• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
12-07-2025, 08:48

“Babək” serialı ilə bağlı şok qalmaqal: film niyə çəkilmədi? - Sərt etirazlar

“Babək” serialı ilə bağlı şok qalmaqal: film niyə çəkilmədi? - Sərt etirazlar


Ərəb iş adamlarının narazılığına görə Azərbaycan qəhrəmanı haqda çəkilişlər ləğv edilib - ziyalılardan fərqli reaksiyalar
Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb. “Bozdağ Yapım”ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.

“Tabii” platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı. Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.

Din xadimləri, siyasətçilər, hətta sadə vətəndaşlar Babəkin şəxsiyyəti, onun qəhrəmanlığı, inancı ilə bağlı həmişə fərqli fikir yürüdürlər. Məsələn, bir müddət əvvəl deputat Fazil Mustafa qeyd etmişdi ki, Babəkin bugünkü Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Babək Sovet sisteminin sırıdığı qəhrəmanlardan biridir: “Bunun da səbəbi Şeyx Şamil ideyasını məhv etmək olub. Yəni ruslara qarşı döyüşmək ideyasının yerinə, ərəblərə qarşı savaşmaq ideyası yaymaq əsas məqsəd idi”.

Tarixçi Kərəm Məmmədov da tarixi mənbələrə istinadən qeyd etmişdi ki, Babək İslama deyil, türkləri əksik tutan ərəb millətiçiliyinə qarşı çıxıb. Onun sözlərinə görə, Babək Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri olub.


Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycan dövlətinin hələ də vahid bir ideologiyası, tariximizə və keçmişimizə münasibətdə ortaq konsepsiyası formalaşmayıb. “Bu olmadığı üçün ayrı-ayrı adamlar ”at oynadır" və bizim mənəvi dəyərlərimizə kölgə salmağa çalışırlar", - deyə partiya sədri vurğulayıb.

S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın 1500 illik dövlətçilik tarixində, xüsusilə ərəblərin gəlişi və İslam dininin yayılması dövründən bu yana elə bir milli ruh daşıyıcısı yoxdur ki, onun üzərinə ləkə atılmasın - istər şair, istər yazıçı, istərsə də qəhrəman: “Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur. Amma bir gün şiə İran ideologiyasının, başqa bir gün ərəb vəhabiliyinin, daha sonra isə hər hansı başqa təriqətin təsiri altında olan adamlar çıxıb bu günün siyasi və dini kontekstindən çıxış edərək Azərbaycanın tarixi dəyərlərinə qiymət verməyə çalışırlar”.

S.Rüstəmxanlı qeyd edib ki, Babək tamamilə fərqli bir dövrdə yaşayıb və ona bu günün gözü ilə baxmaq olar, amma bugünkü ölçü vahidləri ilə qiymət vermək olmaz: “Şah İsmayıl Xətai də eləcə tamamilə fərqli bir mənəvi motivasiya ilə yaşayan, öz dövrünün ruhunu daşıyan şəxsiyyət idi. Ona da indiki Türkiyə-Azərbaycan münasibətləri prizmasından yanaşmaq yanlış olar. Tarixin öz qanunauyğunluqları və dövrün tələbləri var. Bu gün bu məsələləri siyasiləşdirmək, suyu bulandırmaq heç kimə sərf etmir. Babək mövzusunda televiziyalarda, mətbuatda çox mübahisələrimiz olub. Fazil Mustafa ilə də bir verilişdə mübahisə etmişik. Mən onun fikrini, o da mənim fikrimi bilir. Yəni yanaşmalarımız fərqlidir. Ərəb dünyası ilə dostluğumuzu nəzərə alıb, bu gün Türkiyədə ərəb təsirinin artdığı bir zamanda sırf bu kontekstdən yanaşmaq olmaz. Babək Azərbaycan qəhrəmanıdır. İndi bəziləri deyir ki, guya o türk deyildi və sairə. Hərə bir cür danışır. Amma reallıq budur ki, Babək Azərbaycanın torpağında doğulmuşdu. Onun etnik kimliyi nə olursa-olsun, azərbaycanlı idi. Bu gün biz də azərbaycanlı dedikdə kimin hansı etnik kökəndən gəldiyinə yox, onun bu torpağın övladı olmasına baxırıq. Babək də belə idi - Azərbaycanda doğulmuş, bu xalqın maraqları uğrunda mübarizə aparmışdı”.

