• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
21-11-2025, 13:33

Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:Niyə məhz bir mənbədən satınalma?!

Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:Niyə məhz bir mənbədən satınalma?!


Biləsuvar Rayon İcra Hakimiyyəti ilə "İMZA CONSTRUCTION" MMC-ni hansı maraqlar bağlayır?
Biləsuvar Rayon İcra Hakimiyyəti "İMZA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə imzalayıb. Biləsuvar Rayonunda Heydər Əliyev parkında yerləşən fəvvarələrin cari təmiri işləri ilə bağlı bağlanmış müqavilə ilə icra hakimiyyəti bu şirkətə 35.003,76 manat ödəməli olacaq...
Bu dəfə də, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Müvafiq tender elan edilmədən, birbaşa, bir mənbədən olmaqla...
Xatırladaq ki, bu tərəflər arasında ilk əməkdaşlıq deyil. Sonuncu dəfə 3 aya yaxın əvvəl rayonun küçə və yollarının əsaslı təmiri ilə bağlı müqavilə imzalanmışdır. Bu müqavilə ilə icra hakimiyyəti şirkətə 314.439,87 manat ödəmişdir. O zaman da, eyni ilə, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilmədən- birbaşa, bir mənbədən olmaqla(?)
Onu da qeyd edək ki, ki, bir mənbədən satınalma da, Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də ilk deyil.Bir müddət əvvəl də “Baku Buılding” MMC ilə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə də bağlı bir mənbədən olmaqla müqavilə bağlanıb(?) İndi isə yenidən "İMZA CONSTRUCTION" MMC ilə ənənəvi metodla...Biz Yenixeber.org olaraq zamanında bu haqda yazmışdıq. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/problem/191089-bil%C9%99suvar%C4%B1n-icra-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1na-%E2%80%9Cdur%E2%80%9D-dey%C9%99n-olcaqm%C4%B1-%E2%80%93.html )
***
Bu istiqamətdə heç bir yenilik olmadığından, biz də əvvəlki yazımızı müəyyən yeniliklərlə xatırlatmalı olduq...
Görünür Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov bir növ adətkarda olub. Dövlətin pulunu dövlətin məlum qanunları ilə deyil, "öz qanunları" ilə xərcləyir. Və bu mövzuda medianın sorğusunu cavabladırmağın da, vəzifə borclarından biri olduğunu “unudur”...Hələ ki, adama bir “DUR” deyən yoxdur!
Qeyd edək ki, bir mənbədən satınalma qanunla mümkündür. Amma,.. müvafiq əsaslandırmalarla!
***
Bu arada xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
Elə isə maraqlıdır, Biləsuvar rayonunda küçə və yolların əsaslı təmiri, eləcə də Heydər Əliyev parkında yerləşən fəvvarələrin cari təmiri ilə bağl müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa
"İMZA CONSTRUCTION" MMC ilə müqavilə bağlamaq hansı zərurətdən doğdu? Ölkədə “N” sayda bu işləri görə biləcək şirkətlər olduğu halda, niyə məhz "İMZA CONSTRUCTION" MMC? Və s.
Şübhə yox ki, günlərin birində aidiyyatı dövlət instansiyaları Faiq Qürbətovdan bu suallara cavab istəyəcəklər...(Yenixeber.org)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az