• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?
  • 07-09-2026 “Azərbaycan ordusu irəliləmək istəyir” - Həkəri körpüsündə nə baş verir? - FOTO
  • 07-09-2026 Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
  • 07-09-2026 Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
  • 07-09-2026 Azərbaycan futboluna ağır itki - FOTO
  • 07-09-2026 Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - FOTO
  • 07-09-2026 Brilliant Dadaşovanın arxivi - FOTO
  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı

XƏBƏRLƏR

    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
22-01-2024, 09:11

Bakılift” İB-nin sayca 3-cü, yeyintidə 1-ci struktur vahidi

Bakılift” İB-nin sayca 3-cü, yeyintidə 1-ci struktur vahidi



Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir” İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Buna misal olaraq, “Lifttəmir” İstehsalat Birliyinin 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında apardığımız araşdırmanın nəticəsini təqdim edirik:
Dövlət satınalmalarının vahid internet portalında 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi tərəfindən lift ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş 3 açıq tenderin nəticələri açıqlanıb.
Lift ehtiyat hissələrinin satın alınması üzrə 04.11.2023-cü ildə başlanılmış açıq tenderdə zərflər paketi 08.12.2023-cü ildə açılmış “LİFT-SERVİS N.” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 50.919,36 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 28.12.2023-cü il tarixdə açıqlanmışdır.
Lift ehtiyat hissələrinin satın alınması üzrə 14.07.2023 -cü ildə başlanılmış açıq tenderdə zərflər paketi 15.08.2023-cü ildə açılmış “LİFT-SERVİS N.” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 243.400,96 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 28.12.2023-cü il tarixdə açıqlanmışdır.
Lift ehtiyat hissələrinin satın alınması üzrə 14.07.2023 -cü ildə başlanılmış açıq tenderdə zərflər paketi 15.08.2023-cü ildə açılmış “LİFT-SERVİS N.” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 50.919,36 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 28.12.2023-cü il tarixdə açıqlanıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsinin Tender Komissiyası açıq tenderləri ayrı-ayrı vaxtlarda keçirmiş, lakin bağlanmış müqavilələr barədə məlumatları bir gündə, 28.12.2023-cü il tarixdə açıqlamışdır.
Qeyd edək ki, 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi əvvəlki illərdə də “LİFT-SERVİS N.” Məhdud Məsuliyyətli Cəmiyyət ilə lift ehtiyat hissələrinin satın alınması üzrə bir neçə satınalma müqaviləsi bağlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİFT-SERVİS N.” (VÖEN 2000853641) Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.10.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, NƏSRƏDDİN TUSİ, ev 23, m. 82, qanuni təmsilçisinin isə Abışev Natiq Qaraş oğlu olduğu göstərilir.
Göründüyü kimi, 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi “LİFT-SERVİS N.” daim işbirliyində olub. Bu da keçirilmiş açıq tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Belə ki, tender prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur.
Bundan əlavə Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə etdiyimiz məlumata görə 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsi üzərinə düşən vergi öhdəliklərini də yerinə yetirə bilmir. Belə ki, hazırki günə 3 Saylı Bakı Lift İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (VÖEN 2000310381) dövlətə 1116927.53 manat vergi borcu var.
Qeyd edək ki, “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Dadaş Nəbiyevdir. O, burada çoxdan çalışır. 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsal İdarəsinin abonent şöbəsinin rəisi olub. İdarənin rəisi vəzifəsinə “Lifttəmir “ İB-nin rəisi Xalid Ələkbərov tərəfindən gətirilib. Görünən odur ki, hər iki rəhbər vəzifəli şəxs birləşərək “Baklift-3” İstehsalat İdarəsinə ayrılan pulları liftlərə ehtiyat hissələrinin satın alınması adı altında talayır, dövlətin vergisini də vermirlər.

Vahid Məmmədov.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az