• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
24-11-2025, 06:13

İki müharibə və əsl Lider haqqında: bizə kimsə “işğalla barışmayın” demişdimi?..

İki müharibə və əsl Lider haqqında: bizə kimsə “işğalla barışmayın” demişdimi?..


Ukrayna Prezidenti Volodimir Zelenskinin nə qədər ağır durumda olduğunu bütün dünya müşahidə edir. Bu günlərdə o, ABŞ-ın sülh planı ilə bağlı Ukrayna xalqına müraciətində bildirdi ki, ölkəsi çox çətin seçim qarşısında qala bilər. “Bu, tariximizin ən ağır məqamlarından biridir. Hazırda Ukraynaya təzyiq ən yüksək həddədir. İndi Ukrayna çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski”, – Ukrayna prezidentİ xalqa müraciətində deyib. Zelenski seçim qarşısında qaldığını bu şəkildə ifadə edub: “Ya mürəkkəb 28 bənd, ya da son dərəcə ağır qış və əlavə risklər”.

Bəli, acınacaqlı vəziyyətdir. 2022-ci ilin fevralından başlayan Rusiya – Ukrayna müharibəsinin bu qədər uzun çəkəcəyini və hansısa məqamda Zelenskinin belə çıxılmaz durumla üz-üzə qalacağını çoxları proqnozlaşdırmırdı. Axı, Rusiyaya qarşı mübarizədə Ukraynaya Qərb dünyası dəstək verirdi. Həm də ümid verirdilər, onlar üçün döyüşən Ukraynaya...Keçən il “Qələbə planı”nın ilk bəndi olaraq NATO-ya üzvlük hədəfini elan edən prezident Zelenski üstündən 14 ay keçəndən sonra Ukrayna xalqına çox ağır seçim qarşısında qaldığını bəyan edir.

ABŞ-ın 28 bəndlik yeni sülh planında Donbas ərazisinin bir hissəsinin Rusiyaya verilməsi, Ukraynaya və Avropa İttifaqına uzunmüddətli təhlükəsizlik təminatlarının təqdim edilməsi, ordunun sayının azaldılması, uzaqmənzilli silahlardan imtina və digər güzəştlər əksini tapır. Hətta Rusiyanın hələ işğal etmədiyi ərazilərin də verilməsi təklif edilir yüz minlərlə qurban vermiş Ukraynaya! Bəs, harda qaldı Qərb ədaləti? Zelenskini ayaq üstə alqışlayan Avropa təşkilatlarının səsi niyə çıxmır? O alqış nə idi, bu sükut nədir? Ukrayna xalqını və prezidentini həm də özlərinin xilası naminə Rusiyaya yem eləyən Qərb demokratlarınin səsi niyə kəsilib?




Əslində onların gerçək siması Azərbaycana yaxşı tanışdır. Qarabağın işğalda olduğu on illiklər ərzində Ermənistana yox, Azərbaycana qarşı təzyiqlər davamlı xarakter almışdı. Azərbaycanla aparılan danışıqlarda bizi “reallıqla barışmağa” sövq etmək istəyirdilər. Ən müxtəlif istiqamətlərdən hücuma keçib, bizi ermənilərə uduzdurmağa çalışırdılar, Ermənistana və separatçılara milyonlarla yardım edirdilər. Amma o illər ərzində Ermənistanın işğalçı və terrorçu siyasətini müdafiə edənlərin qarşısında GÜCLÜ LİDER var idi. Prezident İlham Əliyev ayrı-ayrı vaxtlarda Qarabağla bağlı ölkəmizə təzyiqlərin olduğunu vurğulasa da, heç zaman ümidsiz olmadı, Azərbaycan xalqına xitabən “bizim qarşımızda iki yol var”- məzmunlu, ruh düşkünlüyü üzərində köklənmiş çıxış etmədi, hər zaman prinsipiallığını, qətiyyətini, inamını qorudu, Zəfər qazanacağımıza inanmayanlarda belə, inam aşıladı.

