• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?
  • 07-09-2026 “Azərbaycan ordusu irəliləmək istəyir” - Həkəri körpüsündə nə baş verir? - FOTO
  • 07-09-2026 Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
  • 07-09-2026 Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
  • 07-09-2026 Azərbaycan futboluna ağır itki - FOTO
  • 07-09-2026 Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - FOTO
  • 07-09-2026 Brilliant Dadaşovanın arxivi - FOTO
  • 06-09-2026 Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
  • 06-09-2026 Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 06-09-2026 "Fənərbağça" uduzdu, azarkeş öldü
  • 06-09-2026 BDYPİ sürücülərə müraciət etdi
  • 06-09-2026 Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
  • 06-09-2026 Hava ilə bağlı son məlumat açıqlandı

XƏBƏRLƏR

    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
2-11-2023, 09:16

Gənclərin kirayə dərdi - qiymət baha, şərtlər ağır, problem çox...

Gənclərin kirayə dərdi - qiymət baha, şərtlər ağır, problem çox...


Kirayə ev ömrü qısaldır - alimlər açıqladı, gənclər çıxış yolu axtarır

İnsanın yaşadığı yer - ərazi, ev onun yaşlanmasına təsir edir. Söhbət təkcə ekologiya, təmir və yaşama imkanlarından getmir. Nevroloq Yekaterina Demyanovskaya nəyə görə kirayədə qalmağın bədəni qocaltdığını açıqlayıb. “Yeni elmi araşdırmalar sübut edib ki, kirayə götürülmüş evdə yaşamaq bioloji qocalmanın sürətini artırır. Kirayədə qalanlar öz şəxsi evində yaşayanlardan 40% daha çox və tez-tez xəstələnir. Bu, hətta siqaret çəkənlərlə çəkməyənlər arasında olan fərqdən də çoxdur.

Qocalmaya səbəb kirayə evin şəraiti yox, kirayənişinin ödəmədə borclanması və bir neçə ayın borcunun yığılması və bundan yaranan stresdir. Sorğu göstərib ki, kasıb məhəllələrdə ucuz ev kirayələyənlərin səhhəti öz evində yaşayanlar kimi olub. Deməli, burada digər məqam kirayə haqqının yüksək olmasıdır.

Ona görə də dövlətlər ölkədə kirayə haqlarının artmaması üçün çalışa, qiyməti nəzarətdə saxlaya, kirayə haqqının işəgötürən və ya dövlət tərəfindən çətin anlarda kompensasiya olunmasını təmin edə bilər. Kirayə yaşayanların stresinin profilaktikası onların sağlamlığının qorunması deməkdir", - o bildirib.

Qeyd edək ki, bundan öncəki araşdırma hündürmərtəbəli binaların sakinlərinin həyət evlərində yaşayanlardan 60% daha xəstə olduğunu üzə çıxarıb.

Kirayənişinlərin statistikası yoxdur, çünki...

Maraqlıdır, bəs Azərbaycanda ömrü, cavanlığı kirayə mənzillərdə keçən insanların, ailələrin, gənclərin sayı nə qədərdir? Onlar, psixoloqun dediyi kimi, kirayədə yaşadıqları üçün necə, hansı sürətlə qocalırlar?

Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayı barədə dəqiq statistika aparılmır: “Evsizlərin və kirayədə yaşayanların sayına dair məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan siyahıya daxil deyil”.

2022-ci ilin yanvar ayında açıqlanan statistikaya görə, Bakı şəhərində hər kvadrat kilometrə düşən əhali sayı 1076 nəfərdir. Ayrı-ayrı rayonlara görə rəqəmlərə nəzər salsaq, ən çox sıxlıq Nəsimi rayonundadır - hər kvadrat/kilometrə 22270 nəfər. Yasamal rayonunda hər kvadrat/kilometrə 12465 nəfər, Nizami rayonunda isə hər kvadrat/kilometrə 10095 nəfərdir.

Ümumiyyətlə, bu sual ətrafında real rəqəmlər barədə danışmaq mümkünsüzdür. Ekspertlər bildirir ki, Azərbaycanda əhalinin hərəkəti, müvəqqəti yaşayışı, hətta daimi yaşayışı ilə bağlı qeydiyyat mexanizmi mürəkkəbdir, əlçatan, çevik deyil, elektronlaşmayıb və buna görə də Bakı şəhərində nə qədər insanın yaşadığı heç hökumətin özünə də məlum deyil. Statistika Komitəsi də bu istiqamətdə ölçmələr, qeydiyyat apara bilmir. Çünki Statistika Komitəsi əslində aidiyyəti qurumların verdiyi rəsmi məlumatlara əsaslanmalıdır ki, onlar bu məlumatları verə bilmirlər.

