• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
17-07-2025, 16:36

HƏR SÖZÜM BİR NƏĞMƏDİR

HƏR SÖZÜM BİR NƏĞMƏDİR


Bu ilin noyabr ayının 21 də həkim-şair Tufan Tərlanoğlunun 70 yaşı tamam olur.Ömrünün 50 ilini insanların sağlamlığı keşiyində duran Tufan Tarverdiyev Göyçay rayonunun Mırtı kəndində dünyaya gəlib .O orta təhsilini 1961-1971-ci illərdə doğulduğu Mırtı kənd orta məktəbində alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Rubrikamızın qonağı da həkim-şair Tufan Tərlanoğludur.
Tanınmış bəstəkarımız Eldar Mansurov Tufan Tərlanoğlunun sözlərinə 23 mahnı bəstələyib.Mahnıları tanınmış müğənnilərimizdən
İlhamə Quliyeva, Briliant Dadaşova ,Niyaməddin Musayev ,Cavan Zeynalll, Aygün Kazımova,Səməd Səmədov ,əməkdar artist Zakir Əliyev ifa edib.
Hazırda Türkiyə Cümhuriyyətində yaşayan dəyərli həkim -şair Tufan Tərlanoğlunu biz də yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik və sözlərinə yazılmış yeni-yeni mahnıları dinləməyi arzu edirik.
İndi isə şairin bir neçə şeirini oxucularımıza təqdim edirik.

Xalq da sənin yanındadır

Əllərinlə Turan yurdu bir Gülüstan olacaq,
Uca adın tarixlərdə qəhrəman tək qalacaq,
Zəfərinə sevinəcək Türk soyları, bütün cahan,
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!

Xalq da sənin yanındadır, zəfərə yol açacaq,
Haqq da sənin yanındadır, yoluna nur saçacaq,
Zəfər sənin, sevgi sənin olacaqdır hər zaman,
Dunyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!
Üz tutaraq bu dünyaya eylədin bəyan,
Beşdən böyük yaranıbdır, bu sirli cahan"
İstəyinlə göy üzündə Milli uçak "KAAN"
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!


Rəqiblərin qarşısında Sən ucasan hər zaman,
Səninlədir can
qardaşın Azərbaycan hər bir an
Can istəsən can verərik, qan istəsən verərik qan
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!

Ulduzlar yağardı

Ulduzlar yağardı baxışlarından,
Ürəyim durardı səsin gələndə,
Səsin də dəyişib, baxışların da,
Günah həm səndədir,
Həm də ki,məndə.

Günlərlə toxunmur əlin əlimə,
Sözlərin qəlbimə toxunur indi.
Dodağım həsrətdir öpüşlərinə,
Kədərli nəğmələr oxuyur indi.

Mənə nəğmə deyən o, şirin dillər
Şirin röya kimi nağıla dönüb,
Daha şəfəq saçmır o, qara gözlər,
Gözündə parlayan ulduzlar sönüb.

Gəl, dəli sevdanı çağıraq geri,
Bu eşqi yaşadaq axıra qədər,
Oyadaq, mürgülü xatirələri,
Sevdamız bitməsin ölənə qədər.

Hönkürüb,öpərsən məzar daşımı

Buludlardan axan şəlalələrtək
İsladır göz yaşın dodaqlarını,
Ayrılıq günündə,ay qəlbi kövrək,
İzin ver, isidim dodaqlarını,
Son dəfə isidim yanaqlarını...
Gözüm gözlərinə həsrət qalacaq,
Sənə röyalarda qonaq gələcəm.
Ayrılıq qəlbimə bir od vuracaq,
Min dəfə gah ölüb, gah diriləcəm!
Sənə röyalarda qonaq gələcəm...
Göylərdə dolaşan arzu, xəyal tək
Eşqin göylərində tək süzəcəksən.
Sürüdən ayrılmış körpə maral tək,
Mənim gəlişimi gözləyəcəksən...
Eşqin göylərində tək süzəcəksən...
Ayrıldın əlini üzüb əlimdən,
Bəhanə eylədin,bəlkə yaşımı.
Bir gün ayrılıqdan bezikib, gəlsən,
Ziyarət eylərsən məzar daşımı...
Hönkürüb, öpərsən məzar daşımı!...

Ocaq-ocaq qocalıram

Dodaqlarım dodağından düşüb uzaq,
Dodaq -dodaq qocalıram.
Gecələri kimsə açmır mənə qucaq,
Qucaq -qucaq qocalıram.
Sümüyümü qızdırammır heç bir ocaq,
Ocaq-ocaq qocalıram.
Dar macalda el-obamdan düşdüm uzaq,
Sizdən uzaq, gözdən iraq qocalıram.
Yuxum sanki ərşə çıxıb,yatammıram bircə saat,
Saat -saat qocalıram.
İlham pərim yoxa çıxıb,yazammıram bircə yarpaq,
Yarpaq -yarpaq qocalıram.
Yanıb dərdin ocağında səs-səmir siz, gizli -gizli
Gizlin-gizlin qocalıram.
Göy üzündən yerə enib,sürünürəm dizin,
Dizin -dizin qocalıram.
Ömrümü şama döndərib,əriyirəm yana- yana
Yana -yana, qocalıram.
Əllərim yaman qısalıb, daha çatmır heç bir yana,
Yana-yana, özümü tək sana- sana qocalıram...

