• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
7-05-2026, 06:15

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb


Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.

Nyus.Az xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimi Millətlər Sarayı kompleksinin ən simvolik məkanlarından biri olan və qlobal dialoq üçün yüksək rəmzi əhəmiyyət daşıyan möhtəşəm qəbul zalında (Salle des Pas Perdus) baş tutub.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov çıxışında bildirib ki, MAMA "Ana təbiət" layihəsi incəsənət və insanlıq arasındakı dərin əlaqələri araşdıran beynəlxalq bədii təşəbbüsdür. Bu təşəbbüs müxtəlif mədəni mühitlərdən olan sənətkarları bir araya gətirir və müasir dövrdə mövcud olan ekoloji çağırışların aktuallığını əks etdirir.

Sərginin BMT-nin Cenevrə bölməsində təşkilinə görə layihənin ideya müəllifi Leyla Əliyevaya təşəkkür bildirilib. Sərginin tamaşaçılara bədii zövq təlqin etməklə yanaşı, eyni zamanda Ana Təbiətə daha diqqət və qayğı ilə yanaşmağı təbliğ edəcəyindən əminlik ifadə edilib.

BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya çıxışında Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə sərginin təşkilinə verilən töhfəyə görə minnətdarlığını ifadə edib. O bildirib ki, bu sərgi xüsusi və fərqli xarakter daşıyır, çünki o, insanın, bəşəriyyətin və təbiətin vəhdətindən bəhs edir.

T.Valovaya, həmçinin vurğulayıb ki, sərginin məğzini təşkil edən mövzular eyni zamanda BMT-nin prioritetləri sırasındadır. Baş katib Antonio Quterreş 2026-cı il üçün prioritetləri təqdim edərkən əsas istiqamətlərdən biri məhz ətraf mühit və təbiətin qorunması olduğunu bildirib. Qeyd edilib ki, davamlı inkişafdan danışarkən, BMT-nin gələcək illər üçün hədəflərini müzakirə edərkən təbiətlə harmoniyada yaşamaq xüsusi əhəmiyyət kəsb edir. Bu mövzu ilə bağlı ictimai maarifləndirmənin artırılması vacibdir və bunu həyata keçirmək üçün incəsənətdən daha yaxşı vasitə təsəvvür etmək çətindir.

Bu sərgi ilə ilk dəfə 2024-cü ildə Bakıda tanış olduğunu qeyd edən baş direktor bu gün sərginin Cenevrədə təqdim edilməsindən məmnunluq ifadə edib.

Layihə ilk dəfə 2024-cü ildə Bakıda, Heydər Əliyev Mərkəzində COP29 iqlim konfransı çərçivəsində təqdim olunub. Daha sonra Manama, Roma, London, Tbilisi, Berlin və Tirana kimi şəhərlərdə nümayiş etdirilərək beynəlxalq səyyar platformaya çevrilib. Bu müddət ərzində 28 ölkədən 50-dən çox rəssam planetimizin gələcəyi ilə bağlı qlobal müzakirəyə öz töhfəsini verib.

Millətlər Sarayında keçirilən təqdimat xüsusi simvolik əhəmiyyət daşıyır. Diplomatiya və beynəlxalq əməkdaşlığın mərkəzində baş tutan sərgi ekoloji məsuliyyətin yalnız siyasi deyil, həm də mədəni və ictimai düşüncə müstəvisində dərk edilməsinin vacibliyini önə çıxarır.

Millətlər Sarayının qəbul zalında nümayiş olunan əsərlər təbiəti canlı və daim inkişaf edən bir varlıq kimi təqdim edir. Bu yanaşma insanın planetar ekosistemdəki roluna yenidən baxmağa və müasir ekoloji problemlərə daha həssas münasibət formalaşdırmağa çağırır.

Beləliklə, MAMA "Ana təbiət" sərgisi Cenevrədə incəsənət, diplomatiya və ekoloji şüurun qovuşduğu mühüm beynəlxalq platforma kimi çıxış edir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az