• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
24-12-2025, 12:58

 Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi

 Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi


Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 15.12.2025-ci ildə “SİMPLEX” QSC ilə odun yanacağının satınalınması üzrə birmənbədən satınalma metodu tətbiq etməklə 1.055.628 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Müqavilənin icra müddəti 31.10.2025 -30.12.2025-ci il müəyyən edilib.

Bundan əlavə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi də birmənbədən satınalma metodu tətbiq etməklə odun yanacağının satınalınması üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə 972.525 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 28.11.2025 -ci ildə dərc edilib.

Satınalmaların portalında dərc edilmiş məlumatlarda tenderin başlanma müddəti 30.09.2025-ci il, bitmə müddəti 30.12.2025-ci il göstərilir. Buradan sual yaranır. Sentyabr ayının 30 başlayan tender üzrə müqavilə niyə iki ay sonra bağlanır? Yaxud da sentyabr ayında bağlanmış müqavilə portalda niyə iki ay sonra, 28.11.2025 -ci ildə dərc edilir?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi odun yanacağının daşınması xidmətinin satınalınması üzrə birmənbədən satınalma metodu tətbiq etməklə “Qala Express” MMC ilə 1.560.550 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Müqavilənin icra müddəti 31.10.2025 -30.12.2025-ci il müəyyən edilib.

Satınalmaların portalında dərc edilmiş bu məlumatlardan göründüyü kimi Əsasli Tikinti Və Təchizat İdarəsi cari il oktyabr-noyabr aylarında odun yanacağının satınalınması üzrə birmənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 2 028 153 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Həmin odunların daşınması xidmətinə isə 1.560.550 manat xərcləyəcək.

Buradan ortaya suallar çıxır. Nazirliyin Əsasli Tikinti Və Təchizat İdarəsi odun yanacağının daşınması xidmətini nə üçün elə yanacağı aldığı təşkilatın, yaxud şirkətin üzərinə qoymayıb? Bu daha ucuz başa gəlməzdimi? Məsələn, elə ETSN-nin Regional İdarələrinin texnikaları ilə. Yaxud da regionlarda yük daşıma xidməti göstərən fiziki şəxslərlə müqavilə bağlansa daha ucuz başa gəlməzdimi?

Qeyd edək ki, “SİMPLEX” QSC-nin fəaliyyət sahəsi bəlli deyil. QSC yalnız dekabr ayında Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsi ilə ümumi dəyəri 17 709 007 manat olan 6 satınalma müqaviləsi bağlayıb. “Məktəblinin dostu” layihəsi üzrə tədbirlərin keçirilməsi üçün malların satınalınması üzrə 386.624,35, noyabr ayında keçiriləcək bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərin satınalınması üzrə 4.906.519,77 manat, ümumtəhsil müəssisələrinə “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması üzrə 7.426.836,17 manat, təhsil müəssisələrinə alternativ yanacaq vasitələrinin satınalınması üzrə 3.634.400 manat, okytabr ayında keçiriləcək bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərin satınalınması üzrə 299.000 manat dətyərində.

Göründüyü kimi “SİMPLEX” QSC Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsinə həm tədbirlərin keçirilməsi üçün mallar satır, həm də tədbirlərin təşkili ilə əlaqədar xidmətlər göstərir. Həm də qurumu odun və alternativ yanacaqla təmin edir. Bu isə o deməkdir ki, “SİMPLEX” QSC konkret odun təchizatçısı deyil və Əsasli Tikinti Və Təchizat İdarəsinin birmənbədən satınalma metodu ilə bağladığı müqavilə əsassızdır.

