mövcud dövlət idarəetmə sisteminin tamamilə ləğvindən deyil, daha çox səmərəli işləyən mexanizmlərin geniş miqyasda tətbiqindən gedir”.



Elçin Mirzəbəyli

Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərdi ki, düzgün seçilmiş kadrlar, mərkəzi siyasi iradə ilə yerli icra arasında birbaşa əlaqə və institusional çeviklik qısa müddətdə ciddi nəticələr doğura bilir: “Təcrübədən çıxış etsək, belə bir idarəetmə yanaşmasının ölkə üzrə tətbiqi müsbət effekt verə bilər, lakin bu proses mexaniki şəkildə deyil, diferensial yanaşma əsasında həyata keçirilməlidir. Azad edilmiş ərazilər faktiki olaraq “idarəetmə laboratoriyası” rolunu oynayır. Burada yeni texnologiyalar, rəqəmsal həllər, planlaşdırma və nəzarət mexanizmləri sınaqdan keçirilir. Bu təcrübənin bütün ölkəyə şamil edilməsi isə regionların sosial-iqtisadi xüsusiyyətləri, yerli idarəetmə ənənələri və institusional hazırlıq səviyyəsi nəzərə alınmaqla mərhələli şəkildə aparıla bilər.

Bu prosesdə əsas müsbət effekt ondan ibarət ola bilər ki, idarəetmədə nəticəyönümlülük və məsuliyyət anlayışı güclənsin, qərarların icra məsafəsi qısalsın, məmur-vətəndaş münasibətlərində səmərəlilik artsın. Eyni zamanda, mərkəzi icra hakimiyyəti ilə yerli idarəetmə təsisatları arasında koordinasiya daha sistemli xarakter alsın. Bu isə dövlətin strateji məqsədlərinin icrasında fragmentasiya risklərini azalda bilər.

Digər tərəfdən, bu modelin uğuru siyasi iradənin davamlılığı və institusional balansın qorunması ilə birbaşa bağlıdır. Güclü mərkəzləşmə effektivlik yaratsa da, paralel olaraq nəzarət, şəffaflıq və hüquqi çərçivə mexanizmlərinin gücləndirilməsi zəruridir”.

Elçin Mirzəbəyli vurğuladı ki, beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi yanaşma idarəetmədə dəyişiklikdən daha çox, dövlət idarəçiliyinin keyfiyyət mərhələsinin dəyişməsi ilə bağlı siyasi baxışı və iradəni ifadə edir. Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərir ki, düzgün qurulmuş, çevik və məsuliyyətə əsaslanan idarəetmə modeli real nəticə verir. Bu təcrübənin ölkə miqyasında tətbiqi isə müasir çağırışlar fonunda zəruri görünür. Burada əsas məsələ bu dəyişikliklərin hansı məntiq, hansı dəyərlər və hansı institusional mexanizmlər üzərində qurulacağıdır. Bu günə qədər əldə olunan təcrübə və göz önündə olan nəticələr onu deməyə əsas verir ki, idarəetmədə islahatlarla bağlı vahid baxış bucağı və yol xəritəsi var”“Yeni Müsavat”

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az