• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
17-12-2025, 08:29

İcra başçılarını “ipdən alan” qərar

İcra başçılarını “ipdən alan” qərar



Bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənir; gələn il İH-lərin ləğvi üçün referendum keçiriləcəyi iddiaları doğrula bilərmi?
Bakı şəhərinin rayonlarının bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək. “Qaynarinfo”nun məlumatına görə, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbayel, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində arıq bu yenilənmə olub.

Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili və ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək.

Başçının müavini sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, eləcə də memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna nəzarəti həyata keçirəcək. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Sənədlərlə və vətəndaş müraciətləri və hüquq və kadr məsələləri sektoru yeni şöbəyə tabe olacaq.

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin strukturunda da dəyişikliklər edilib. Bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. O da bildirilir ki, ixtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

Qeyd edək ki, icra hakimiyyətlərində son həbslərdən sonra bu strukturun birdəfəlik ləğvi mövzusu yenidən gündəmə gəlmişdi. Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ.Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.

Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama nəticəsində, icra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavə və dəyişikliklərin edilməsi ilə mümkündür.

Yola salmaqda olduğumuz ildə İH ləğvi üçün referendum keçiriləcəyi haqda iddialar təsdiqlənmədi; amma növbəti ildə nə olacaq, bunu indidən demək çətindir...



Natiq Cəfərli

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, rayon icra hakimiyyətlərində islahat aparmağın nə mənası, nə də faydası var: “Ona görə ki, bu yurum institusional olaraq köhnəlib və funksionallığını itirib. Biz əgər yerlərdə idarəçilikdə ciddi müsbət irəliləyişə nail olmaq istəyiriksə, bunu köhnəlmiş icra hakimiyyətlərində şöbələrin ixtisarı, birləşdirilməsi və hansısa icra başçılarını həbs etməklə çətin nail ola bilərik. Artıq təcrübə də göstərir bunu, nə qədər icra başçıları həbs edilsə də, yerlərdə vəziyyət istənilən kimi düzəlmir. Deməli, yerli özünüidarəetmə institutlarına keçid olmalıdır. Hesab edirəm ki, indiki eksperiment də bir gün bitəcək və rayonlarda icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə sisteminə keçidlə bağlı fundamental qərarlar qəbul olunacaq. Yəni sizin dediyiniz struktur dəyişiklikləri icra hakimiyyətlərinin ləğvi məsələsini tamamilə gündəmdən çıxarmaq hesab olunmamalıdır”. “Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az