• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
12-06-2024, 12:49

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir



Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Nyus.Az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunacaq.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsası Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təmin edilməsi ilə bağlı "Əmək müqaviləsi bildirişi" altsisteminin yaradılması olmuşdur.

Bununla belə, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox az bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların insan resurslarını səmərəli idarəetməsinə imkan vermir.

Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin yaratmışdır.

Beləliklə, "Əmək və məşğulluq" altsistemi vasitəsilə aşağıdakı proseslər rəqəmsallaşdırılacaqdır:

əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqaviləsinin elektron qaydada bağlanılması, dəyişdirilməsi və xitamı, İşəgötürənin əmrlərinin, əmək müqavilələrinin elektron reyestri);
Ətraflı

əməyin təşkili (işəgötürənin elektron profilinin, strukturunun, ştat cədvəlinin, rəqəmsal kadrlar uçotunun şəxsi vərəqəsinin yaradılması və istehsalat təqviminin yerləşdirilməsi);

əməyin ödənilməsi (əmək haqqının ödənilməsi və əmək haqqından tutulmaların vahid platforma vasitəsilə həyata keçirilməsi); əməyin mühafizəsi (iş yerlərinin attestasiyasının vahid altsistem üzərindən təşkili və nəticələrinin, əməyin mühafizəsi üzrə təlimatların, sertifikatların altsistemdə yerləşdirilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasının təşkili və uçotu);

məşğulluq tədbirləri (özünüməşğulluğun, peşəyönümünün, haqqı ödənilən ictimai işlərin, kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasının, məqsədli proqramların həyata keçirilməsinin innovativ həllərin tətbiqi ilə təşkili);

elektron əmək birjası və əmək yarmarkası, vakansiya bankı, elektron məşğulluq xəritəsi (işaxtaran və işsiz şəxslərin işə düzəlməsi imkanlarının, habelə işəgötürənlərin keyfiyyətli işçi qüvvəsi ilə təmin edilməsi, həmin tərəflər arasında birbaşa münasibət və əlaqələrin qurulması, şəxslərin əmək bazarı barədə ətraflı məlumatlandırılması);

sosial tərəfdaşlarla iş (kvota şamil edilən işəgötürənlərin, işəgötürən müəssisədə kvotanın miqdarının müəyyən edilməsi, kvota üzrə işə qəbul edilənlərin, kvota üzrə vakant iş yerlərinin, sosial müəssisələrin, sosial iş yerlərinin, kvotadan əlavə iş yerlərinin, məqsədli proqramlar tətbiq edilən işəgötürənlərin, həmkarlar ittifaqlarının, sahəvi assosiasiyaların, peşə birliklərinin, işəgötürənlərin, işəgötürənlərin nümayəndəli orqanlarının, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər uçotu);

məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə nəzarət (risk əsaslı yoxlama və monitorinqlərin təşkili, səyyar yoxlamaların azaldılması, nəticələrinin yerləşdirilməsi, əmək qanunvericiliyinin pozulması ilə bağlı verilmiş sanksiyaların, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə bağlı məhkəmə qərarlarının altsistemdə yerləşdirilməsi, elektron cərimə, elektron audit);

məşğul şəxslərin reyestri (məşğul, habelə digər gəliri olan şəxslərin reyestri, şəxslərin xərclərinin strukturu);
vergi, məcburi dövlət sosial sığorta haqları və digər məcburi ödəmələrin həyata keçirilməsinin optimallaşdırılması.

Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaqdır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az