S.Rüstəmxanlı bir daha vurğulayıb ki, Babək İslama qarşı deyil, işğalçı ərəblərə qarşı savaşıb: “Ola bilər ki, içində dinə qarşı müəyyən narazılıq olub. Amma İslam 7-ci əsrdə Azərbaycana gəlmişdi, Babək isə 8-9-cu əsrlərdə savaşırdı. Yəni aradan iki əsr keçmişdi. Bu qədər vaxtdan sonra onun guya İslama qarşı çıxması haqqında danışmaq doğru deyil. Babək, əslində, o dövrdə Azərbaycana gəlmiş ərəblərin xalqımıza qarşı apardığı zülmə, torpaqlarımızı zəbt etməsinə, xalqa ağır vergi yükü qoymasına qarşı vuruşurdu. Onlar ”mən ərəbəm", “peyğəmbər nəslindənəm”, “şəcərəmi ona bağlayıram” deyə-deyə xalqı talayır, işğal edirdilər. Müsəlman olmaq o demək deyil ki, millətləri ayaqlayıb keçəsən. İnsan dinini dəyişə bilər, amma milli ruhunu dəyişmək mümkün deyil. Babək bu torpağın övladı idi və xalqın istəklərinin təcəssümü kimi 25 il mübarizə apardı. Sonda isə ona xəyanət edildi. Babək Allaha və İslama deyil, işğalçılara qarşı çıxmışdı. Tarix boyu hər millət işğala qarşı mübarizə aparıb - bu, təbii haldır.

Xatırlayıram, mən “Cavad xan” filmini çəkəndə də bu məntiqlə qarşı çıxırdılar. Deyirdilər ki, filmdə ruslara qarşı sərt olmaq olmaz, çox rus ölməməlidir, biz qoyun kimi ölməliyik, amma onlar sağ qalmalıdır. Bu cür düşünənlər var idi. İndi də ərəb dostluğumuzu əsas gətirib deyirlər ki, tariximizi danışmaq olmaz. Onda elə çıxır ki, gəlib tariximizi də ərəblər yazsın.

Beləliklə, Babək haqqında film çəkilsin, ya çəkilməsin - bu, başqa məsələdir. Amma Babəkin adına kölgə salmaq, onun haqqında mənfi fikirlər yaymaq Azərbaycanın tarixinə dil uzatmaqdır, tarixi saxtalaşdırmaqdır.

Ceyhun Məmmədov

Deputat, ilahiyyatçı Ceyhun Məmmədov isə təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan tarixində kifayət qədər araşdırılmamış, barəsində zaman-zaman müxtəlif və əsassız fikirlər səsləndirilən şəxslərdən biri də Babəkdir: “Əvvəla, onu qeyd etmək lazımdır ki, Xürrəmilər hərəkatı o dövrdə, yəni Abbasilər xilafəti dövründə bu hakimiyyət üçün sözün əsl mənasında başağrısına çevrilmişdi. Xilafət çox ciddi dilemmanın qarşısında qalmış, Babək isə onların hakimiyyətini ciddi şəkildə sarsıtmışdı. Bu hərəkat xilafət üçün ciddi təhlükəyə çevrilmişdi.

Mənbələrdə Babək barədə müxtəlif fikirlər yer alır. Bəzi ərəb mənbələri onu İslamın düşməni kimi təqdim edir, bəzi tarixçilər isə Babəki ərəb millətçiliyinə qarşı çıxan bir şəxsiyyət kimi dəyərləndirir. Ümumiyyətlə, ərəb ölkələrində Babəkə münasibət birmənalı deyil və müsbət yanaşma müşahidə olunmur. Sovet dövründə isə Babək bizə bir qəhrəman kimi təqdim olunurdu. Bu yanaşma “Babək” filmində də öz əksini tapıb. Lakin düşünürəm ki, Babəkin bir tarixi şəxsiyyət kimi yenidən tədqiq olunmasına, onun müasir tədqiqatların mövzusuna çevrilməsinə ciddi ehtiyac var.

Babək, istər müsbət, istərsə də mənfi mənada bu xalqın bir nümayəndəsidir. Əsas məsələ budur ki, o, əslində nəyə qarşı mübarizə aparırdı, onun amal və məqsədi nə idi? Biz bu sualları yalnız ciddi elmi araşdırmalarla cavablandırmalıyıq.

Hər kəsə məlumdur ki, sovet rejimi İslama qarşı ideoloji mübarizə aparırdı və buna görə də Babəki anti-İslam obrazında təqdim etməyə çalışırdı. Ərəblər isə onu xilafət üçün təhlükə yaratdığı üçün İslam düşməni kimi qələmə verirdilər. Bu da təbii olaraq Babəkə qarşı münasibətin ərəb ölkələrində birmənalı olmamasına gətirib çıxarıb. Türkiyədə filmin çəkilişinin dayandırılması da məhz bununla əlaqədardır. Ərəb ölkələrində Babəkə münasibətin mənfi olması bu cür gərgin reaksiyaların yaranmasının əsas səbəblərindən biridir".

“Yeni Müsavat”


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az