• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
25-11-2025, 09:45

Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... - Rektor kölgədə... Vasif Həsənov meydanda...

[center]Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... - Rektor kölgədə... Vasif Həsənov meydanda...[/center]

Biz, Gəncə Dövlət Universitetinin çoxsaylı əməkdaşları olaraq, illərdir ki, bu ali təhsil ocağında dərinləşən özbaşınalıqlar, qeyri-şəffaf idarəçilik, qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlıqları və universitetin nüfuzunu yerlə bir edən şəxsi maraq şəbəkəsi barədə səsimizi qaldırırıq. Ancaq nədənsə heç bir tədbir görülmür. Bu gün universitet elə bir vəziyyətə düşüb ki, artıq susmaq həm mənəvi cinayətdir, həm də universitetin gələcəyinə xəyanətdir..." "Bu barədə "DİA-AZ"a GDU müəllimləri adından göndərilən müraciətdə deyilir.
MÜRACİƏTİN ƏVVƏLİ BURADA: GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
Müraciətdə daha sonra bildirilir: "İnnovasiyalar Departamenti adı altında yaradılan və içi boş şöbələr isə universitetin büdcəsini parazit qurdlar kimi soran başqa bir kanala çevrilib. Bu departamentin tərkibində fəaliyyət göstərən şöbələrin nə iş gördüyünü heç universitetin özü belə bilmir. Həmin əməkdaşlar kafedralara, dekanlıqlara öz işlərini gördürür, özləri isə günün çoxunu kabinetlərdə video izləməklə, boş vaxt keçirməklə məşğul olurlar. Amma məhz bu “boş şöbələr” professor-müəllim heyətindən iki-üç dəfə çox maaş alır. Kollektiv buna haqlı olaraq sual verir: Universitetin inkişafı üçün çalışan professor yoxsa kabinetdə kofe içib YouTube izləyənlər yüksək maaş almalıdır?
Layihələr adı ilə həyata keçirilən fəaliyyətdə isə vəziyyət daha biabırçıdır. Layihələrə ayrılan milyonlarla manat vəsaitin taleyi tam qaranlıqdır. Bu layihələrdən universitetin bir qəpik belə fayda görməməsi, amma “layihə qrupu” adı ilə eyni şəxslərin ilboyu xarici ölkələrdə turist kimi dolaşması hamını hiddətləndirir. Türkiyə, Yunanıstan, İspaniya, Fransa — bu ölkələr artıq həmin qrup üçün “işgüzar səfərlər” yox, əyləncə marşrutuna çevrilib.
İmtahan prosesi isə ayrıca bir faciədir. Test imtahanlarına tam nəzarət məhz Vasif Həsənovun əlindədir və tələbələr tərəfindən verilən məlumatlara görə, müəyyən ödəniş qarşılığında nəticələr dəyişdirilə bilir. Bu, nəinki universitetin nüfuzunu məhv edir, həm də Gəncə Dövlət Universitetinin diplomunun etibarlılığına ölümcül zərbə vurur.
Akkreditasiya zamanı baş verənlər isə artıq universiteti rəsmi şəkildə risk altına atır. Komissiya gələndə ən güclü, nüfuzlu müəllimlər kənara çəkilir, əvəzində ən zəif, ən hazırlıqsız kadrlar müsahibəyə təqdim olunur. Bu siyahıları da hazırlayan, elə Vasif Həsənovun özü və onun əlaltısı bir vaxtlar Gəncənin icra başçısı Elmar Vəliyevə universitetdən donos ötürən İsmayıl İsmayılovdur.
Onlar, bu zəif, təcrübəsiz müəllimlərin siyahısını komissiyaya verir. Sonra isə rektora deyir ki, görəsən bu siyahını komissiyaya kim verib??? Bu işdə bəzi müəllimləri, kafedra müdirlərini, dekanları günahlandırır. Daha sonra isə bu proses rektora qarşı təzyiq alətinə çevrilir: “Görürsünüz, universitet zəifdir? Mən nə qədər işləyirəm, əlimdən gələni edirəm, amma alınmır, çünki kafedra müdirləri və dekanlar işləmirlər. Problem müəllimlərdədir” Bu, açıq şəkildə manipulyasiyadır.
Daha acınacaqlısı odur ki, Vasif Həsənov müəllim kimi öz vəzifəsini belə yerinə yetirmir. O, İnformatika və cəbr kafedrasının müəllimi olsa da, ömründə bir saat belə dərs keçməyib, dərsləri ya boş qalıb, ya da kafedra müdiri İlqar Cabbarov tərəfindən başqa müəllimlərə əvəz etdirilib. Amma bütün bunlara baxmayaraq, rektor onu tədris işləri üzrə prorektor postuna təyin etdirmək istəyir. Bu, universitet tarixində görünməmiş məsuliyyətsizlikdir.
Universitetdə professor-müəllim heyəti 400–800 manat, Laborant heyəti 350 manat, Vasif Həsənova bağlı dəstə üzvləri 2000 manatdan yuxarı maaş alırlar. Universitetdə kimə nə qədər maaş verilməsi kimi məsələlər bu erməni əsilli şəxsin təklifi ilə həll olunur, professor-müəllim heyətinin maaşları qaldırılmır.
Bu vəziyyət əməkdaşlar arasında ədalətsizliyi artırır və universitetdə sosial gərginlik yaradır.
Biz - Gəncə Dövlət Universitetinin kollektivi – bildiririk ki, universitetimiz bu qaranlıq idarəçilikdən, qeyri-rəsmi təsir qruplarından, qohumbazlıqdan, layihə maxinasiyalarından, imtahan saxtakarlığından və şəxsi maraqlar naminə universiteti girov kimi istifadə edən şəxslərdən təmizlənməlidir.
Bu ali məktəb nə bir şəxsin şəxsi mülküdür, nə də bir qrupun rahat şəkildə maaş alıb gəzmək yeri. Bu universitet Azərbaycan təhsilinə xidmət etmək üçün yaradılıb — amma bu gün onun içi boşaldılıb, nüfuzu yerlə bir edilib, kollektivi isə əsəb və ümidsizlik içində qalıb.
Biz buradan rəsmi qurumlara, dövlət orqanlarına, təhsil strukturuna və bütün ictimaiyyətə səslənirik:
Gəncə Dövlət Universitetində baş verənlər araşdırılmalı, məsul şəxslər barəsində ölçü götürülməli, universitet yenidən şəffaf və ədalətli idarəçiliyə qovuşmalıdır.
Bu həm universitetimizin, həm Gəncənin, həm də Azərbaycan təhsilinin gələcəyi üçün vacibdir..."

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az