• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
15-05-2024, 06:48

Ukrayna faciəsi - məğlub olacaq, bərpa edilməyəcək: Qərb Şərqi Avropanı da Rusiyaya verəcək

[center]Ukrayna faciəsi - məğlub olacaq, bərpa edilməyəcək: Qərb Şərqi Avropanı da Rusiyaya verəcək[/center]

NATO baş katibi Yens Stoltenberq Ukrayna məğlub olarsa, Rusiyanın tam nəzarətinə veriləcəyinə eyham vurur... Ukrayna Qərbə yalnız NATO-nun əvəzinə Rusiya ilə vuruşması üçün lazımdır və onun gələcək taleyi isə indi heç kimin marağında deyil...
Ukrayna savaşı ətrafında situasiya sürətlə dəyişməyə başlayıb. Ukrayna ordusu döyüş mövqelərini itirməkdədir. Rusiya ordusunun hücumlarını dəf etməkdə çətinlik çəkir. Qərbdə mövcud situasiyadan ciddi şəkildə narahatdırlar. Çünki rəsmi Kiyev də savaş poliqonunda situasiyanın qəliz olduğunu artıq etiraf edir. Və bu, Ukrayna savaşının gələcək inkişaf perspektivləri baxımdan, müəyyən təhlükəli ehtimallara səbəb olmaqdadır.


Təbii ki, belə bir qəliz situasiyanın yarandığı mərhələdə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Ukrayna paytaxtı Kiyevə gözlənilməz səfəri böyük maraq doğurur. Çünki dövlət katibi ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq dəstək paketinin təsdiqlənməsindən sonra ilk dəfədir ki, Kiyevdə peyda olub. Bəzi ehtimallara görə, ABŞ dövlət katibi bu səfəri ilə Ağ Evin Ukraynaya hər tərəfli dəstəyinin davam edəcəyi barədə prinsipial mesaj vermək məqsədi güdür.



Belə anlaşılır ki, ABŞ və Qərb Ukrayna savaşının mümkün qədər uzadılmasında maraqlıdır. Ağ Evdə hesab edirlər ki, Ukraynanın hələ bir müddət də Rusiyanın hərbi potensialı qarşısında duruş gətirməsi olduqca vacibdir. Xüsusilə də, Ukraynanın məğlubiyyətinin kollektiv Qərb üçün kataklizmli nəticələr verə biləcəyini nəzərə aldıqda, bu, o qədər də təəccüblü deyil. Hər halda, Qərbdə Rusiyanın qalib gəldikdən sonra Avropa qitəsinə doğru da hərəkət edə biləcəyindən ciddi şəkildə narahatdırlar. Və bu ehtimal gücləndikcə, Avropa məkanında müəyyən təlaş əlamətləri də nəzərə çarpır.

Ancaq ABŞ və Qərb Rusiya savaş meydanında üzləşmək də istəmir. Ona görə də, Ukrayna ordusunun müqavimət potensialını mümkün qədər gücləndirməklə, Rusiya və Avropa arasında tampon bölgənin mövcudluğunu qorumağa cəhd göstərilir. Yəni, NATO ölkələri Rusiya ilə birbaşa savaşmaqdansa, bunu Ukrayna ordusu üzərindən etməyə üstünlük verirlər. Və bu, o deməkdir ki, hazırda Ukrayna ordusu məhz NATO ölkələrinin maraqları üçün müharibə aparır.

Maraqlıdır ki, Avropa məkanında Rusiya ilə gələcək müharibə ehtimalından təlaş keçirən ölkələrin sırasında Fransa ön planda yer alır. Bu ölkənin prezidenti Emmanuel Makron hətta NATO ölkələrini Ukraynaya hərbi kontingent göndərməyə belə, çağırmaqdadır. Rəsmi Paris Rusiyanın Ukrayna savaşında uğur qazanma şanslarını bloklamaq üçün hər şeyə hazır olduğunu qətiyyən gizlətmir. Və bu məsələdə Qərb ölkələrini yetərincə prinsipial addımlar atmamaqda ittiham edir.

Digər tərəfdən, rəsmi Paris Ukrayna ordusunun məğlub olacağına əminliyini də son vaxtlar biruzə verməyə başlayıb. Ona görə də, Fransa Avropa ölkələrini gələcək hərbi təhlükəyə elə indidən hazırlaşmağa çağırır. Yelisey sarayında hesab edirlər ki, Ukraynanın uzun müddət davam gətirəcəyinə inanmaq gələcəkdə Avropanı hərbi təhlükə qarşısında buraxa bilər. Və bu səbəbdən də, Rusiya ilə müharibə ehtimalı üzrə hərəkət etmək daha məntiqlidir.



