• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
14-03-2024, 08:43

Putin masaya oturmağa razıdır - “Ukrayna ilə danışıqlara hazırıq...”

Putin masaya oturmağa razıdır - “Ukrayna ilə danışıqlara hazırıq...”



Kreml liderinin sözlərinə görə, heç kimə inanmır, Qərb vədlərə xilaf çıxdı və Kiyevdəki “Bandera rejimi”ni dəstəklədi, ona görə zəmanət istəyir; Rusiya prezidenti bəyan edib ki, Ukrayna seçkiyə “müdaxilə” üçün regionlara hücum etməyə çalışır

“Bunu demək istəmirəm, amma heç kimə inanmıram. Bizə zəmanət lazımdır və zəmanətlər açıqlanmalıdır, onlar bizə uyğun olan, inanacağımız zəmanətlər olmalıdır”. “Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1" telekanalına son müsahibəsində deyib.

Qərb dövlətlərinə inanmadığını deyən Putin faktlara əsaslanmağa üstünlük verdiyini bildirib və əlavə edib ki, "bəzi boş vədlərə" aldanmayacaq: “Başa düşürsən ki, bu səviyyədə qərar qəbul edəndə, qəbul edilən qərarın nəticələrinə görə məsuliyyət dərəcəsi çox yüksəkdir. Ona görə də biz ölkəmizin maraqlarına uyğun olmayan heç bir iş görməyəcəyik”. O deyib ki, Ukrayna bu həftənin sonunda Rusiyada keçiriləcək prezident seçkisinə “müdaxilə etmək” üçün Rusiyanın regionlarına hücum etməyə çalışır.

Onun sözlərinə görə, hücumların səbəbi həmçinin danışıqlar prosesində “kozır almaq” istəyi də ola bilər: “Əsas məqsəd, buna heç bir şübhəm yoxdur ki, Rusiyada keçiriləcək prezident seçkisini pozmasa da, heç olmasa vətəndaşların iradəsini ifadəetmə prosesinə hansısa formada müdaxilə etməkdir. İkincisi, bu, informasiya effektidir”. Putin hesab edir ki, daha bir səbəb danışıqlarda üstünlük əldə etmək cəhdi ola bilər: “Üçüncü, əgər heç olmasa nəsə alınarsa, gələcək mümkün danışıqlar prosesində hansısa şans, arqument, hansısa kozır əldə etmək olar - "yaxşı, biz bunu sizə qaytaracağıq, siz isə bunu bizə qaytarın".

“Ukrayna ilə danışıqlara hazırıq. Amma bu danışıqlar yerdə formalaşmış reallıqlara əsaslanmalıdır”. Putin müsahibəsində bildirib. “Biz danışıqlara hazırıq? Bəli, biz hazırıq. Ancaq yalnız biz psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa "istəklərə" deyil, belə hallarda necə deyərlər, yerdə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq. Bu, birincisi... İkincisi isə... Bizə artıq dəfələrlə hər şey vəd olunub. NATO-nu şərqə genişləndirməyəcəyinə söz verdilər, sonra biz onları öz sərhədlərimizdə görürük. Onlar Ukraynadakı daxili münaqişənin dinc, siyasi yolla həll ediləcəyinə söz verdilər. Xatırladığımız kimi, Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Kiyevə gələrək bu sazişlərin təminatçısı olacaqlarına söz vermişdilər - bir gün sonra dövlət çevrilişi oldu. Onlar Minsk razılaşmalarını yerinə yetirəcəklərinə söz verdilər, sonra isə bu vədləri yerinə yetirmək fikrində olmadıqlarını, sadəcə olaraq, Ukraynadakı "Bandera rejimi"ni silahlandırmaq üçün fasilə verdiklərini açıq elan etdilər. Bizə çox şeylər vəd edilmişdi, ona görə də burada təkcə vədlər kifayət etmir", - deyə Rusiya lideri vurğulayıb.

Putin hazırda Ukraynanın döyüş sursatı tükəndiyi üçün Rusiyanın danışıqlara getməyinin axmaqlıq olduğunu söyləyib: “Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, xüsusən də bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq biz özümüz üçün dəqiq və aydın başa düşməliyik ki, bu, düşmənin yenidən silahlanma üçün almaq istədiyi pauza deyil, bu, Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanətləri ilə ciddi danışıqlardır”.