Bu məlumatlardan da göründüyü kimi rayonlarda orta ümumtəhsil məktəblərinin qızdırılması üçün Elm və Təhsil Nazirliyi tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Amma sosial şəbəkələrdə və elektron media resurslarında kənd sakinlərinin orta məktəblərdə uşaqların soyuqdan dönması, direktorlar tərəfindən odun pulu tələb olunması barədə kifayət qədər şikayətlərə rast gəlinir. Şikayətçilər bir çox kəndlərdə məktəblərin gün ərzində bir-iki saat qızdırıldığını iddia edir, odun yanacağına pul çatdıra bilmədiklərindən soyuq sinif otaqlarında uşaqlarının xəstələndiyini bildiriblər. Ortaya sual çıxır. Təhsil Nazirliyinin bu rayonlardakı orta məktəblərin qızdırılması üçün ayırdığı milyonlarla manat dövlət vəsaiti hara gedir?

Elm və Təhsil Nazirliyi tərəfindən kənd məktəblərinin isidilməsi məqsədi ilə odun yanacağının alınması üçün keçirilmiş tenderlərin dövlət vəsaitinin kənarlaşdırılması hallarına yol verildiyi açıq-aşkar görsənməkdədir. Burada quru odun yanacağının qiymətləri ya gizlədilir və yaxud da çox yüksək yazılır. Alınan odun yanacağının harada yandırıldığı isə sual altındadır. Hər kəsə bəllidir ki, rayon mərkəzlərindəki məktəblərin böyük əksəriyyəti qazanxanalar vasıtəsi ilə isidilıir. Kənd məktəbləri isə hələ də valideynlərdən toplanan pullar hesabına odun yanacağı almağa məcbur olurlar.

Qeyd edək ki, ölkədə təhsil müəssisələrinin ictiliklə təmin olunması məqsədi ilə keçirilmiş daha bir tender də diqqətimizi çəkdi. Belə ki, Elm və Təhsil Nazirliyinin Abşeron – Xızı Regional Təhsil İdarəsi ümumtəhsil məktəbləri, uşaq bağçaları və körpələr evlərinin binalarının istiliklə təmin olunması üzrə F.H.Abbasova və E.M.Abbasovun tam ortaqlı “Mahmud” Kəndli Fermer Təsərrüfatı ilə bir mənbədən satınalma metodu tərbiq etməklə 1.606.829,28 manat məbləğində satınalma müaviləsi bağlayıb.

Məlum olduğu kimi Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyinə Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərindəki ümumtəhsil məktəbləri, uşaq bağçaları və körpələr evləri daxildir. Göründüyü kimi Elm və Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyinə ümumtəhsil məktəblərinin istiliklə təmin olunmasına 1 milyon altı yüz min, amma ölkə üzrə yeri, ünvanı bəlli olmayan məktəblərin isidilməsinə 2 milyon manat vəsait ayırıb.

Qeyd edək ki, elektron mediada bu yaxınlarda ümumtəhsil məktəblərinin istiliklə təmin olunması ilə bağlı daha maraqlı bir məlumatı təhsil eksperti Elşən Qafarov açıqlamışdı. Ekspert, Salyanda baş verən son hadisənin (şagirdlərin tüstüdən zəhərlənməsi) pellet sobalarının məktəblərə qeyri-standart şəkildə quraşdırıldığını üzə çıxardığını vurğulayıb. Korrupsiya İddiaları: “Sobalar Elm və Təhsil Nazirliyinin yaxın adamlarının qeyri-rəsmi sexlərində (kustar sexlərdə) hazırlanır. Həmin sexlərdə hazırlanan və bazarda təxminən 50 manat dəyəri olan sobalar məktəblərə 350 manat qiymətlə sənədləşdirilərək quraşdırılıb. Sobaların texniki təhlükəsizlik baxımından ciddi problemlərə malik olması ilə yanaşı, istifadə olunan pellet yanacağı da keyfiyyətsizdir.”

Qeyd edək ki, bu gün respublikada kənd məktəblərinin qızdırılması valideynlər tərəfindən toplanan vəsaitlər hesabına həyata keçirildiyi heç kimə sirr deyil. Amma dövlətin bu məqsədlərlə ayırdığı milyonlarla manat vəsaitin haralara getdiyi bir sirr olaraq qalmaqdadır.

Aktualinfo.net

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az