• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı
  • 06-09-2026 Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
  • 06-09-2026 Qubada ağır qəza - Ölən və yaralananlar var
  • 06-09-2026 İran ABŞ gəmilərinə hücum etsə, tankerlərini məhv edəcəyik
  • 06-09-2026 Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 06-09-2026 Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
  • 06-09-2026 Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
  • 06-09-2026 "Qarabağ"da gözlənilməz ayrılıq
  • 06-09-2026 Ağdamda traktor minaya düşdü
  • 06-09-2026 Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
  • 06-09-2026 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
  • 06-09-2026 Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
  • 06-09-2026 Süleyman Şükürov Avropa çempionu oldu
  • 06-09-2026 Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
  • 06-09-2026 Tuğba Ekinçi saxlanıldı

XƏBƏRLƏR

    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
20-12-2025, 08:17

Süleyman Mikayılov bu dəfə həbsdən yayına bilməyəcək... - Qaradağda TİKİNTİ XAOSU

Süleyman Mikayılov bu dəfə həbsdən yayına bilməyəcək... - Qaradağda TİKİNTİ XAOSU


Qaradağ rayonu, Müşviqabad qəsəbəsinin “Qara dərə, qış otlaq sahəsi, kənd təsərrüfatı təyinatlı ərazi” adlanan ərazisi uzun müddətdir ki, nəzarətsiz və sistemli qanunsuzluqların mərkəzinə çevrilib. Fotolarda aydın görünən mənzərə göstərir ki, burada boy-boya tikilmiş və bu gün də sürətlə davam edən yaşayış evləri əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa olunub. Məsələ tək-tək faktlar yox, ardıcıl və planlı şəkildə aparılan proseslərdir.



Əldə olunan məlumatlara görə, sözügedən torpaq sahələrinin satışı eyni şəxslər – bir-biri ilə bacanaq münasibətində olan şəxslər tərəfindən həyata keçirilir. Bu torpaqlar həyətyanı sahə kimi təqdim edilən formal sənədlər üzərindən dövriyyəyə buraxılır, ardınca isə layihəsiz, icazəsiz və nəzarətsiz tikinti prosesi başlanır. Məlumatlar onu da göstərir ki, bu şəxslər prosesi təkbaşına yox, müxtəlif dövlət strukturlarında çalışan vəzifəli şəxslərin səssiz razılığı və ya dolayı dəstəyi ilə reallaşdırırla



Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların qorunması dövlətin birbaşa vəzifəsidir. Lakin “Qara dərə, qış otlaq sahəsi, kənd təsərrüfatı təyinatlı ərazi”ndə torpaqlar faktiki olaraq başıboş buraxılıb, təyinatı dəyişdirilmədən yaşayış zonasına çevrilir. Bu hal nəzarət mexanizmlərinin işləmədiyini, yaxud məqsədli şəkildə kənara çəkildiyini göstərir.



Bu proseslərdə Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin fəaliyyəti xüsusilə suallar doğurur. Torpaq sahələrinin kadastr uçotu, qeydiyyatı və təyinatına nəzarət bu qurumun səlahiyyətində olduğu halda, ərazidə baş verənlər necə izah edilə bilər? Cəmiyyətdə haqlı olaraq belə bir sual səslənir: bu qədər açıq pozuntular fonunda xidmətin rəhbəri Mətin Eynullayevin rəhbərlik etdiyi struktur nəyə görə susur?



Eyni tənqidlər Şəhərsalma və Arxitektura Komitəsinə də ünvanlanır. Yaşayış evlərinin planlaşdırılması, tikinti normalarına riayət edilməsi və şəhərsalma qaydalarına nəzarət bu qurumun əsas funksiyalarındandır. Buna baxmayaraq, kənd təsərrüfatı torpaqlarında kütləvi tikinti prosesinin qarşısı alınmır. Bu vəziyyət Komitənin rəhbəri Anar Quliyevin rəhbərlik etdiyi qurumun real nəzarət imkanları ilə bağlı ciddi suallar yaradır.

Qanunsuz tikintilərin təhlükəsizlik aspekti isə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin diqqətində olmalı idi. Lakin ərazidə mühəndis təhlükəsizliyi təmin olunmadan aparılan tikintilər fonunda bu qurumun da susqun mövqeyi tənqid edilir. İctimaiyyət haqlı olaraq sorur: bu proseslər idarənin müdiri Cəbrayıl Xanlarovun rəhbərliyi dövründə necə nəzarətsiz qala bilər?



Bütün bu mənzərənin fonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun mövqeyi ayrıca diqqət çəkir. Ərazi ilə bağlı illərdir mediada məlumatlar yayılır, qalmaqallar yaşanır, lakin əsaslı tədbirlər görülmür. Sosial mediada və açıq mənbələrdə aparılan kiçik araşdırmalar isə icra başçısının çoxsaylı mülklərə, bahalı avtomobillərə və geniş əmlak portfelinə malik olduğu barədə iddiaları gündəmə gətirir. Cəmiyyətdə belə bir sual formalaşır: bu sərvətlərin mənbəyi nədir və Qaradağda baş verən torpaq-tikinti prosesləri ilə hər hansı əlaqəsi varmı?

“Qara dərə, qış otlaq sahəsi, kənd təsərrüfatı təyinatlı ərazi”ndə baş verənlər təkcə bu ərazi ilə məhdudlaşmır. Oxşar qanunsuzluqların Ələt qəsəbəsində, Lökbatan qəsəbəsində, hətta bəzi hallarda qəbiristanlıqlara bitişik ərazilərdə belə müşahidə olunduğu barədə məlumatlar var. Xüsusilə yaşıllıq və kənd təsərrüfatı təyinatlı torpaqların məhv edilməsi ekoloji və sosial baxımdan ciddi risklər yaradır. Buna baxmayaraq, “Qara dərə, qış otlaq sahəsi, kənd təsərrüfatı təyinatlı ərazi” hazırda ən gərgin və sürətlə qanunsuzlaşan ərazi kimi seçilir və tikintilər bu gün də yüksək templə davam edir.

"DogruXeber.tv" olaraq bildiririk ki, növbəti araşdırma yazımızda bu prosesdə konkret hansı notariusun iştirak etdiyi və həmin notariusun hansı vəzifəli şəxsin övladı olduğu barədə faktlara əsaslanan məlumatlar təqdim olunacaq. Bu məlumatların açıqlanması Qaradağ rayonunda torpaq və tikinti sahəsində formalaşmış mexanizmin mahiyyətini daha aydın göstərəcək.

Ortaya çıxan mənzərə onu deməyə əsas verir ki, məsul qurumlar prinsipial mövqe sərgiləmədikcə, qanunsuz tikinti və torpaq talanı yalnız bir ərazidə yox, bütün rayon üzrə genişlənməkdə davam edəcək. “Qara dərə, qış otlaq sahəsi, kənd təsərrüfatı təyinatlı ərazi” isə bu prosesin ən bariz və təhlükəli nümunəsidir.













Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az