• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
13-11-2023, 12:26

Xətai bu günü görsəydi... Adına olan rayonda Quliyev-Cümşüdov necə varlanır?

Xətai bu günü görsəydi... Adına olan rayonda Quliyev-Cümşüdov necə varlanır?






Şah İsmayıl Xətai yaşasaydı, onun adını daşıyan paytaxt rayonunun ta keçmiş icra başçısı Razim Məmmədovdan indiyədək məmurların nə kökə saldığına şahid olub bir bayatı qoşardı. Şah babamızın adına olan rayona bu münasibətin sərgilənməsi həqiqətən təhqiramizdir. Səfəvilər dövlətinin - bütöv Azərbaycanın yaradılmasına ilk dəfə nail ola bilmiş Xətainin adı olan Bakı rayonunda indi məmurlar özlərini lap qızılbaşların düşməni Fərrux Yəsarın adamları kimi aparırlar. Soruşa bilərsiniz ki, məmuriyyət Xətai rayonunda nə edir belə? Daha nə etmir ki?! Dövlət qulluqçusu kimi vəzifəsinin öhdəsindən gəlmək istisna, hər bir əməlin yiyəsidirlər – yaşıllıqların məhvi, səkilərin, yolların zəbti, onların yerində yerli icra hakimiyyətinin sərəncamı ilə tikintilər...
Bakının heç bir rayonu bu dərəcədə qəsbə, hücuma məruz qalmayıb. Hətta sabiq başçısı Razim Məmmədovun gedişindən sonra da ağacların qırılması dayanmadı. Açığı, Xətaidə artıq ağac da qalmayıb, bu məmurlar və iş adamları kəsmək üçün hardan tapırlar, çox maraqlıdır. Sanki Xətai rayonun yadelli işğalçılar hücum edib və bu gözəl ərazilərdən intiqam alırlar. İntiqam demişkən, Rubrika.Az xəbər verir ki, informasiya portallarında diqqətimizi çəkən İntiqam Cümşüdov ad-soyadı oldu. Rayonun icra başçısı Rafiq Quliyevin komandasına daxildir. Əslində böyük bir vəzifə də yoxdur, amma bununla belə Xətai rayonunda özünü Səfəvi imperatoru kimi hiss etməkdədir.
Mətbuat iddia edir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəis müavini olan İntiqam Cümşüdov bəlkə də rəisdən də geniş imkanlara malikdir. Qəribədir ki, MKTB rəisinin müavini nə qədər maaş alır, nə qədər qazanır belə?! Axı dövlətin verdiyi məvaciblə Xətai kimi bahalı rayonun mərkəzi Gəncə prospektində çoxsaylı obyektlərə sahiblənmək asan iş deyil. Yəni Gəncə prospektində bir obyektin kvadratının neçə min olduğunu orada yaşayanlar əla bilirlər. Amma saytların da yazdığı kimi, rəis müavini vəzifəsini daşıyan İntiqam Cümşüdov həmin prospektdə bir yox, bir neçə əmlakın sahibidir. Belə iddialar səslənir ki, ona bu şəraiti yaradan icra başçısı Rafiq Quliyev olub.
Çünki aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun Gəncə prospektində dəyəri yüzminlərlə olan obyektlərə yiyələnməsi yalnız İH rəhbərinin dəstəyi ilə ola bilər. O zaman belə güman etmək olar ki, icra başçısı ya şərikdir, ya da onun adına çıxarmaqla məsuliyyətini yüngülləşdirib. Sual oluna bilər ki, hansı məsuliyyətdən söhbət gedir? Bunun da cavabı var – dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər onun biznes obyektləri varsa, hansı yolla əldə etdiyi dərhal təftiş olunur. Bu halda obyektlərin büdcə pullarının silinməsi, yaxud maxinasiya yolu ilə əldə edildiyi aşkarlansa, korrupsiya elementi sayılacaq.
Görünür ki, İntiqam Cümşüdovun vəzifəsinin kiçik olması nəzərə alınaraq, diqqətdən kənarda qalacağı hesablanıb. Hər halda MKTB rəis müavini olan İntiqam Cümşüdovun bir “kiçik padşah” və ya zəngin məmur olduğu sirr deyil. Bu da onu diqqət mərkəzinə gətirib. Eyni zamanda, yuxarı instansiyalar onun fəaliyyətini və obyektlərə necə sahib olmasını təqib etməmiş deyillər. Ümumiyyətlə, Xətai rayonuna dövlətin ciddi nəzarətinə ehtiyac var. Əks halda rayondan əsər-əlamət qalmayacaq: yaşıllıqların məhvi, məmurların rayonu cənginə alması nəticəsində...
Ən dəhşətli məlumat ondan ibarətdir ki, Xətai rayonunda obyekt, ev və başqa tikililərin icra hakimiyyətindən inşasına “icazə” alınması məsələlərinə də məhz İntiqam Cümşüdovun baxdığı iddia edilir. Onun kifayət qədər fərasətli biri oluğu deyilir. Xətai rayonunda həm nüfuzu, həm geniş əlaqələri, həm də dili-dilçəyi olduğu üçün bu işlərin qeyri-rəsmi həlli məsələləri ona həvalə edilib. Deməli, İ.Cümşüdov yetərincə səriştəli, bacarıqlı və pul qazanmağı bilən məmurdur. Ona görə də icra başçısı rayondakı bu işləri ona tapşırıb, böyük etimad göstərib. Bu da təsadüfi deyil, təcrübəsi var. Çünki İntiqam Cümşüdov daha əvvəl də paytaxtın Binəqədi rayon başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib. Ona görə də Xətai rayonunda MKTB rəisinin müavini işləyərkən təkcə bu vəzifəsi ilə fəaliyyət dairəsi məhdudlaşmayıb, həm də İH rəhbəri Rafiq Quliyevin rayondakı işlərini görməklə paralel özü də obyektlərə sahiblənib, varlanıb. Nə deyirik, məşhur el misalı var - “Bacarana can qurbandır”, amma baxır necə... Hər halda biz bu iddialarla bağlı adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
//Rubrika.Az//


Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az