• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?
  • 07-09-2026 “Azərbaycan ordusu irəliləmək istəyir” - Həkəri körpüsündə nə baş verir? - FOTO
  • 07-09-2026 Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
  • 07-09-2026 Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
  • 07-09-2026 Azərbaycan futboluna ağır itki - FOTO
  • 07-09-2026 Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - FOTO
  • 07-09-2026 Brilliant Dadaşovanın arxivi - FOTO
  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı

XƏBƏRLƏR

    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
13-06-2024, 07:30

AZƏRTAC Fransa hakimiyyətinin agentliyin jurnalistinə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyir

AZƏRTAC Fransa hakimiyyətinin agentliyin jurnalistinə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyir


Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli siyasətini media nümayəndələrinə də tətbiq etməyə başlayıb. Belə ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AZƏRTAC-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında əməkdaşımız Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.

Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib. Nəzərə alınmalıdır ki, jurnalist UNFCCC-nin tədbirinə dəvət edilib və iqlim dəyişikliyi məsələsi hazırda ən aktual problemlərdən biridir. Jurnalistlərə qarşı Fransanın bu cür hərəkəti böyük sual doğurur - Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AZƏRTAC-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyirik.

Qeyd edək ki, bundan əvvəl də Fransa AZƏRTAC-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin "carçısı" olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.

Prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir ki, onun partiyası bu günlərdə Avropa Parlamentinə seçkilərdə də acı məğlubiyyətə uğradı. Lakin Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir və bu çirkin niyyətini artıq fərdi şəxslərə, özü də media nümayəndələrinə qarşı həyata keçirməyə başlayıb.//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az