• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
9-11-2023, 10:45

Elçin Əmirbəyov: Sülh sazişi yalnız BU HALDA mümkündür

Elçin Əmirbəyov: Sülh sazişi yalnız BU HALDA mümkündür


Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın "Adnkronos" nəşrinə müsahibəsində deyib.

Elçin Əmirbəyov sülh sazişinin müsbət nəticəsinin ikili yanaşma ilə çıxış edən Ermənistan hakimiyyətinin səmimiyyət səviyyəsindən asılı olacağını bildirib. Çünki Ermənistan tərəfi bir tərəfdən sülh sazişini yekunlaşdırmaq istəyindən danışır, digər tərəfdən isə Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb.

"Son günlərdə İtaliyada səfərdə olan Ermənistan hakimiyyətinin nümayəndələri BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa İttifaqı kimi müxtəlif beynəlxalq platformalardan sui-istifadə edir və məsələni siyasiləşdirir. İrəvan bununla bütün maraqlı tərəflərin diqqətini nəinki əsas yoldan yayındırır, həm də prosesi çıxılmaz vəziyyətə salır. Sülh sazişinin əldə olunması üçün Ermənistan əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməli və verdiyi vədlərə əməl etməlidir. Ermənistan paralel yollarda öz dar siyasi məqsədlərini həyata keçirməyə çalışmaqdan əl çəkməli və ən yüksək səviyyədə sülh sazişi layihəsi ilə bağlı yenidən danışıqlara başlamalıdır", - deyə Azərbaycan rəsmisi vurğulayıb.

Elçin Əmirbəyov Ermənistanın Qarabağda etnik təmizləmə və soyqırımı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü ittihamların tamamilə əsassız olduğunu bildirib: "Məhz Ermənistan 30 il ərzində bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının məskunlaşdığı Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib. Bir gecədə 613 azərbaycanlı, o cümlədən qadınlar, qocalar və uşaqlar qətlə yetirilib və soyqırımı törədilib".

O, Azərbaycanın ölkəmizin bütün vətəndaşlarına, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin hüquqlarına hörmət etdiyini vurğulayıb. Ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi yenidənqurma və bərpa işlərinin məqsədinin Ermənistanın təxminən otuz illik işğalı zamanı törətdiyi dağıntıların nəticələrini aradan qaldırmaq olduğu bildirilib: "Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə infrastrukturun yenidən qurulmasına 7 milyard dollardan çox vəsait xərcləyib. Lakin biz hələ də piyada və tank əleyhinə minalar, digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş bu ərazilərdə böyük problemlə üzləşirik. Ermənistan işğal dövründə bu ərazilərə 1,5 milyona yaxın piyada əleyhinə mina yerləşdirib. Azərbaycan tərəfində mina qurbanların sayı durmadan artır. Atəşkəsin əldə olunmasındam bu günə kimi Azərbaycan mina terroru nəticəsində 337 itki verib".

Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən Elçin Əmirbəyov hazırda yüksək səviyyədə olan iki ölkə əlaqələrinin əla siyasi dialoqa, çox fəal və canlı iqtisadi əməkdaşlığa əsaslandığını bildirib: "Əməkdaşlığımız təkcə təbii qaz tədarükü ilə məhdudlaşmır. Lakin bu, tərəfdaşlığımızın mühüm hissəsini təşkil edir. Biz İtaliya ilə iqtisadi və ticarət əməkdaşlığımızı genişləndirmək və şaxələndirmək imkanlarını araşdırırıq. Azərbaycan İtaliyanı Avropa İttifaqında özünün əsas tərəfdaşlarından biri hesab edir. Əməkdaşlığın digər sahələrindən biri də təhsildir ki, biz Bakıda İtaliya-Azərbaycan Universiteti layihəsini reallaşdırırıq. Həmçinin kənd təsərrüfatı, müdafiə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdıra bilərik. Mövcud əməkdaşlığın inkişafı üçün potensial böyükdür. Çünki hər iki tərəfdə xoş niyyət və əlverişli mühit var".

O, həmçinin Azərbaycanın Yaxın Şərqdə atəşkəsin mümkün qədər tez əldə olunmasını istədiyini qeyd edib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az