• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub
  • 15-09-2026 Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
  • 15-09-2026 Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026 Coşqun Cəbrayılovdan Özbəkistan səfirinə şikayət - VİDEO
  • 14-09-2026 İcra başçısı qanunsuz qum karxanası işlədir? - İLGİNC
  • 14-09-2026 “AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər
  • 14-09-2026 "Bilik günü"nün hava proqnozu açıqlandı
  • 14-09-2026 Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
  • 14-09-2026 Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
  • 14-09-2026 Azərbaycanda onların iş vaxtı artırılır
  • 14-09-2026 Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
  • 14-09-2026 Məhkəmə-tibbi ekspertizada kreslo savaşı? — Birliyin daxilində nələr baş verir?
  • 14-09-2026 Retkliff Ukrayna danışıqlarında iştirak edir – Tramp
  • 14-09-2026 Azərbaycanlı şair dünyasını dəyişdi
  • 14-09-2026 Tramp İranın neftinə “əl qoymaq” istəyir – Azərbaycan sərhədində hansı plan hazırlanır?

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
8-04-2025, 08:10

"Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı"

[center]"Anasının istəyi ilə övladını tələf etdi, münasibətlərini sonlandırdı"[/center]



AStar" layihəsinin növbəti buraxılışı mərhum Əməkdar artist Vəfa Fətullayevaya həsr olunub.

Nyus.Az xəbər verir ki, Əməkdar artist Əminə Babayeva onunla bağlı xatirələrini bölüşüb. O, V.Fətullayevanın şəxsi həyatına anası, mərhum Xalq artisti Hökümə Qurbanovanın müdaxilə etdiyini vurğulayıb. Onun sözlərinə görə, H.Qurbanovanın istəyi ilə Vəfa münasibətdə olduğu şəxslərdən ayrılıb və hətta övladını tələf edib:

"Vəfa Zaurla (V.Fətullayevanın həyat yoldaşı, Zaur Nağıyev. İdmançı idi. Onlar 1 ildən sonra ayrılıblar - red.) xoşbəxt yaşayırdı. Hökumə xanım səhnəni elə sevirdi ki, qızını bu sənətə qurban verdi. Vəfa ərindən ayrıldı, övladını itirdi, yenidən səhnəyə gəldi. Bütün bunlar Hökümə xanımın istəyi ilə olub. O, anadır, düşünürdü ki, bununla qızını xoşbəxt edəcək. O qızının xoşbəxtliyini səhnədə görürdü. Övladını ona görə tələf etdilər ki, Vəfaya sənətində mane olmasın. Bəlkə də Hökümə xanım Vəfanı səhnəyə gətirməsəydi, bunlar yaşanmazdı".

Ə.Babayeva aktrisanın mərhum Xalq artisti Fuad Poladovla da münasibətlərinə məhz onun anasının əngəl olduğunu açıqlayıb:

"Hökümə xanım buna müdaxilə etmişdi. Fuad əsgərlikdən gəlib onunla görüşmək istəyəndə anası Vəfaya icazə vermədi. Fuad teatrın qapısını sındırırdı ki, Vəfa ilə görüşsün. Bu zaman Hökümə xanım polis çağırmışdı. Baş rejissorumuz Tofiq Kazımov (mərhum Xalq artisti - red.) onu xilas etdi.

Amma anası qadağa qoysa da Vəfa Fuadla görüşürdü. Biz qastrollarda bunun şahidi olurduq. Hər yerdə birlikdə idilər. Fuad həqiqətən onu çox sevirdi. Yadımdadır, Vəfanın dəfnində Fuad teatrdan çıxanda bilmirdi haraya getsin, elə bil özünü itirmişdi. Vəfanın xasiyyəti atasına bənzəsə də anasını həddindən artıq çox istəyirdi. Hətta şəxsi həyatını da ona qurban vermişdi. Anası nə deyirdi, onu edirdi".

Əməkdar artist mərhum sənətçinin son günlərini belə xatırlayıb:

"1985-ci ildə "Vaqif" tamaşasında onunla dublyor olduq. "Xuraman" obrazını bizə tapşırdılar. Onda Vəfanın vəziyyəti yaxşı deyildi. Ona gündə qan köçürürdülər. Bütün məşqlərdə mən olsam da, premyerada Vəfanın adı yazılmışdı. Bunu aktyorlar mənə irad tutdular. Lakin bununla bağlı nəsə etmədim, çünki bilirdim ki, bu Vəfanın sonuncu tamaşası ola bilər. O, sonra demişdi: Əminə elə bir şey etdi ki, bunu heç bir aktrisa etməzdi. 10 premyera olsa, yenə ona verərdim, təki sağalardı.

Vəfa istəmirdi onu o vəziyyətdə görək. Xəbər göndərmişdi ki, yanıma gəlməsinlər. Son vaxtlar dişlərini çıxartmışdılar. Gözəl qadın olasan, sonra da o vəziyyətə düşəsən, əlbəttə istəməzdi onu elə görək. Vəfa sonuncu dəfə xəstəxanaya düşəndə anasına tələf etdiyi övladının cəzasını çəkdiyini demişdi. Teatrda eşitdim ki, Vəfa dünyasını dəyişib. Həmin tamaşanı o gün göz yaşı içində oynadıq. O anasına vəsiyyət etmişdi ki, məni yerdən götürəndə ətrafda çoxlu qızılgüllər olsun. Anası onun bu istəyini yerinə yetirdi. Eşitdiyimə görə, o, vəfat edəndə özü yorğanı üzünə çəkib, sonra canını tapşırıb".

Qeyd edək ki, V.Fətullayeva 1987-ci ildə 41 yaşında xərçəng xəstəliyindən vəfat edib. Sənətçinin atası Xalq artisti Nüsrət Fətullayev onun ölümündən iki ay sonra, anası Hökümə xanım isə bir il sonra vəfat edib. (Axşam.az)

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az