• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
13-06-2024, 07:28

28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib - FOTOlar

28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib - FOTOlar


Slovakiyanın paytaxtı Bratislavada 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba, investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşi, Mədəniyyət Nazirliyinin dövlət katibi Mario Muraşka, bu ölkənin parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının məsul əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, yerli ictimaiyyətin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Vüsal Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində irqindən, cinsindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, bütün insanlara ilk dəfə səsvermə hüququ vermiş, bir çox Qərb ölkələrindən əvvəl qadınlara bərabər seçki hüququnu təmin etmiş dünyəvi, demokratik parlamentli ölkə olduğunu xüsusi vurğulayıb.

Diplomat Azərbaycan dövlətçiliyinin 1991-ci ildə bərpa olunmasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş əsaslı islahatların, onun layiqli varisi Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi kurs nəticəsində müstəqilliyimizin və suverenliyimizin möhkəmləndiyini, ölkəmizin regional, beynəlxalq sülhə və təhlükəsizliyə, iqtisadi inkişafa və mədəniyyətlərarası dialoqa töhfəsini verdiyini bildirib.

V.Abdullayev 30 illik erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində aparılan geniş bərpa-quruculuq işlərində Slovakiya şirkətinin də iştirak etdiyini bildirib. O, bu ilin noyabrında ölkəmizin COP29-a ev sahibliyi edəcəyini xatırladıb.

Ötən il Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlərin qurulmasının 30-ci ildönümünün qeyd olunduğunu bildirən səfir bu müddətdə dövlətlərarası əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. O, Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 6-7-də ölkəmizə rəsmi səfəri zamanı müvafiq bəyannamənin imzalanması ilə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusilə qeyd edib.

Tədbirdə fəxri qonaq qismində çıxışı zamanı Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ikitərəfli münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Nazir bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfərinin uğurla keçirdiyini vurğulayıb, rəsmi Bratislavanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, xüsusilə energetika sahəsində, o cümlədən Azərbaycan təbii qazının Slovakiyaya təchizatı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları Slovakiyanın ən böyük konqres və sərgi mərkəzinin - "İnheba"nın rəhbəri Aleksander Rozinin müəllifi olduğu, Bakı şəhərinin görkəmli yerlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Sonda ziyafət verilib. Ziyafətdə təqdim edilən milli mətbəximizin nümunələri, Azərbaycan istehsalı olan içkilər, habelə Üzeyir Hacıbəylinin səsləndirilən əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Nyus.Az


















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az