• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
4-01-2024, 18:49

Coşqun Cəbrayılov “GECƏ XƏLVƏT” dedi və... - BU NƏDİ BELƏ? - VİDEO

Coşqun Cəbrayılov “GECƏ XƏLVƏT” dedi və... - BU NƏDİ BELƏ?  - VİDEO



Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun 11 iyul 2020-ci ildə rayon ərazisində qanunsuz və özbaşına tikinti aparması səbəbindən vəzifədən azad olunduğu çoxlarına sirr deyil. Hurriyyet.az-ın araşdırması onu deməyə əsas verir ki, hazırkı icra başçısı Coşqun Cəbrayılov da sələfinin yolu ilə sürətlə addımlamaqdadır.

Görünən odur ki, C.Cəbrayılov xüsusilə də 2024-cü ildə daha böyük sərmayə toplamaq niyyətindədir. Axı, heç də boşuna deyilməyib ki, “ili necə başlayarsan, sonadək elə də davam edər”. Çox güman ki, Nizaminin icra başçısı da Yeni il gecəsi, yəni dünya 2024-cü ilə qədəm qoyduğu bir ərəfədə rayon ərazisində yeni qurulan obyektin xeyir-duasını verməklə, ilin sonunadək “qaz vurub, qazan doldurmaq” niyyətində olub...

Mövzunu çox da uzatmadan dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 2013-cü ilin 31 dekabrından 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Bu köşkün sahibinin kim olduğu haqda dəqiq bir söz deyə bilmərik. Lakin həmin köşkün sözügedən ərazidə qoyulması üçün rayon rəhbərliyinə ən azı 50-70 min manat ödənildiyi haqda iddialar var. Üstəlik, ərazidə olan ticarətçilərin dediyinə görə, yeni köşkün aylıq icarə haqqı ən azı 3-4 min manat olacaq.

Bütün bunlara əsasən deyə bilərik ki, Coşqun Cəbrayılov 2024-cü ilə heç də pis başlamayıb. Belə ki, o, nəinki Yeni il süfrəsinin xərcini çıxarıb, üstəlik “yastıq altına qoymağa” xeyli miqdarda vəsait də əldə edib. Əlbəttə, biz bu köşkün gəlirinin tam olaraq icra başçısına çatdığını iddia etmək fikrindən uzağıq. Ola bilər ki, tapşırıq “yuxarı”dan gəlib və Coşqun.Cəbrayılov heç qara qəpik də əldə etməyib. Yaxud, o da mümkündür ki, bu məsələdə icra başçısının müavinlərinin əli var, Cəbrayılova ətraflı məlumat verilməyib. Amma bu köşkün hamı evində bayramı qeyd etdiyi, əksər məmurların isə 2024-cü ili xaricdə qarşılamağa hazırlaşdığı bir vaxtda, üstəlik də qalmaqallı, yəni göz önündə olan bir ərazidə quraşdırılması təsadüf ola bilməz. Yəqin ki, məhz qarşıdakı 7 günlük bayram tətili ərzində qanunsuzluğu ört-basdıq etmək üçün bu tarix seçilib. Üstəlik, bu riskin alınmasının köşk sahibinə heç də az vəsaitə başa gəlmədiyi də bəllidir və bu haqda artıq yazımızın əvvəlində məlumat vermişik.

Sonda onu da qeyd edək ki, ümumiyyətlə, axır vaxtlat “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar Dostluğu” metrostansiyalarının ətrafında tikilən və yaxud da quraşdırılan obyektlərin, köşklərin bir çoxu qanunsuzdur. Ən azı ona görə ki, vətəndaşların gediş-gəlişinə mane olurlar. Şübhəsiz, bu qanunsuzluqlara da göz yumulması yalnız və yalnız külli miqdarda vəsait hesabına ola bilər.

Növbəti günlərdə Nizami rayonu ərazisində tikilən qanunsuz obyektlərin hər birinin video-görüntülərini oxucularımıza təqdim edəcəyik. Bu zaman görəcəksiniz ki, bu qanunsuzluqlara göz yuman məmurlar qısa müddətdə necə “qaz vurub, qazan doldururlar”. Bizi izləyin.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az