Türk Dövlətləri Təşkilatı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, paylaşımda qeyd olunub:
"Tarixə "Qara Yanvar" kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük".