• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı
  • 03-06-2026 Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"
  • 03-06-2026 Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
  • 03-06-2026 "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
  • 03-06-2026 “Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
  • 03-06-2026 Tramp Tehranla bağlı xəbərləri təkzib etdi
  • 03-06-2026 Naxçıvandakı ağır qəzada ölənlərin sayı artıb
  • 03-06-2026 TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir - Marko Rubio
  • 03-06-2026 İctimai nəqliyyat ödənişlərində yenilik
  • 03-06-2026 "34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"
  • 02-06-2026 Dünyanın ən dəyərli klubları bilindi
  • 02-06-2026 Bu gün maşınla yola çıxanların DİQQƏTİNƏ

XƏBƏRLƏR

    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
    Qarşıdakı 5 illə bağlı alimlərdən XƏBƏRDARLIQ
    Hər gün 2 qaşıq yeyin, görün nə olur...
    “Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
7-01-2026, 08:27

Ağ Ev dünyanı öz maraqlarına uyğun bölüşdürür: ABŞ təkbaşına planetin yarısını ələ keçirtməyə can atır

Ağ Ev dünyanı öz maraqlarına uyğun bölüşdürür: ABŞ təkbaşına planetin yarısını ələ keçirtməyə can atır

“Venesuela əməliyyatı”ndan sonra Kreml neft gəlirlərindən məhrum olacaq və Rusiyanın Ağ Evdən verilən Çinlə münasibətləri məhdudlaşdırmaq tələblərinə müqavimət göstərmək şansı qalmayacaq... Nəticədə Kreml üzləşdiyi maliyyə-iqtisadi itkiləri ABŞ şirkətlərinin Rusiya bazarına girməsiylə kompensasiya etmək məcburiyyətində qala bilər ki, elə bu da Ağ Ev qarşısında əlavə asılılıq faktoru deməkdir...
Qlobal məkanda qeyri-müəyyən situasiya yaranıb. Artıq beynəlxalq hüquq normaları öz əhəmiyyətini böyük ölçüdə itirmiş kimi görünür. Ona görə də, qlobal siyasi sistem də indi olduqca ciddi böhran içərisindədir. Belə ki, Ukrayna savaşına qədər mövcud olmuş dünya düzəninin ənənəvi qaydaları artıq işləmir. Hətta müşahidələrə görə, BMT-nin fəaliyyəti də indi daha çox formal xarakter daşıyır. Və dünyanın bu ən nüfuzlu qurumu tədricən dağılma prosesinə doğru irəliləyir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər mövcud olmuş dünya düzəninin sözün əsl mənasında, dağılma mərhələsinə daxil olması qlobal məkan üçün olduqca ciddi problemdir. Çünki dağılmaqda olan düzəninin əvəzinə yeni qlobal sistemin yaranmaqda olduğunu göstərə biləcək hər hansı ciddi əlamət müşahidə edilmir. Yəni, qlobal məkanda “hüquqi vakum” yaranmağa başlayıb. Və bu, o deməkdir ki, yaxın perspektivdə dünyada qlobal xaosun hegemoniyası mövcud ola bilər.



Məsələ ondadır ki, qlobal tarazlığı təmin edən, bütün dünya dövlətləri üçün “qırmızı cizgiləri” müəyyənləşdirəm hərbi-siyasi və siyasi-iqtisadi faktorlar daha mövcud deyil. Bunun əvəzindədə, hazırda qlobal güc faktoru ön plana keçir. Yəni, yalnız güclü dövlətlər bundan sonra özlərini toxunulmaz hiss edə biləcəklər. Elə həmin dövlətlər də öz maraqlarına problem yaradan ölkələri təhdid edəcəklər. Və nəticədə güclülərin zəiflər üzərindəki hegemonluğu qaçılmaz xarakter daşıyacaq.

Təbii ki, belə situasiya qlobal məkanda daha təhlükəli proseslərin başlamasına yol aça bilər. Belə ki, belə qlobal xaos vəziyyətində dünyanın yenidən bölüşdürülməsinə ehtiyacın yaranacağı da qətiyyən şübhə doğurmur. Böyük ehtimalla yeni qlobal düzənin formalaşmasında da məhz dünyanın yenidən bölüşdürülməsi prosesi həlledici faktor rolunu oynaya bilər. Və bu baxımdan, müasir dünyanı böyük, həm də ağrılı kataklizmlərin gözlədiyini elə indidən təxmin etmək olar.

Maraqlıdır ki, dünyanın yenidən bölüşdürülməsinə yönəlik addımların artıq atılmaqda olduğu da müşahidə edilməyə başlayıb. Belə ki, Venesuela diktatoru Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən oğurlanması böyük qlobal kataqlizmlərin bağlanğıcı kimi görünür. Çünki bu hadisə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, ilk növbədə beynəlxalq hüquq normalarının tamamilə qüvvədən salınması ilə nəticələndi. Və indi Ağ Ev bununla Cənubi Amerika ölkələrinə ABŞ-ın himayəsi altında mövcud olmaq reallığı ilə barışmağın qaçılmaz olması ilə bağlı mesaj vermiş oldu.

