• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
26-04-2025, 10:21

Kallasın Bakı səfərinin əsl məramı nə idi?

Kallasın Bakı səfərinin əsl məramı nə idi?


Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatik deyil, həm də strateji baxımdan əhəmiyyətli bir hadisə sayıla bilər və sayılmalıdır da. Bu, formal regional tur yox, xüsusi olaraq Bakı ilə münasibətlərə fokuslanan, konkret məqsədli və hədəfli səfər idi ki, nəticədə Brüsselin Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil və təsirli aktor kimi əhəmiyyətini anladığını göstərir.

K.Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Cənubi Qafqaza ilk səfərinin məhz Azərbaycana ünvanlanması artıq simvolik məna daşıyır. Bu, təkcə ikitərəfli münasibətlərin təftişi və yenidən başladılması arzusu deyil, həm də Brüsselin Bakı ilə dialoqda yanaşmasını dəyişmək zərurətini qəbul etməsidir. Xüsusən də son üç ildə Aİ-nin buraxdığı bir sıra diplomatik səhvlər fonunda bu səfər özündə yeni bir kursun başlanğıc əlamətini daşıyır.

Avropa İttifaqı hazırda xarici siyasətini dərindən yenidən qiymətləndirdiyi bir mərhələdən keçir. ABŞ ilə xarici siyasət koordinasiyası xüsusilə postsovet məkanında, nəzərəçarpacaq dərəcədə zəifləyib. Trans-Atlantik münasibətlərdə qarşılıqlı etimadla inamın tənəzzülü və Aİ daxilində suveren milli siyasətlərin güclənməsi fonunda Brüssel yaxın xaricdə öz strategiyasını real şəkildə təftiş etməli olur.

Cənubi Qafqazda uğursuzluqlar, Mərkəzi Asiyaya qarşı siyasi laqeydlik, Yaxın Şərqdə təsirin itirilməsi və Balkanlarda passivlik təkcə institusional zəiflikləri deyil, həm də Avropa diplomatiyasının mənəvi və strateji böhranını üzə çıxardı. Bu böhran xüsusilə də müstəqil xarici siyasət aparmaq qabiliyyətinə malik Azərbaycan kimi ölkələrlə dialoqda özünü daha qabarıq göstərir.

Kaya Kallasın Bakıya səfəri yalnız diplomatik jest deyil, həm də Aİ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanmasını ifadə edən cəhd idi. Yeni Ali Nümayəndənin Ermənistanı deyil, məhz Azərbaycanı seçməsi, halbuki Aİ-nin dəstəklədiyi müşahidə missiyası orada fəaliyyət göstərir, Brüsselin diqqət mərkəzində dəyişiklik olduğunu göstərir. Bu, artıq ideoloji qəliblərdən deyil, maraqlara əsaslanan praqmatik və realist dialoqa üstünlük verilməsinin əlamətidir.

Estoniyanın baş naziri olduğu dövrdə də tərəfdaşlara qarşı sərt, lakin praqmatik və rasional xətt yürüdən Kallas üçün Azərbaycan yalnız enerji resursları yox, həm də regional sabitliyin əsas təminatçısı ölkə kimi önəmlidir.

Bu isə Bakı ilə İrəvan arasında formalaşmaqda olan sülh sazişi kontekstində daha da aktuallaşır.

Bakıda aparılan danışıqlar zamanı enerji və nəqliyyatdan tutmuş təhlükəsizlik və postmünaqişə bərpasına qədər geniş spektrdə məsələlər müzakirə olundu.

Fəqət əsas mövzu regional nizamlanma, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi oldu. Özünü bu prosesdə vasitəçi kimi təqdim etməyə çalışan Aİ, əslində, prosesdən kənarda qaldı və bunun əsas səbəbi də elə öz diplomatik səhvləri idi.

