• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
20-01-2024, 01:01

Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bu gün keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.

Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində aparılan separatçılıq fəaliyyətinə dəstək vermək məqsədilə etnik zəmində törədilən ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi.

Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Qətliamdan dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.

Ümumiyyətlə, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul olundu.

Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.

Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az