• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub
  • 15-09-2026 Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
  • 15-09-2026 Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026 Coşqun Cəbrayılovdan Özbəkistan səfirinə şikayət - VİDEO
  • 14-09-2026 İcra başçısı qanunsuz qum karxanası işlədir? - İLGİNC
  • 14-09-2026 “AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər
  • 14-09-2026 "Bilik günü"nün hava proqnozu açıqlandı
  • 14-09-2026 Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
  • 14-09-2026 Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
  • 14-09-2026 Azərbaycanda onların iş vaxtı artırılır
  • 14-09-2026 Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
  • 14-09-2026 Məhkəmə-tibbi ekspertizada kreslo savaşı? — Birliyin daxilində nələr baş verir?
  • 14-09-2026 Retkliff Ukrayna danışıqlarında iştirak edir – Tramp
  • 14-09-2026 Azərbaycanlı şair dünyasını dəyişdi

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
11-02-2024, 12:54

POEZİYA NÜMUNƏLƏRİ

[center]POEZİYA  NÜMUNƏLƏRİ[/center]Qonağımız beynəlxalq mükafatlar laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, teleradiojurnalist ,şair Mübariz Ağaxan oğlu Süleymanlıdır.

LAYLA

Anaların nəfəsi,
Tez isidər övladı,
Dünyanın şah nəğməsi,
Ana səsi,layladı.

Layla dadına çatar ,
Övladın hər çağında
Bir məhəbbət boy atar,
Ananın qucağında .

Möcüzəli, şəfalı,
Anaların əlidir,
Unudulmaz, vəfalı,
Baltək ana dilidir.

SƏN NİYƏ ÖZÜNƏ ÖYRƏTİN MƏNİ

Sən niyə öyrətdin özünə məni,
Qəfəsdə çırpınan quşa bənzərəm,
Unutmaq nə qədər çətindir səni,
Dərdindən dəlitək tənha gəzərəm!

Sən niyə özünə öyrətdin məni,
Sən küsüb gedəndən mən , mən deyiləm !
Mən necə yadımdan çıxarım səni ,
Bəlkə tənhalıqan mən şən deyirəm!

Sən necə öyrətdin özünə məni,
Ruhum da,canım da, hey yanındadır!
Çəkdiyim əzablar çox üzür məni,
Yediyim ən şirin bal zəhər dadır!

Sən necə öyrətdin məni özünə,
Nə dilim məndədir,nə də ki,sözüm!
Gözlərim baxmayır kimsə gözünə,
Sənsiz yaşamağa mən necə dözüm !

DAYAN

Dayan ! Ey ömrümün amansız vaxtı..!
Dayan ki, dünyaya sözümü deyim.
Dayan,nakamların yarımçıq baxtı ...
Dayan ki ,xoşbəxtlik köynəyin geyim,

Dayan ki, yolumla gedim birazca...
Bir azda həyatın dadından dadım...
Əzabla, ,zillətlə sıxmısan məni.
Yadımdan çıxıbdı halalca adım,

Dayan! Zamanımın dəlisov atı !
Onsuzda insafın mürvətin yoxdur,
Mübariz sevmədi belə həyatı ?!
Axı tale yükü çiynimdə çoxdur ...

B İ L M İ R Ə M

Əynimdə bir yırtıq çuxa,
Gəlləm yoxuş çıxa-çıxa.
Dünya adlı alaçığa,
Mən sahib ola bilmirəm.

Gördüm dostu, kirvəni də,
Badalağı, zərbəni də...
Mən lap uca zirvəni də,
Alınmaz qala billmirəm.

Ömrüm-günüm döyüş, cəngdir,
Ruhum göydə çərpələngdir.
Mənimki şirdir, pələngdir,
Mən tazı, tula bilmirəm

Ulayıram bir qurd kimi,
Qocalıram Qorqud kimi,
Hərdən qara bulud kimi,
Dolub boşala bilmirəm,

Dərddir o yanım, bu yanım,
Yoxdur həyanım, duyanım
Mən özümü bu dünyanın,
Yadına sala bilmirəm.

MƏNSİZ

Yaşadığın ən uca dam,
Ən çox sevdiyin bir adam,
Bir gün sənə deyər,yadam
Nazlı sənəm ,gözü badam,
Gedər bir gün ,qalar sənsiz .