Ən başlıcası isə Fransanın destruktiv və təhrikedici mövqeyi oldu ki, bu da Aİ-nin neytrallığına Bakı tərəfindən ciddi zərbə kimi qiymətləndirildi.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Aİ yalnız o halda bu prosesdə iştirak edə bilər ki, ikili standartlardan imtina edilsin və tərəflərə bərabər məsafə prinsipi tanınsın. Kaya Kallasla keçirilən danışıqlar məhz bu yeni yanaşma üçün konturların cızılması baxımından əhəmiyyətli idi. Bu, etimadın bərpası üçün hələlik nəzəri, amma real potensiala malik imkan pəncərəsi kimi qiymətləndirilə bilər.

Bakıda keçirilən danışıqlarda xüsusi diqqət Fransa faktoruna yönəldildi. Bu ölkə həm Avropa İttifaqı çərçivəsində, həm də digər beynəlxalq platformalarda ardıcıl şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir. Fransanın erməni radikallarını dəstəkləməsi, Brüsselə birtərəfli gündəliyi legitimləşdirmək üçün təzyiq göstərməsi, eləcə də Aİ-ni uydurma "humanitar missiya"ya cəlb etmək cəhdləri Bakının Aİ-yə olan etimadını dərin şəkildə sarsıdan kritik həddə çevrildi.

Bu gün Azərbaycanda Avropa İttifaqı bütöv və vahid bir xarici siyasət aktoru kimi deyil, parçalanmış maraqlara malik, ayrı-ayrı dövlətlərin - xüsusən də Fransanın siyasi simpatiyalarının üstünlük təşkil etdiyi bir klub kimi dərk olunur. Bu isə ya Aİ-nin qərar qəbuletmə mexanizminin köklü şəkildə yenidən düşünülməsini, ya da onun Cənubi Qafqaza yanaşmasının institusional transformasiyasını zəruri edir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçi rolunu oynamağa çalışdı. Amma son üç ildə bu səylər ardıcıl diplomatik səhvlər və əlaqələndirilməmiş təşəbbüslərlə müşayiət olundu. Aşağıdakı əsas epizodlar bu buraxılmış fürsətlərin təhlilinə xüsusi diqqət tələb edir:

1. Şarl Mişel təşəbbüsü və onun itirilməsi: 2022-ci ildə Şarl Mişelin Bakı ilə İrəvan arasında danışıqlarda şəxsi iştirakı perspektivli görünürdü. Ancaq əldə olunan razılaşmaların icrasına yönəlik mexanizmlərin olmaması, həmçinin Zəngəzur dəhlizi də daxil olmaqla əsas məsələlər üzrə Brüsselin qeyri-müəyyən mövqeyi tərəflərin etimadını zəiflətdi.

2. Aİ-nin Ermənistandakı məntiqsiz, təhlükəli və birtərəfli missiyası: Aİ-nin mülki missiyasının Bakı ilə razılaşdırılmadan Ermənistanda yerləşdirilməsi Azərbaycanın suverenliyinə qarşı nümayişkaranə hörmətsizlik kimi qəbul olundu. Həmin missiya mandatına zidd olaraq faktiki şəkildə münaqişə tərəflərindən birinin siyasi alətinə çevrildi.

3. Avropa institutlarının anti-islam və anti-türk ritorikaya laqeydliyi ilə susqunluğu: Ermənistan mediasında və siyasi arenasında düşmənçiliyi körükləyən çağırışlara qarşı Aİ tərəfindən adekvat reaksiya verilməməsi Azərbaycanda ikili standartlar təəssüratını daha da gücləndirdi.

Nəticədə, neytral və effektiv vasitəçi olmaq əvəzinə, Aİ həm nüfuzunu, həm də regiondakı etimadını faktiki olaraq itirmiş oldu.

Azərbaycan, məsuliyyətli və rasional bir dövlət olaraq, Aİ ilə dialoqun bərpası imkanını tamamilə inkar etmir. Lakin bu, yalnız Bakının əsas saydığı bir sıra şərtlərin yerinə yetirilməsi ilə mümkündür:

Neytrallıq və obyektivlik: Aİ ayrı-ayrı üzv dövlətlərin - xüsusən də Fransanın - mövqelərini ümumi siyasət kimi təqdim etmək praktikasından imtina etməlidir.