Rəsmi statistikaya baxsanız görərsiniz ki, Bakıda 2,2 milyon əhali yaşayır. Bu da təxminən 500 min ailə deməkdir. Xüsusilə də Bakı və onun ətrafında kifayət qədər sənədsiz evlər var: həm çoxmənzilli binalar, həm də fərdi yaşayış evləri ilə bağlı 400 min, 500 min rəqəmi səsləndirilir. Belə bir şəraitdə evi olmayan vətəndaşların sayının müəyyənləşdirilməsi əlbəttə ki, çətinlik yaradır. Məsələn, Abşeron rayonunda qeydiyyatda olanların sayı təqribən 350 min nəfərdir, amma rayon rəsmiləri etiraf edirlər ki, bu ərazidə 700 mindən artıq insan yaşayır. Hər hansı mexanizm vasitəsilə qeydiyyat aparılmır. Buna görə də uçot yoxdur, uçot olmadıqda da dövlət planlaması olmur. Adi tıxacların yaranmasından tutmuş, təhsil, səhiyyə müəssisələrinin istifadəyə verilməsi, orada yataq sayı və s. məsələlər əslində bölgədə yaşayan əhalinin sayına uyğun hesablanmalıdır və buna uyğun təmin edilməlidir. Amma faktiki olaraq Bakı şəhərində yaşayan əhali ilə uçotda olan əhali arasında 1,8-2 dəfə fərq var və buna görə də bir çox yerlərdə qeyd edilən xidmətlər əlçatan deyil, yaxud digər problemlərin yaranmasına gətirib çıxarır. Bu istiqamətdə ciddi planlamanın aparılması nəzərdə tutulursa, ilk olaraq uçotun təkmilləşdirilməsi, yaşayış yeri ilə bağlı qeydiyyatın zəruriliyi, eyni zamanda bu xidmətin əlçatanlığı təmin olunmalıdır. Əvvəlki dövrlərdə polis şöbələrində müvəqqəti qeydiyyata düşmək mümkün olduğu halda, belə məlumatlar var ki, artıq bu xidmətdə məhdudiyyət tətbiq edilir. Yəni nə qədər ki, bu xidmətlər əlçatan olmayacaq, uçot düzgün aparılmayacaq, o qədər də bu istiqamətdəki problemlər qüvvədə qalacaq.

Qanunsuz evlər, kirayə bazarındakı hərc-mərclik...

Amma təxmini hesablamalara görə, ümumi yaşayış fondumuzun təxminən 17-18 faizini kirayə mənzil fondu təşkil edir. Mövcud rəqəmə toxunsaq, ölkədə çox böyük həcmdə mənzillər kirayə verilir, xüsusilə də böyük şəhərlərdə. Kirayə fondunun 95 faizi isə qanunsuzdur, buna kölgə iqtisadiyyatı deyirlər. Kirayə evlərə mənbədən tutulan vergi təyin olunur ki, bu da 14 faizdir. Bir çox vətəndaş onu ödəməkdən yayınır. Yayınma səbəbi də 100 manat kirayə haqqına 14 manat verginin tətbiq olunmasıdır.

Əgər bütün ölkədə kirayə verilən mənzillərin sayını götürüb, bunların qiymətinin 14 faizini hesablasaq, çox böyük itki görəcəyik. Hazırda bu sahə ilə məşğul olan ekspertlər bazarda vəziyyəti tənzimləmək üçün bu sahəyə tətbiq olunan verginin azaldılmasını və nəzarət mexanizminin gücləndirilməsini təklif edir. Belə ki, şəxslər mənzilləri müqavilə əsasında kirayə götürsələr, bu halda pozuntular baş tutmaz. Əks halda, hüquqları çox tapdalanır - ev sahibləri çox vaxt əsassız şəkildə onları evdən çıxarır, qiyməti qaldırırlar, bunun qarşısı alınmalıdır.

Digər tərəfdən, əmlak sahibləri də müxtəlif problemlərlə üzləşirlər. Kirayədə yaşayan şəxslər pulu vaxtında ödəmir, evin təmirini korlayırlar, oğurluq hadisələri olur və s. Neqativ hallar çox olduğuna görə onların aradan qaldırılması ilə bağlı nəzarət mexanizmi gücləndirilməli və müqavilələr tətbiq olunmalıdır. Bu, dövlətə də xeyirdir.

Oğlan tələbələrin üzünə bağlanan kirayə qapıları

Amma kirayə bazarında əziyyət çəkən bir başqa kəsim də oğlan tələbələrdir. Araşdırmalar isə sübut edir ki, bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar. İnsanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar. Buna səbəb əksər hallarda oğlanların evə təmiz, gigiyenik baxa bilməməsidir. Amma problemin yaranmasına səbəb ölkədə kifayət qədər tələbə yataqxanalarının olmamasıdır. Ümumilikdə isə bu gün istər qız, istər oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var. Buna səbəb isə şəhərin bir çox hissəsinin sökülməsidir. Belə ki, köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən, şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayə gedirlər. Onlar da mənzilləri uzunmüddətli kirayə götürdüklərinə görə artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir.

Yazını hazırladı: Sevinc TELMANQIZI “Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az