• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
1-02-2026, 07:05

Əbdül Mahmudov xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəyəm ki... "

Əbdül Mahmudov xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəyəm ki... "


Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətində yaranmış ciddi problemlər ilə bağlı xəstəxanaya yerləşdirilib.

Nyus.Az xəbər verir ki, Şeyx Əbdül xəstəxanadakı müalicə prosesi, kino cameəsində baş verən son proseslərlə bağlı Musavat.com-a danışıb.

-Əbdül bəy, hazırda vəziyyətiniz necədir? Ötən gün mədəniyyət nazirinin köməkçisi Fərid Cəfərov bildirmişdi ki, tezliklə nazirlik tərəfindən sizi ziyarət edəcəklər. Sizinlə maraqlanırlarmı?

-Nazir Adil Kərimli özü dünən şəxsən zəng etdi. Bildirdi ki, hazırda aeroportdadır, səfərə gedir və 3 gündən sonra geri qayıdandan sonra görüşəcəyik.
Dünən isə Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov, kinostudiyanın rəhbərliyi və nazirliyin rəsmiləri yanıma gəldilər. Mənə ağsaqqal, Xalq artisti kimi böyük hörmət göstərirlər. Həkimlər də çox diqqətlidirlər. Bütün müalicə göstərişləri verilib, dövlət hesabına müalicə alıram. Belimlə bağlı Türkiyədən mütəxəssis dəvət ediblər, o da gələcək. Mədə-bağırsaq, bel ağrıları və digər problemlərlə bağlı müalicələrim davam edir.

-Həkimlər nə deyir? Neçə gün xəstəxanada qalmağınız planlaşdırılır?

-Bazar ertəsindən etibarən üç xəstəliyimin müalicəsinin birinci mərhələsinə başlanılacaq. O cümlədən gözlərimlə bağlı. Son günlər gözümdə tor əmələ gəlib, görməmdə problem var. Daha sonra bel məsələsi həll olunacaq ki, rahat gəzə bilim. Yəqin ki, təxminən 10 gün xəstəxanada qalacağam.

-Xəstəxanadan bir video müraciət də etmişdiniz, küsülü olduğunuz Şəfiqə Məmmədova və Rasim Balayevə çağırış etmişdiniz ki, bir araya gələsiniz...

-Bəli. Şəfiqə Məmmədova ilə kurs yoldaşı olmuşuq. Rasim Balayevlə isə 50 illik ailə dostluğumuz var. Söhbət kino ittifaqları tərəfindən kino cameəsinin parçalanmasından və mənim buna qarşı mübarizəmdən gedirdi. Nəhayət ki, bu proses baş tutdu - iki kino ittifaqı bir araya gəldi, sədr də seçildi. Bundan sonra kimsə buna qarşıdırsa, küsüb inciyirsə, bu artıq onların problemidir. Əslində kino ittifaqı bir təşkilatdır. Bu təşkilat milli kinomuzun dirçəlməsində nə edə bilər? Kinonun inkişafına əsas töhfəni ARKA və Mədəniyyət Nazirliyi verə bilər. İttifaq isə çalışmalıdır ki, kino cameəsi bir araya gəlsin, qarşıdurma, tərəfkeşlik olmasın, söz-söhbət yaranmasın. Kiməsə kömək edəndə digərini də unutmamalıdırlar. Şəfiqə Məmmədova və Rasim Balayevlə münasibətlərimə gəlincə, hazırda heç kimə qarşı küskünlüyüm yoxdur. Sadəcə, umduğum yerdən incimişdim. 80 illik yubileyimlə bağlı məni quru sözlə belə təbrik etmədilər, tədbir keçirmədilər. Mən isə ittifaqlar birləşəndə, Rasim Balayev sədr seçiləndə gedib şəxsən onu öpüb-qucaqlayıb, təbrik etmişdim.

-Yəqin bilirsiniz, Rasim Balayev də xəstəxanaya yerləşdirilmişdi, ötən gün evə buraxılıb.

-Bunu dünən yanıma gələnlərdən eşitdim. Etdiyim duaların içində birinci onun üçün dua etdim. İnanıram ki, xəstəliyi ağır deyil. Rasim Balayev bizə sədr kimi yox, böyük sənətkar, kino adamı kimi lazımdır. Kinomuzun dirçəlməsində onun xeyir-duası vacibdir. Ona Allahdan cansağlığı arzulayıram.

-Zəng edib bunu özünə deməyi düşünürsünüzmü?

-Bir az özümə gəlim, mütləq zəng edib hal-əhval tutacağam.Məni narahat edən odur ki, son zamanlar köhnə açıqlamalarımı yenidən gündəmə gətirirlər. Mən əlimdə tüfəng hər kəsin arxasınca düşə bilmərəm ki... Bu nəyə lazımdır? Artıq kino cameəsi birləşməlidir. Artıq kino ilə bağlı komissiya da yaradılır. Komissiyada Ramiz Rövşən, Hüseyn Mehdiyev, Ayaz Salayev, Ramiz Həsənoğlu və mən olacağam. Nazir Adil Kərimli səfərdən qayıdandan sonra işə başlayacağıq".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az