Fransa prezidenti Emmanuel Makronun bu barədə irəli sürdüyü təkliflər də böyük maraq və qalmaqal doğurmağa başlayıb. Belə ki, Fransa prezidenti Avropa Birliyi ölkələrinin hərbi xərcləri artırmasının vacibliyini qabardır. Eyni zamanda, onun fikrincə, Avropa Birliyi özünün ortaq ordusunun qurulmasına da vaxt itirmədən başlamalıdır. Və bu istiqamətdə itirilən zaman Rusiyanın xeyrinə işləyir.

Nəhayət, prezident Emmanuel Makron onu da bildirib ki, Ukraynanın hərbi məğlubiyyətindən sonra Rusiya Rumıniya, Polşa və Baltikyanı ölkələrə hücum edəcək. Onun fikrincə, əgər, Rusiya Avropa qitəsinin daha dərinliklərinə doğru yönəltməyə cəhd göstərsə, onda Qərb ölkələri bu yeni müharibəyə mütləq hazır olmalıdırlar. Və bu, Yelisey sarayında Avropanın gələcək taleyi ilə bağlı yeni "yol xəritəsi"nin hazırlanmasına başlanıldığını sezdirir.

Belə anlaşılır ki, Fransa Ukraynanın məğlubiyyət ehtimalı ilə tamamilə barışıb. Ona görə də, indi rəsmi Paris Rusiya və Avropa məkanı arasında ikinci tampon bölgənin yaradılması barədə düşünür. Prezident Emmanuel Makronun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Fransa məhz Şərqi Avropaya ikinci tampon bölgə kimi yanaşır. Çünki Fransa prezidenti Rusiyanın həmin bölgəyə Rusiya hücumuna müqavimət təklif etmir. Yalnız daha dərinliklərə - Mərkəzi və Qərbi Avropaya hücum olacağı təqdirdə, Rusiya ilə vuruşmağın vacibliyini qabardır.

Nə qədər qəribə də olsa, bu, Rumıniya, Polşa və Baltikyanı ölkələrin, ümumiyyətlə isə Şərqi Avropa bölgəsinin Mərkəzi və Qərbi Avropa ölkələri naminə qurban verilməsi anlamı daşıyır. Əslində, Fransa prezidenti Emmanuel Makron müəyyən mənada, Şərqi Avropanı da gələcəkdə Ukraynanın üzləşdiyi fəlakətlə üz-üzə buraxmağı təklif edir. Və bu, Ukrayna kimi, Şərqi Avropa ölkələrinin taleyinə də Qərbdə elə bir ciddi önəm



Bütün bunlar onu göstərir ki, Ukrayna savaşının davamı Şərqi Avropa da daxil olmaqla, daha geniş areala keçirilə bilər. Yəni, indi Ukraynanın gələcək taleyi, o cümlədən də, dünya xəritəsində belə bir dövlətin qalıb-qalmayacağı indi Qərbdə əsas müzakirə mövzusu deyil. Hətta Qərbin Ukraynadan ümumiyyətlə, əlini üzdüyünü də düşünmək olar. Və buna əmin olmaq üçün NATO-nun baş katibi Yens Stoltenberqin bu barədə açıqlamalarını xatlrlamaq kifayətdir.

Məsələ ondadır ki, NATO-nun baş katibi bir müddət öncə Ukraynaya verilən dəstəyin xeyriyyəçilik deyil, Qərbin hərbi təhlükəsizliyinə qoyulan sərmayə olduğunu bəyan etmişdi. Yəni, Ukrayna Qərbin təhlükəsizliyi üçün vuruşur və NATO üçün əlavə heç bir önəm daşımır. Yens Stoltenberqin son açıqlaması isə ümumiyyətlə, Ukraynanın üzləşdiyi fəlakətin və hətta riyakarlığın əhatə dairəsini göstərir. Belə ki, NATO baş katibi Ukrayna qalib gəlməsə, bu ölkənin bərpa edilməsinə ehtiyac olmayacağını bildirib. Onun fikrincə, gələcəkdə Ukraynanın bərpası çox baha başa gələ bilər. Ona görə də, hazırda bu hərbi-siyasi alyans üçün ən vacib məsələ Ukraynaya hərbi dəstəyi təmin etməkdir.

Göründüyü kimi, NATO baş katibi Ukrayna məğlub olacağı təqdirdə, Rusiyanın tam nəzarəti altına keçə biləcəyinə eyham vurur. Eyni zamanda, hətta Ukraynanın bir hissəsinin müstəqil dövlət kimi qalması halında belə, bu ölkənin bərpasının çox bahalı proses olacağını qabartmaqla, buna ehtiyac olmadığını bildirir. Yəni, Ukrayna Qərbə yalnız NATO-nun əvəzinə Rusiya ilə vuruşması üçün lazımdır. Və bu dövlətin gələcək taleyi isə indi Qərbdə heç kimin marağında deyil.


"Yeni Müsavat"

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az