• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?
  • 07-09-2026 “Azərbaycan ordusu irəliləmək istəyir” - Həkəri körpüsündə nə baş verir? - FOTO
  • 07-09-2026 Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
  • 07-09-2026 Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
  • 07-09-2026 Azərbaycan futboluna ağır itki - FOTO
  • 07-09-2026 Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - FOTO
  • 07-09-2026 Brilliant Dadaşovanın arxivi - FOTO
  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı

XƏBƏRLƏR

    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
27-04-2024, 08:47

Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy

Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy


Hüquq müdafiəçisi: “Əvvəllər qadınlar ona görə dözürdülər ki, iqtisadi cəhətdən kişidən asılı idilər, indi...”

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Qeyd edək ki, nikahın pozulması üçün tələb olunan sənədlər sırasında dövlət rüsumunun ödənilməsi haqqında qəbz də var. Bunun üçün “Dövlət rüsumu haqqında” Qanunun 12.2.1-ci maddəsində göstərilən rüsum məbləği 20 manatdır. Əgər nikahın pozulması üçün məhkəməyə müraciət olunarsa, onda rüsumun məbləği dəyişir.

Lakin məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Bunun da boşanma sayına necə təsir edəcəyi müzakirə yaradıb. Maraqlıdır, rüsumun artıb və azalması boşanma sayına təsir edə bilər?



Novella Cəfəroğlu

Mövzu ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb:

“Hesab etmirəm ki, rüsumun artırılması boşanmaq istəyənləri fikrindən çəkindirəcək. Boşanmaq istəyən həmin rüsum 2 dəfə artıq olsa belə ödəyib, boşanacaq. Artıq ailə institutu, ailə dəyərləri, tərbiyə aradan çıxmağa başlayıb. Biz bu dəyərləri yenidən geri qaytarmalı, ailə institutumuzu möhkəmləndirməliyik.

Əvvəllər evlənəcək gənclərin ailələri bir-birini araşdırır, bir-birinə uyğun olub-olmadığını müəyyənləşdirirdi, daha sonra gənclər ailə qururdu. Lakin indi evlənmək, ailə qurmaq çox asanlaşıb, gənclər özlərini avropalı kimi aparır.

Qızlarımız da işləyirlər, iqtisadi cəhətdən sərbəst olublar ailədə olan söz-söhbətə, problemlərə dözümlülük göstərmirlər. Bir çoxu da sərbəst yaşamaq istəyir. Əvvəllər qadınlar ona görə dözürdülər ki, iqtisadi cəhətdən kişidən asılı idilər, övladlarının gələcəyi, öz gələcəyinə görə bir çox problemlərə susqunluq nümayiş etdirirdilər. İndi isə əksər qadınlar kişilər qədər işləyib, evə pul gətirirlər və hansısa problem olduqda ona sinə gəlmək istəmir, rahatlıqla boşanma qərarını verir.

Həmçinin uşaq dünyaya gətirmək, onu böyütmək çətinləşib. Buna görə ailələr əksər hallarda bir uşaqla kifayətlənir, buna görə ölkəmizdə demoqrafiya da aşağı düşməyə başlayıb.

Beləliklə, həm sosial-iqtisadi problemlər, maddi sıxıntılar, gənclərin daha çox sərbəst yaşamaq istəyi, çətinliklərə dözümsüzlük boşanmaların artmasına təsir göstərir.

Bu məsələdə televiziyaların da təsiri az deyil. Bəzən görürük ki, 5-ci dəfə evlənən toy edir, o toyu efirdə verirlər, buna baxanlar da düşünürlər ki, onlar da bu cür tez-tez boşanıb, evlənə bilərlər, elin, cəmiyyətin qınağına tuş gəlməyəcək. Amma əvvəllər el qınağı var idi, insanlar boşanmağı böyük ayıb hesab edirdilər, ailələrini hər cür çətinlikdən qorumağa çalışırdılar. İndi isə bütün bunlar sıradan çıxıb".

Araşdırmalara əsasən ölkəmizdə ailələr daha çox 5 və 5-9 illik nikahdan sonra boşanırlar. 10 ildən artıq müddətdə evli qalan cütlər arasında boşanma hallarına daha az rast gəlinir. Bununla da birgə yaşama müddəti artdıqca, ailəni möhkəmləndirən səbəblər və ya faktorlar çoxalır, bağlar daha da möhkəmlənir. Bu səbəbdən də yuxarı yaş qrupunda boşanma halları azalır. Yaş aralığına baxsaq görərik ki, ən çox boşanma halları 18-24 və 25-29 yaşlarda baş verir.

Mütəxəssislər bildirir ki, boşanmanın ən çox yayılan səbəblərindən biri sosial-iqtisadi problemlərdir. Belə ki, xüsusən də uşaqlı ailələrdə maddi ehtiyacların qarşılanmaması tərəflər arasında mübahisələrə, narazılıqlara səbəb olur ki, bu da nəticədə bir çox hallarda boşanmaya qədər aparıb, çıxarır.

Həmçinin tərəflərdən birinin yaşadığı böhran və psixoloji problemlər də boşanmaya səbəb ola bilir. Bura narkotik maddədən istifadə, alkoqol, qumar və bu qəbildən olan digər səbəblər daxildir.

Ailədə uşağın olmaması da boşanmanın əsas səbəbləri sırasındadır.

Araşdırmalar da həmçinin onun göstərir ki, dünya ölkələrində boşanmalar daha çox inkişaf etmiş ölkələrdə qeydə alınır. Məsələn, boşanma göstəricisi Lüksemburqda 87 faiz, İspaniyada 65, Fransada 55, Rusiyada 51, ABŞ-da 46, Almaniyada 44, Böyük Britaniyada 42, Yeni Zelandiyada 42, Avstraliyada 38, Kanadada 38, Hindistanda 1, Çilidə 3, Kolumbiyada 9, Meksikada 15, Türkiyədə 22, İranda 22 faizdir.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az