Verən yoxsa bir təsəlli
Ömür yolu olmaz bəlli,
Gözəl,göyçək şirin dilli
Tənha qalıb solar sənsiz

Zalımda heç olmaz vəfa
Xəbis adam tapmaz şəfa
Ömür boyu çəkər cəfa
Boyun büküb ölər sənsiz

Namərdin olmaz ürəyi,
Hey qurar, hiylə,kələyi,
Dizinin üstə çörəyi,
Halal malı bölər sənsiz

Ad da, san da ,şöhrət də,
Dil də,söz də,hikmət də,
Mal da,mülk də,sərvət də
Bir gün səndən gedər mənsiz

SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

SEVƏCƏYƏM

Belə getsə, ay gözəlim,
Mən beləcə öləcəyəm.
Mən çəkəni duya bilsən,
Sənlə dərdi böləcəyəm.

Oxuyuram gözlərindən,
Sən sussanda biləcəyəm .
Tuta bilsəm əllərindən,
Göz yaşımı siləcəyəm.

Bu həsrətə, intizara,
Nə sözüm var deyəcəyəm.
Əyər yetişsək vüsala,
Mən danışıb, güləcəyəm.

Dönürəm eşqin başına,
Oda düşən pərvanəyəm.
Yandırsa da ahım məni
Ruhən sənə gələcəyəm.


ÖLMƏK UNUTMAQ DEYİL

Mələklər yerə enər
Sarıl boynuma yenə
Küsənlər geri dönər
Gülüm bunu yaxşı bil
Ölmək unutmaq deyil.

Olsa tufan,boran, qış,
Qəlb üşüdən hər baxış
Gəl könlümə bir yığış
Ay insafsız bunu bil,
Ölmək unutmaq deyil.

Yoldan çəkilməz gözün
Susar dilində sözün
Mənsiz heç gülməz üzün
Dünya vəfasızdır bil
Ölmək unutmaq deyil.

Üzər səni qəm kədər
Həsrət qəlbini didər
Zalım olma bu qədər
Ömrüm-günüm bunu bil,
Ölmək unutmaq.deyil

Ruhun ruhumu gəzər,
Təklik səni hey üzər,
Demə ki qəlbin dözər
Canım-gözüm bunu bil,
Ölmək unutmaq deyil.

Dolan eşqin başına
Qərq olma göz yaşına
Ağlama boş-boşuna
Ay zalım sən bunu bil
Ölmək unutmaq deyil.

ÇAĞIR MƏNİ

Sən mənim,ehh... Tanrı payım,
Bir dənəmsən ömrüm-günüm!
Nəyə lazım, söylə küsmək,
Hər bir ömrün ,sonu ölüm..!

Mən kimə ,nələri deyim,
Eşq, sinədə iki ,candır!
Anla, bunu canım-gözüm,
O, ülvi, bir uca andır !

Paklıq eşqin həsrət yolu,
Çətin olar, qəmli olar!
Həyatımız sevinc dolu..
Sevən gözlər nəmli olar !

Səndə dözün varsa söylə,
Lal baxışlar üzər səni !
Bir azca günah eyləsən,
Kənar gəzmə , çağır məni

Gülüm məni bir az dinlə,
Mən nə deyim ,üzün gülsün.
Bir az danış, susma , mənlə,
Mübariz də deyib - gülsün !

Hərdən birdən qara geyib,
Göz yaşını sıxma boşa !
Day can deyib , can eşidək,
Uzun ömrü mənlə yaşa !

Y U R D

Daş üstə daşı tarix,
Qədimdir ,yaşı tarix,
O baş bu başı tarix,
Bir müqəddəs eldi yurd

Babaların ər səsi,
Nənələrin nəğməsi,
İnsanlığın nəfəsi,
Nə şirin bir dildi yurd.

Namus,qeyrət,arımız,
Əhdimiz, ilqarımız,
Hər zaman vüqarımız,
Kürəklənən beldi yurd.

Sobası sıcağımız,
Andımız ,ocağımız,
Ən isti qucağımız,
Qucaq açan əldi yurd.


BİR AZ DA DOST CANLIYAM

Bir az əskim tüstülü
Bir az dəliqanlıyam.
Bir az sözüm ütülü
Bir az istiqanlıyam

Binadan gözü toxam,
Haqsız bir sözə yoxam,
Suçum yox ondan qorxam,
Sözü düz ünvanlıyam.

Bir az özündən küsən,
Kədərə,qəmə dözən,
Nahaqdan kənar gəzən,
İnsanam,imanlıyam

Şairəm öz dəmim var,
Əlimdə qələmim var,
Bir az söz aləmim var,
Bir az da dost canlıyam.

Kəsər vardır sözümdə,
Təpər vardır dizimdə,
Öz yolumda-rizimdə,
Əsl Azərbaycanlıyam
.





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az