• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
5-12-2022, 05:58

Qardaşından gizlin müğənni oldu - Kimin ölümü məşhur müğənnini sənətdən uzaqlaşdırdı?

Qardaşından gizlin müğənni oldu - Kimin ölümü məşhur müğənnini sənətdən uzaqlaşdırdı?


Nyus.Az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Səbinə İlyasova haqqında on maraqlı faktı təqdim edir.

İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifinə daxil olur. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən alır.

***

Atası və qardaşı onun sənətə gəlməsinə qəti etiraz edir. Ancaq anası bu barədə qızını dəstəkləyir. Həmin ərəfədə müğənninin qardaşı xarici ölkəyə oxumağa gedir. Səbinə xanımın anası həyat yoldaşını razı salır. Və beləliklə o, müğənni kimi fəaliyyətə başlayır.

***

1982-1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmağa başlayır.

Burada o, gələcək həyat yoldaşı Oqtay bəylə tanış olub ailə qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Səbinə xanım müsahibələrinin birində keçmişi belə xatırlayır:

Biz sevərək ailə qurmuşuq da. Həyat yoldaşım Dövlət Mahnı Teatrının musiqi rəhbəri idi. Rafiq Babayev teatrdan gedəndən sonra Rəşid Behbudov musiqi rəhbəri axtarırdı. Uzun axtarışlardan sonra konservatoriyanın professoru Rauf Atakişiyev Rəşid müəllimə öz tələbəsini Oqtay İsmayılovu məsləhət gördü. Biz tanış deyildik, orada tanış olduq və o məni görən kimi vuruldu, evlilik təklif elədi. Bütün teatr bizim toyumuzda oldu, amma Rəşid müəllim iştirak etmədi. Rəşid müəllim mənim ailə qurmağıma razı deyildi. Hətta ailə qurandan sonra məni işdən çıxartdı, daha doğrusu bir neçə xarici səfərə aparılmadım, cəzalandırıldım. Çünki onun mənim üzərimdə böyük zəhməti olmuşdu və istəmirdi ki, illərlə çəkdiyi əziyyət hədər getsin. Bütün repertuarı bilirdim. Ailə qurdunsa hamilə olacaqsan, dünyaya uşaq gətirəcəksən. Amma bir neçə il dünyaya uşaq gətirmədim ki, qastrollara gedib-gələ bilim. O gördü ki, mən əvvəlki Səbinəyəm, yenə də işləyirəm, çalışıram. Ona görə yenidən səfərlərə getməyə başladım".

***

Müğənni 1980-ci ildən 1991-ci ilə qədər mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərir.

"Dan ulduzu" ansamblına keçəndən sonra müğənni stilini dəyişir. Sonra toylara dəvət almağa başlayır və muğamdan uzaq düşür.

2 oktava yarım səsi olan müğənni 1983-cü ildə Xankəndidə muğam üzrə festivalda qalib elan edilir. O, birinci turda "Mirzə Hüseyn" segahını, ikinci turda "Rast" muğamını, üçüncü turda isə ritmik muğamlar ifa edir.

***

1989-2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində - Almaniya, Türkiyə, Rumıniya, Belçika, Hollandiya, Rusiya, İsveç və s. uğurla təmsil edir.

2005-ci ilə qədər mütəmadi efirlərdə olan müğənni 2006-cı ildə ata, anasını və qardaşını itirir. Onların ölümündən sonra o tamamilə həvəsdən düşür. O, özü bu haqda belə deyir:

"Atam xərçəng xəstəsi idi, altı ay ona qulluq etdim, amma əziyyətlərim bəhrəsini vermədi, o, vəfat etdi. Həmin dövrdə mən çox pis günlər yaşadım, sənətdən uzaqlaşdım. Atamın arzusu ilə onu Beşbarmaq dağının ətəyində dəfn etmişik. Mən oraya tez-tez gedirəm. İnanın ki, atamın qəbrini ziyarətə getmək üçün özümə maşın almışam. Sonra isə anam və qardaşım dünyalarını dəyişdilər. Həmin dövrdə çox pis günlər yaşadım. Tamamilə həvəsdən düşdüm. Çünki yaxınları itirmək asan şey deyil".

Hazırda xarici ölkədə yaşayan müğənni 2012-ci Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülüb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az