Məhz buna görə də 30 illik sülh danışıqlarında heç nəyə nail ola bilməyən, yaxud nail olmaq istəməyən beynəlxalq təşkilatlar, bır sıra aparıcı paytaxtlar İlham Əliyevin Ordusunun və Xalqının 44 günə qazandığı tarixi qələbənin şokunu yaşadılar. Onların bir çoxu hətta son illərədək qələbəmizi həzm edə bilmirdilər. Bu qələbəyə İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycan uzun illərdir yol gəlirdi. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünə dodaq büzənlər sonradan bunun nə qədər uzaqgörən siyasət olduğunu qəbul etməyə başladılar. İlham Əliyev əvvəlcə Azərbaycanın qələbəsinə mane ola biləcək bloklara qoşulmama mövqeyini seçdi, ölkəmizin neytrallığını qorudu və “Ya Allah, bismillah” deyib də, xaqlımızın birliyi, ordumuzun gücü-qüdrəti ilə Vətən uğrunda müqəddəs savaşa qərar verdi.

Ukraynanı NATO-ya, Avropa İttifaqına üzv edəcəklərini vəd edib, əvvəlcə Krımın ilhaqına şərait yaradanlar daha sonra ölkənin darmadağın olunmasına, minlərlə uşağın (!!!) yoxa çıxmasına görə məsuliyyət daşıyırlar! Amma bu məsuliyyətin bir hissəsini də Ukraynanın keçmiş və indiki rəhbərliyi daşıyır. Onlar Rusiyanı tanımırdılarmı? Rusiyanın siyasəti ilk gündən bəlli olub: qonşuluğunda NATO və Avropa İttifaqı üzvünü görmək istəməyən Kreml aşkar şəkildə təhdid edirdi. 90-cı illərdə Ukraynanı nüvə silahlarından məhrum edən “Qərb demokratları” 21-ci əsrdə bu ölkəni heç olmasa normal hava hücumundan müdafiə silahları ilə təmin etsəydilər, vəziyyət fəlakətli hala çatmazdı. Amma axı, bu reallığı Ukrayna rəhbərliyi də görməli idi...Bu gün Ukraynanı kapitulyasiya sənədinə imza atmağa vadar etmək istəyirlər. Aylar öncə “Rusiyaya vaxt verildi”, deyib hay-küy salanlar indiki durumla bağlı hansı fikirdədir? İndi Ukrayna prezidentinin qarşısına qoyulan təslimçilik aktının adını nə qoyacaqlar?



Avropa İttifaqına üzv ölkələrin səfirlərinin Azərbaycan Prezidenti ilə keçirdikləri görüşləri xatırlamaq yerinə düşər. O zaman dövlətimizin başçısı gəlişigözəl sözlər söyləyən, Azərbaycan üçün qurumu cəlbedici göstərməyə çalışanlara öz şərtini xatırladırdı. Bəyan edirdi ki, Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, həmçinin paytaxtlarla münasibətlərin təməlində ölkəmizin ƏRAZİ BÜTÖVLÜYÜNƏ münasibət dayanır! Yəni kim Azərbaycanın ərazi bütövlüyünün təminatına qarşı mövqe sərgiləyəcəksə, onunla bu gündən yox, dünəndən əlaqələrimiz kəsilmiş olur, məsələ bu qədər qəti! Prezident İlham Əliyev imkan vermirdi ki, kimlərsə onunla diqtə ilə danışsın, kimsə onu seçim qarşısında qoysun, hansısa şərtləri təqdim etsin, əksinə, özü diqtə edirdi, şərt irəli sürürdü! Lider belə olar və Lider Odur!!!

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Trampın görüşlərini xatırlayırıq. Dəhşətli işğala mərüz qalmış ölkənin başçısını niyə kostyim geyinmədiyinə görə az qala ələ salırdılar. Növbəti görüşdə də müzakirə mövzuları sırasında kostyum məsələsi var idi. Zelenski ilə elə danışılırdı ki, bir anlıq zənn edirdin Ukrayna Rusiyanı işğal edib...

Dünyanın bir saylı ofisinin rəhbərinin Azərbaycan Prezidenti ilə görüşlərində hansı mənzərənin şahidi olduq: cənab Tramp dövlət başçımızla fəxr etdiyini söylədi, onun böyük lider olduğunu dedi, Ağ Evin açarını ona təqdim etdi, hər birimizin qürurlandıran digər yüksək fikirlər səsləndirdi.

