• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
24-11-2023, 08:24

POEZİYA NÜMUNƏLƏRİ


POEZİYA NÜMUNƏLƏRİ




Rubrikamızın qonağı bir sıra beynəlxalq mükafatlar lauretı,AYB-nin və AJB-nin üzvü, tanınmış teleradiojurnalist,şair-publisist Mübariz Süleymanlıdır


BU GÜN
Yarpağı saralan,küləyi coşan,
Dərəsi dillənən,çayları daşan,
Dağına ,daşına nəğmələr qoşan
Bağrıma basıram payızı bu gün.

Tanrı nəfəsinin ruhunu duyan,
Əlini köksünün üstünə qoyan,
Dünyanın malından gözləri doyan,
Bağrıma basıram payızı bu gün.

Təndirin həniri ,sobanın közü,
Ardınca səsləyir qışın sərt üzü,
Bəxtmə yazılan o qara gözü,
Bağrıma basıram payızı bu gün.

Haramı dadamaz halalın biri,
Əzəldən bilinməz dünyanın sirri
Məclisdə tanınar insanın yeri,
Bağrıma basıram payızı bu gün.

Hiyləgər adamın işi kələkdi,
Etdiyin əməli yazan Mələkdi,
Kəfən doğulandan bizə bələkdi,
Bağrıma basıram payızı bu gün

DESƏNƏ

Bələyim də ,kəfənim də ağ oldu
Çəkdiklərim ürəyimə dağ oldu.
Xoş günlərim göz oxşayan çağ oldu...
Dünya sənə nə borcum var de bilim...

Nadanların sarayını ucaltdın,
Kişilərə əzab verib qocaltdın.
Yaxşılara yerli-yersiz söz atdın,
Dünya sənə nə borcum var desənə ..!

Aldandıqca hiyləgərə zalıma,
Tikan əkdin, düz dolaylı yoluma .
Heç görmədim yanan olsun halıma,
Dünya sənə nə borcum var desənə..!

Nə verdinsə, onda gözüm olmadı,
Özgə baxta könlüm tamah salmadı...
Yaşamağa heç həvəs də qalmadı,
Dünya sənə nə borcum var desənə..!

Əzəl gündən kəm gətirdin baxtımı,
Çox itirdim qızıl kimi vaxtımı !
İstəmədim , nə tacını -taxtını ,
Dünya sənə bə borcum var desənə ..!

OLDUM

Baş qoşmadım bir zalıma,
Davam etdim öz yoluma,
Kimsə yanmadı halıma,
Öz dərdimə yetər oldum.

Mindim zamanın atına,
Girdim ömrümün qatına,
Düşüb qəlbimin çatına
Aralıqda itər oldum.

Ürəyi dağlara baxdım,
Ötən xoş çağlara baxdım,
Gözləri ağlara baxdım,
Ağlayandan betər oldum.

Gəldim, yaşadım, gedirəm,
Dərdi boşadım gedirəm,
Dünya yaşıdım, gedirəm,
Ürəyimdən ötər oldum.

Keçib iynənin gözündən,
Axıb suların üzündən,
Öpüb anamın sözündən,
Öz tənimdən gedər oldum.

SƏN NİYƏ ÖZÜNƏ ÖYRƏTİN MƏNİ


Sən niyə öyrətdin özünə məni,
Qəfəsdə çırpınan quşa bənzərəm,
Unutmaq nə qədər çətindir səni,
Dərdindən dəlitək tənha gəzərəm!

Sən niyə özünə öyrətdin məni,
Sən küsüb gedəndən mən , mən deyiləm !
Mən necə yadımdan çıxarım səni ,
Bəlkə tənhalıqan mən şən ,deyirəm!

Sən necə öyrətdin özünə məni,
Ruhum da,canım da, hey yanındadır!
Çəkdiyim əzablar çox üzür məni,
Yediyim ən şirin bal zəhər dadır!

Sən necə öyrətdin məni özünə,
Nə dilim məndədir,nə də ki,sözüm!
Gözlərim baxmayır kimsə gözünə,
Sənsiz yaşamağa mən necə dözüm !

KİŞİLƏR

Yaşayar mərdanə ömür payını,
Haramı ömürdən silər kişilər!
İtirməz dünyanın haqqı --sayını,
Düşmənin bağrını dələr kişilər!

Dayanar kişitək sözünün üstə,
Çörəyi saxlayar gözünün üstə.
Qoymaz ləkə düşə izinin üstə,
Dünyanın dərdini bölər kişilər!

Qoruyar yağıdan doğma elini,
Qamətin düz tutar, əyməz belini..!
Uzadar kasıba kömək əlini,
Yurdunun qədrini bilər kişilər.