Ermənistandakı Aİ missiyasının fəaliyyətinin yenidən nəzərdən keçirilməsi: Missiyanın mandatı yalnız texniki funksiyalarla məhdudlaşmalı, siyasi proseslərə müdaxiləni və qərəzli ritorikanın ötürülməsini istisna etməlidir.

Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi tanınması: Brüssel mentorlara xas təlimatverici və amiranə yanaşmadan imtina edərək, Bakı ilə paritet əsaslı dialoqa keçməlidir - bu dialoqda Azərbaycanın maraqları formal deyil, məzmun baxımından nəzərə alınmalıdır.

Sektoral normalaşma üzrə mərhələli yanaşma: Energetika, nəqliyyat, iqlim dəyişikliyi və rəqəmsal transformasiya kimi sahələrdə minimum siyasi yüklənmə ilə yeni pozitiv gündəmin formalaşdırılması mümkündür.

Azərbaycan irəli getməyə hazır olduğunu nümayiş etdirir - lakin bu, yalnız suverenlik, ərazi bütövlüyü və siyasi ləyaqət məsələlərində heç bir güzəştin olmayacağı şəraitdə baş verə bilər.

Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini daha geniş regional dinamikadan kənarda dəyərləndirmək mümkün deyil. Aİ-nin Mərkəzi Asiyaya marağının artması, "Global Gateway" təşəbbüsü, Çin logistik marşrutlarından asılılığın minimuma endirilməsi cəhdləri - bütün bunlar obyektiv olaraq Cənubi Qafqazın tranzit körpüsü və siyasi mərkəz kimi əhəmiyyətini artırır.

Belə şəraitdə Aİ-nin Mərkəzi Asiyadakı fəallaşması ya Bakı ilə əməkdaşlığın genişlənməsi üçün əlavə impuls ola bilər, ya da əksinə, prioritetlərin qeyri-bərabər bölüşdürüləcəyi təqdirdə yeni rəqabət gərginliyinin mənbəyinə çevrilə bilər.

Eyni zamanda, Aİ ilə Çin arasında münasibətlərin transformasiyası (o cümlədən sanksiyalar kontekstində) davam edir və bu, davamlı və etibarlı marşrutların əhəmiyyətini daha da artırır. Belə marşrutlardan biri olan Orta Dəhliz - yəni Azərbaycan üzərindən keçən yol - Avropa üçün alternativ deyil, strateji zərurətə çevrilməkdədir.

Əgər Aİ doğrudan da xarici iqtisadi əlaqələrini yenidən qurmaq və strateji muxtariyyətə nail olmaq istəyirsə, Azərbaycanı nəzərdən kənarda saxlamaq lüksünə malik deyil.

Kaya Kallasın Azərbaycana səfəri sadəcə diplomatik jest yox, Bakı-Brüssel münasibətlərinin yeni arxitekturasının qurulması üçün potensial başlanğıc nöqtəsidir. Azərbaycan dialoqa hazırdır - lakin bu, yalnız hörmət, bərabərlik və əvvəlki etimadsızlıq, müdaxilə və siyasi qərəz üzərində qurulan paradiqmalardan imtina şərtilə mümkündür.

Gələcək dialoqun əsas prinsipləri belə formalaşmalıdır:
Tənqidçilik deyil, konstruktiv yanaşma;
Himayəçilik deyil, bərabərlik;
Şablonlar deyil, çevik və məzmunlu əməkdaşlıq.

Avropa İttifaqı səhvlərini düzəltmək üçün bir fürsət əldə edib. Bu fürsətdən istifadə edə biləcəyi isə Brüsselin öz əvvəlki siyasətinin hədlərini nə qədər dərindən anladığından asılıdır.

Hazırda Bakıda ehtiyatlı nikbinlik mövcuddur.

Məzkur nikbinlik tələbsiz və şərtsiz deyil - tələblər yüksəkdir, illüziyalar yoxdur, tələskənlik və milli ləyaqət məsələsində kompromisə getmək isə qətiyyən nəzərdə tutulmur.

Elçin Alıoğlu
Trend

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az