Bu, yüksək münasibətin ən mühüm səbəblərindən biri həm də bu idi ki, Prezident İlham Əliyev heç bir dövlətin, liderin qarşısında öhdəlik götürməyib, nə ərazilərimiz işğal altında olanda, nə torpaqlarımız uğrunda təkbaşına müharibə apardığımız zaman, nə separatçıların kökünün kəsilməsində, onların başçılarının qandallanıb, Bakıya gətirilməsi vaxtı. Bu gün də Qarabağı, Şərqi Zəngəzuru təkbaşına tikir Azərbaycan dövləti, heç kimdən yardım ummadan. Dövlət müstəqilliyinin təmina olunması böyük qələbə üçün ölduqca ciddi amildir, kiminsə çətiri altında olmaq, asılılıqdır, çətiri qapadanda yağmur altında qalmaq riski var, necə ki, Ukrayna dolu yağmurunun altında qalıb – dron yağmurunun, raket, mərmi yağmurunun, çox təəssüf ki...



Azərbaycan heç kimdən yardım almadan, öz gücünə haqq müharibəsində qalib gəldi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ən önəmlisi də odur ki, bütün dünya müharibənin nəticələrini və yaranmış yeni reallığı qəbul etmək məcbiriyyətində qaldı. Bu, güclü, xarizmatik, geniş dünyagörüşü və strateji baxışa malik, ölkəsinin və xalqının maraqlarını hər şeydən üstün tutan, vətənpərvər Liderin böyük potensialını göstərən reallıqdır. Rusiya işğalçıdır, bunu kimsə dana bilməz. Amma məgər ukraynalılar bunu bilmirdilərmi? Bu gün Ukraynanın faciəsinin əsasında dayanan əsas faktor da belə bir liderin olmamasıdır. Özü də bu, təkcə Zelenskiyə bağlı məsələ deyil, Krımın ilhaqı da lidersizliyin məntiqi nəticəsi idi...



Vaxtilə Qərb diplomatları Ağdam məscidindən gətirdikləri daş parçasını mərhum Heydər Əliyevə təqdim edib onu mütəəssür etmək istəmişdilər. Bununla həm də dolayısı ilə, diplomatik yolla onu təslimçiliyə məcbur etmək siyasəti yürüdülürdü. Amma mərhum Prezident əminliklə bildirmişdi ki, vaxt gələcək Ağdam şəhəri azad olunacaq və bu daş parçasını orda qurulacaq muzeyə təqdim edəcək. Yəni diplomatik yolla, kədərli notlar altında olsa belə, çox qətiyyətli bir cavab idi. Bu, həm də o demək idi ki, Qarabağ Azərbaycandır! Ata vəsiyyətini yerinə yetirən İlham Əliyev torpaqlarımızın azadlığına nail olmaqla həmin daş parçasını “Qafqazın Xirosiması”ndakı tək yarımsalamat tikilidə - Ağdam məscidində əbədi eksponat olaraq saxlanması barədə müqəddəs əhdi də gerçəkləşdirmiş oldu. Lider belə olar!

Qarabağ işğalda olduğu 30 il ərzində bir neçə dost-qardaş ölkəni çıxmaq şərtilə, hansı ölkənin başçısı bizə “işğalla barışmayın” məsləhətini vermişdi?..Xatırlamıram. Əksəriyyətin sözü belə olurdu ki, Ermənistanla hansı razılığa gəlsəniz, hörmətlə yanaşacağıq, yəni torpaqları verin, məsələ bitsin. Azərbaycan Prezidenti ukraynalı jurnalistin sualına cavab olaraq qətiyyətlə “işğalla barışmayın” məsləhətini verdi azad Qarabağda! Bu, “Qarabağ Azərbaycandır və nida” kəlməsi kimi qətiyyətli, prinsipial mövqedir. Lider belə olar! Hətta Avropa ölkələrinin başçıları da İlham Əliyevin gücünü, qüdrətini, nəhəng siyasi potensiala malik olduğunu etiraf edirlər. Öyrənmək lazımdır, cənablar! İşğal dövründə qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyən İlham Əliyev bu gün, sülh prosesini də diqtə edir, təşəbbüslərin müəllifidir, Zəngəzur dəhlizini tikir, Ermənistana “ev tapşırığı” verir!

44 gün ərzində torpaqlarını azad edən İlham Əliyevin Azərbaycanı və 4 ildir işğalın fəlakətləri ilə üzbəüz qalan Zelenskinin ölkəsi...Ukrayna üçün deyəsən, çox gecdir, təəssüf ki...Üstəlik də müharibə fəlakətlərini yaşayan ölkəni korrupsiya bürüyübmüş... //Musavat.com//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az