Unutmaz kəsdiyi duzu, çörəyi,
Köksündə döyünər məğrur ürəyi...
Buraxmaz yaxına hiylə-kələyi,
Dar anda hayına gələr kişilər!

Tanıyar soyuda, ulu babasın,
Qoruyar vicdanl , elin ,obasın!
Qalayar , içində insaf sobasın,
Qəşş edib rəzilə, gülər kişilər!

Papağı qeyrətdir,namusdur, ardır,
Vətənə arxadır,sipərdir,yardır...!
Nə yaxşı həyatda kişilər vardır,
Hər dəfə savabı ,ölər kişilər!

ATALAR

Övlada ruh verər ata nəfəsi,
Başının üstündə olsada bəsdi.
O evdən gəlirsə atanın səsi,
Bilin ki,əvəzsiz, ilahi səsdi!

Öpərsə alnından ata övladın,
Güc-qüvvət,qol- qanad verər balaya!
Eşitsə azacıq bala fəryadın,
Atadır yetişən ilkin haraya !

Gözünün yaşını görsə övladın,
Ürəyi od tutub alışar,yanar,
Çətinə düşərsə çağırar adın,
Yenə arxasında ata dayanar.

Şam olub əridər özünü ata
Dolanar başına pərvanə kimi !
Ata nəsihəti keçər həyata,
Dözər hər möhnətə , zamana kimi !

Sən Ata -ananın saxla hörmətin,
Çalış uzaq olma xeyir-duadan !
Sən ki, sağlığında bilsən qiymətin ,
Səni uca tutar bilki,Yaradan !

KƏNDİMİZ

At çapıb,qurşaq tutduğum,
Ocağım,odum kəndimiz.
Körpətək rahat yatdığım,
Müqəddəs adım kəndimiz.

Babamın əzəl torpağı,
Anamın isti qucağı,
Elin-elatın yaylağı,
Damaqda dadım kəndimiz.

Dil açaraq danışdığım,
Min yol küsüb barışdığım,
Həsrətindən alışdığım,
Toyum,büsatım kəndimiz.

Müqəddəsim, Kəbəm, pirim,
Qucağında gənclik sirrim,
Mübarizəm, şərəf yerim,
Ucam, vüsətim kəndimiz...

NEYNƏYİM

Dilim susub,əqlim gedib,huşum yox
Eşqim küsüb,dərd şumlayan xışım yox,
Can borcumu qaytarmağa yaşım yox
Sərt ömrümün,cəfasına neynəyim.

Könlüm küsüb,üzüm gülmür,nə vaxtdır
Nə qismətdir,nə taledir,nə baxtdır,
Sevənləri incitmək bir günahdır
İnsafsızın vəfasına neynəyim

Gözüm toxdur,səbrim çoxdur,ömür az,
Bu taledir,bir nəzirdi,min niyaz
Ay yazanım qismətimi bir də yaz
Bu dünyanın havasına neynəyim.

ZALIM FƏLƏK


Kor şeytan əlinə alıb qılıncın,
Biçir qarşısına çıxanı,biçir.
Fələk də ağzını köndələn tutub,
İçir qanımızı,zəlitək içir.

Bilirəm qaradır üzü fələyin,
Bir kimsə anlamır onun kələyin
Çatmayır gücü də ona mələyin
Keçir şah ömrümüz, beləcə keçir..

Bəzən düşünəni dərdə də salır,
Bəzən də tələsir vaxtsız can alır,
Çoxunun arzusu qəlbində qalır,
Köçür bu dünyadan, nakam da köçür...

Nə insaf,nə mürvət qalmayıb onda,
Əzrayıl dolanır ,gündə bir donda,
Bilinir xisləti zalımın sonda,
Qaçır, şikarının dalınca qaçır..

KÖNLÜM

Nədəndi bilmirəm, tələsir yaman,
Qorxmazdı borandan, küləkdən könlüm.
Vaxtsız payız gəlir, yel əsir yaman,
Özünə yurd salır çələngdən könlüm.

Yağışlar söndürər hicranın közün,
Kədərdən saralar həsrətin üzü.
Ayrılıq anında o nəmli gözün,
Dərdini soruşur ürəkdən könlüm.

İstidə üşüyür, qışda qovrulur,
Həsrətdən, nisgildən daş da qovrulur.
Qurunun oduna yaş da qovrulur,
Soruşmur dərdimi mələkdən könlüm.

Deyildir əbədi, fani dünya da,
Özündən bezibdir bəlkə, dünya da.
Sovrulub,soyulub, hey salıb yada,
Eşqini keçirib ələkdən könlüm.

Bir uşaq sevdası qalıb yadımda,
Bir ömür yaşandı təmiz adımda.
Bir alın yazımda,min inadımda,
Keçibdir arzudan,diləkdən könlüm.



Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az