Belə anlaşılır ki, “Venesuela variantı”na məruz qalmaq istəməyən bütün Cənubi Amerika ölkələri məhz Ağ Evdən verilən təlimatlara riayət etmək məcburiyyətində qala bilərlər. Ən əsasısa, həmin ölkələr öz təbii sərvətlərini də ABŞ-la paylaşmaq məcburiyyətində qalacaqlar. Yəni, Cənubi Amerika ölkələrinin təbii sərvətlərinin bundan sonra ABŞ iqtisadiyyatı üçün ucuz xammal rolunu oynayacağı elə bir ciddi şübhə doğurmur. Və bu, həmin ölkələrin təxminən yeni müstəmləkə vəziyyətinə salınmaq təhlükəsini də yaradır.

Ancaq ABŞ-ın hədəfləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, prezident Donald Tramp və digər Ağ Ev təmsilçiləri indi əsas diqqəti məhz Danimarkaya məxsus Qrenlandiyaya yönəltməyə başlayıb. Onlar hesab edirlər ki, Qrenlandiya istənilən halda, ABŞ-ın tərkibinə daxil olmalıdır və Ağ Ev buna nail olmaq üçün ən radikal addımları belə, atmağa hazırdır. Və bu, o deməkdir ki, indi Ağ Ev zorakı metodlarla başqa bir müstəqil dövlətin ərazisini ilhaq etmək niyyətində israrlıdır.

Maraqlıdır ki, prezident Donald Tramp ABŞ-ın daha böyük strateji hədəflərə malik olduğunu artıq qətiyyən gizlətmir. Belə ki, Ağ Ev sahibi planetin şimal yarımkürəsinin ABŞ-ın birbaşa maraq dairəsində olduğunu açıq mətnlə bəyan edib. Yəni, hazırda ABŞ-ın sərhəd qonşusu Kanada da daxil olmaqla, planetin şimal yarımkürəsində yerləşən ölkələr böyük təhlükə qarşısındadır. Və bu, birmənalı şəkildə Ağ Evin dünyanı ABŞ-ın maraqları çərçivəsində bölüşdürülməsi prosesinə artıq start verdiyini göstərir.


Göründüyü kimi, Ağ Ev ABŞ-ın təkqütblü dünyada şəriksiz hegemon qlobal güc olmasına çalışır. Venesuela əməliyyatının yalnız Cənubi Amerika dövlətlərini deyil, dünyanın əksər neft ölkələrini də hədəfə almış olduğu qətiyyən şübhə doğurmur. Belə ki, Venesuela neftinin ABŞ-ın nəzarəti altında yenidən dünya bazarlarına çıxarılması enerji resurslarının ciddi şəkildə dəyər itirməsinə yol aça bilər. Belə sarsıdıcı maliyyə-iqtisadi zərbəyə məruz qalmış neft ölkələrinin ABŞ-dan asılı vəziyyətə düşmə ehtimalı isə ciddi şəkildə artmış olacaq. Və bu baxımdan, hətta Rusiya belə, Ağ Evin tələbləri qarşısında aciz duruma düşə bilər.

Digər tərəfdən, son proseslər Çini də ciddi problemlərin gözlədiyini göstərir. Belə ki, Venesuela Çinin əsas enerji tərəfdaşları sırasına daxil idi. İndi rəsmi Pekin həm Venesuela, həm də digər Cənubi Amerika ölkələri ilə iqtisadi tərəfdaşlığı itirmək təhlükəsi qarşısındadır. Bu sıraya yaxın vaxtlarda Rusiyanın da əlavə oluna biləcəyi qətiyyən istisna deyil. Çünki neft gəlirləri minimuma enəcək Rusiyanın Ağ Evdən verilən Çinlə münasibətləri məhdudlaşdırmaq tələblərinə müqavimət göstərmək şansları ümidverici deyil. Və bunun qarşılığında Kreml ABŞ şirkətlərinin Rusiya bazarına girməsiylə kompensasiya etməyə çalışa bilər ki, elə bu da Ağ Ev qarşısında əlavə asılılıq faktoru deməkdir.

Nəhayət, bundan sonrakı mərhələdə Ağ Evin Avropa Birliyini də sıradan çıxartmağa çalışacağı qətiyyən istisna deyil. Bu qurumun mövcud formatda fəaliyyəti ABŞ-ın strateji maraqlarına ziddir. Ona görə də, Avropa Birliyini Ağ Evdən asılılıq həddinə qədər zəifləmək və ya tamamilə dağılmaq təhlükəsi gösləyir. Ağ Ev indiyə qədər qoca qitəyə münasibətdə məhz belə bir hədəfinin olduğunu qətiyyən gizlətməyib. Və bütün bunlar onu göstərir ki, Ağ Ev dünyanı yenidən bölüşdürməyə başlayıb, hələlik isə ABŞ planetin şimal yarımkürəsini tamamilə nəzarət altına almağa can atır.


“Yeni Müsavat”


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az