Hər zamana alışırıq

Hər zamana alışırıg.
Dərdlə gəmlə barışırıg.
Zalımlar zilə çıxanda,
Biz də bəmdən danışırıq.
İtibdir qiyməti sözün,
Nə danışım, canım-gözüm?...
Ayrılanda sözün düzün,
Üzdə yalan danışırıq...
Torpaqlar əldən gedəndə,
Yağı bizə güc gələndə,
Yurduma od ələnəndə
Koroğludan danışırıq...
Nankorlara mən baxanda,
Əlim qalır öz yaxamdan,
Qiymətlər göyə qalxanda
Ucuzluqdan danışırıq...
Çevir tatı, sən vur tatı,
Daha qaçıb sözün dadı,
Hamı bir-birini aldadır,
Doğruluqdan danışırıq...
Ağla canım, ağla gözüm,
Qalmayıbdı məndə dözüm,
Sürünürük dizin-dizin,
Cah-cəlaldan danışırıq...
Sözü salma, düzə-dağa,
Ağzını yum, mumla, qağa,
Başmıza dərd yağa-yağa
Xoşvaxtlıqdan danışırıq...
Tərlanoğlu yolun azma,
Nə yazırsan yalan yazma,
Öz-özünə quyu qazma,
Cah-cəlaldan danış getsin,
Tar-qavaldan danış getsin...

Şairlərə

Şair, gəl yazmayaq güldən-çiçəkdən.
Gəl, elin dərdindən-sərindən yazaq.
Milləti talayan, yalan söyləyən,
Xalqa layla çalan, dilindən yazaq.
Əlacsız ahu-zar, nalə göydədir,
İmanımız,abır-həya yerdədir, İmansızlar bizə iman öyrədir,
Mollanın şərindən,gelinden yazaq.
Alimi zillətdə, kefdədir nadan,
Eşşək arpa yeyir, boz atlar saman, Deyəsən,tərsinə dövr edir zaman,
Bu dövranın gərdişindən, gəl yazaq.
Tərlanoğlu,gəl imana,gəl dinə,
Belə yazsan,işlər dönər tərsinə,
Bülbüllərin tərifinə dön,yenə.
Ahu-zar eyləyən bülbüldən yazaq!...

Mən gedəndə..

Mən gedəndə kimsə ağlayacaq
Saçlarını yola-yola,
Kimlərsə kədərli gözlərini, nəmli baxışlarını dikecek,
Mən gedən son mənzilə, son yola.
Kimlərsə siqaret tüstüsündə
Zarafatlaşa-zarafatlaşa
Məclisi verəcəklər yola
Eh...Gəldim nə oldu ki,
İndi gedəndə nə ola...

Ta əzəldən dürüstlüyü zər qələmlə
Əyriliyi qara yazdım,
Mənə olan yaxşılığı
daş-qayaya,
Pislikləri qara yazdım.
Mərdlər üçün
yay gününün gur yağışı,
Namərdlərçün
qar-ayazdım.
Ömrü beləcə xərclədim
Uf demədən sağa-sola
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola...

Çoxlarına həyan idim,
İndi həyan gəzirəm mən
Yaxşılar göyə çəkilib
Pislərdən lap bezirəm mən,
Kef-damağı salıb yola,
Qəmlə gəzirəm qol-qola.
Eh..Gəldim nə oldu ki,indi gedəndə nə ola...

Zaman oldu yavan yedim,
Amma, mən haram yemedim,
Mərd kasıbın əlin öpdüm,
Qudurğana əl vermədim.
Yaxşıları söyə-söyə,
Pisə "yaxşı deyə-deyə
Külək olub, mən əsmədim sağa-sola,
Qaçan ömrü döyəcləyib,
İndi çatmışam son yola..
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola...

Keçəl Həmzə Koroğluya hiylə gəlib
onu atsız saldı yola,
Keçəl qızlar ərə getdi,
Göyçək Fatma qala- qala.
O zamandan nə dəyişib?
Bilmək olmur, vallah, bala
Odur ki, Haqqa üz tutub
Gedirəm mən bala-bala
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola...

Kədər yükü.

Xurcunu doldurub kədər yüküylə,
Belimə şəlləyib, belə gəzirəm.
Bir adam tapmıram onu bölməyə,
Dərdimi söyləyib selə, gəzirəm.

Qorxuram bir kəsə söyləsəm əgər,
Başa düşməyəcək, mənə güləcək.
O biri deyəcək:"Bu dərddir məgər?"
Mənə dürlü -dürlü ağıl verəcək.

Balalara açsam xurcunun ağzın,
Dərdimi duyarlar, tez qocalarlar.
Yaxşısı budur ki,qoy fərəh alsın
Hər şeydən xəbərsiz məsum uşaqlar.

Düşmən də tapmıram dərdimi deyim,
Barı o sevinsin,o ləzzət alsın.
Heç kimə çatmayan dərdim, gileyim
Yaxşısı budur ki, özümdə qalsın
.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az