Qeyd edək ki, Ukrayna Belqorodda Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin binasına hücum etməyə cəhd edib. Hücum PUA vasitəsilə olub. İlkin məlumata görə, FTX-nin binasının fasadı zədələnib, pəncərələri qırılıb. Xəsarət alanların olmadığı bildirilib. Rusiyanın Ryazan vilayətinə də pilotsuz uçuş aparatı ilə hücum olub. “Ukrayna bir il ərzində Rusiyanın şərtləri ilə danışıqlara gedəcək”. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns belə deyib. O əlavə edib ki, Putin şərtləri diktə edə biləcəyi danışıqlarda maraqlıdır. “Düşünürəm ki, əlavə yardım olmasa Ukraynanı bir ildən sonra gözləyən gələcək budur. Yeni hərbi yardımın olmaması Ukrayna Silahlı Qüvvələrinin daha geri çəkilməsinə və hazırda Ukrayna qoşunlarının nəzarətində olan yaşayış məntəqələrinin bu il ərzində itirilməsinə səbəb olacaq”, - deyə o qeyd edib.

“Financial Times” nəşri məlumat yayıb ki, Ukrayna yeni səfərbərliyə hazırlaşır. Məlumata görə, təxminən yarım milyon Ukrayna vətəndaşının səfərbərliyə cəlb edilməsi planlaşdırılır. Qeyd olunur ki, onların 330 mini cəbhədəki hərbçiləri əvəz edəcək, geri qalan qismi isə döyüş meydanındakı vəziyyətdən asılı olaraq hərbi sahədə fəaliyyət göstərəcəklər.


Aqşin Kərimli

Siyasi şərhçi Aqşin Kərimliyə görə, Rusiyada prezident seçkisində ölkə başçısı Vladimir Putinin qələbə qazanmaq ehtimalının yüksək olması Moskvanın Ukraynada hərbi imkanlarını tədricən genişləndirmək perspektivini ortaya qoyur: “Çünki seçkinin nəticələrindən sonra Kreml Vladimir Putinin qələbəsini əlamətdar hadisə kimi qiymətləndirmək təbliğatını aparacaq. Ardınca isə Rusiyanın Ukraynadakı uzunmüddətli müharibə səylərinə əlavə daxili dəstək qazandırılması istiqamətində təşəbbüslər gözə çarpacaq. Üçüncüsü, Rusiyanın daxilində terror aktları ilə etirazlar yaradıb onları yönləndirmək gündəliyi masada ola bilər. Ancaq konkret olaraq bu planların müəlliflərinin hansı qüvvələr olduğunu müəyyən etmək də çətindir. Proqnozlaşdırmaq olar ki, seçki ərəfəsində Rusiyada irili-xırdalı təxribat cəhdləri görünəcək. Bu amil Rusiyanın xarici təhdid mövzusundakı çağırışlarının təkrarlanmasına gətirib çıxara bilər”.


Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Putin yeni heç nə deməyib. Onun sözlərinə görə, Rusiya lideri danışıqlara hazır olmasını bəyan etsə də, şərtləri Zelenski üçün alçaldıcıdır: “O zaman Ukrayna prezidenti kapitulyant obrazı qazanmış olacaq. Kiyev buna ehtiyac görmür və döyüşməyi seçir. Qərbdə olan müttəfiqləri də müharibəni dəstəkləyir. ABŞ 300 milyon dollarlıq yeni hərbi yardım paketini açıqladı, Almaniya da eyni həcmdə vəsait ayırdı. Həmçinin Kiyev "F-16" qırıcılarının gəlməsini gözləməkdədir. Bu şəraitdə masaya oturmaq mümkün deyil. Çünki Rusiya prezidenti işğal edilmiş ərazilərin onların nəzarətində qalması şərtilə atəşkəs təklif edir. Buna kim razılaşar? Əgər Rusiya tutduğu yerləri tərk etməyə anlaşsa, Ukrayna bəzi öhdəliklər götürə bilər. Hərçənd bunun üçün çox gecdir və NATO şərqə doğru genişlənmək niyyətindən əl çəkməyib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az