• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
1-08-2025, 13:07

Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb


Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.

Nyus.Az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli xanəndə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, professor,muğam sənətinin tanınmış ustadı Arif İmran oğlu Babayev ömrünün 87-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlamışdır.

1953-1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır. O, "Şur", "Rast", "Bayatı-Şiraz", "Seygah", "Qarabağ şikəstəsi" kimi klassik muğamların mahir ifaçısı kimi tanınmışdır.

Muğam sənətində qazandığı yüksək nailiyyətlərlə yanaşı, Arif Babayev uzun illər ərzində pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında çalışaraq, muğam sənətinin yeni nəsil ifaçılarının yetişdirilməsində müstəsna rol oynamışdır. Onun yetirmələri bu gün Azərbaycanın və dünyanın müxtəlif səhnələrində uğurla çıxış edirlər.

Arif Babayevin çoxşaxəli yaradıcılığı, milli musiqimizin zəngin irsinin qorunub yaşadılması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar artist", "Xalq artisti" fəxri adlarına, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülmüşdür.

Böyük xanəndə, gözəl pedaqoq, əsl sənətkar və ziyalı insan Arif Babayevin parlaq xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az