• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
7-08-2022, 19:32

Səməd Vurğun onun həyatını xilas etdi, bəy qızını qaçırdı, on dörd il sürgündə qaldı - Kinomuzun Həkim babası...

Səməd Vurğun onun həyatını xilas etdi, bəy qızını qaçırdı, on dörd il sürgündə qaldı - Kinomuzun Həkim babası...


Nyus.Az kulis.az-a istinadla Xalq artisti Məmmədrza Şeyxzamanovun həyatı ilə bağlı maraqlı faktları təqdim edir.

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub.

***

İmamzadənin keşikçisi olan atası Hacə İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi.

İki yaşında atasını itirən Məmmədrza Şeyxzamanovu hələ qarşıda daha məşəqqətli bir ömür gözləyirdi. Atasını itirdikdən sonra onun məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalır.

***
Azərbaycanda Sovet hakimiyyəti qurulanda yeni hökumət digər varlı adamlar kimi onların da mal-dövlətini əllərindən aldı. Anası yaşadıqları mülkü tamam itirməmək üçün könüllü olaraq orada fabrik açılmasına icazə verdi, əvəzində öz evindən bir böyük otaq ala bildi. Məmmədrza artıq on iki yaşında olanda işləyib evə qazanc gətirməyə başlamışdı.

Hələ kiçik yaşlarından teatra olan həvəsi onu 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gətirir. Teatrın rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza Şeyxzamanov ilk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir.

***
Gəncənin hörmətli ailələrindən birinin qızı olan Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Amma qarşılarında böyük maneələr var idi. Nigar xanımın atası bəy nəslindən olduğu üçün bu izdivaca heç cür razı olmur. Qızını gənc aktyora ərə verməkdən imtina edir. Belə olduğu halda Məmmədrza Nigar xanıma elçi göndərmək fikrindən daşınır və onlar 1938-ci ildə qaçaraq ailə qururlar. Bu izdivacdan onların üç qız övladı dünyaya gəlir.

***
Onun qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə mühacir həyatı yaşayır. Özünə isə pantürkist adı qoyub göndərirlər Qazaxıstanın Semipalatinsk bölgəsinə.

Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək "ərim harda, mən də orda" deyib onunla birgə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşayır.

***
14 il sürgün həyatı yaşayan Məmmədrzanın amnistiya kağızını ondan gizlədirlər. O, qaçaraq ailəsi ilə bərabər Gəncəyə gəlir. Lakin burada da sürgünlük həyatı davam edir. Ev yox, iş tapa bilmir... Bir gün Səməd Vurğunla görüşür. Səməd Vurğun Məmmədrzanın nə vaxtsa onun tamaşalarında maraqlı obrazlar yaratdığını bilir və ona kömək edir. Səməd Vurğunun sayəsində onun ikinci sürgün həyatına son qoyulur. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir.

***

Sürgündən qayıdanda onun artıq qırx yaşı vardı. Ona görə də teatrdan fərqli olaraq, kinoda əsasən xarakterik rollar ifa edirdi.

***
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə "Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxıb.

Sürgündə olduğu illərdə əkiz oğlan və bir qız övladları dünyaya gəlir, amma körpələr tələf olur.
***

Onun adı uzun illər fəxri ad siyahısından silinib. Yalnız 1959-cu ildə Tofiq Bağırov Məmmədrzanın adını qara siyahıdan çıxardır və o, Əməkdar artist adına layiq görülür. 1974-cü ildə Xalq artisti adını alır. İxtiyar roluna görə isə ona ölümündən sonra dövlət mükafatı verilib.

***
Xalq artisti Rasim Balayev onunla bağlı xatirələrindən bəhs edərkən deyir: "Yadımdadır ki, "Nəsimi"də Şəmsin atası Şeyx Əzəm tərəfindən boğulduğu kadr çəkilirdi. Məmmədrza Şeyxzamanov qəddarlıqla qızını boğub öldürəndə göz yaşlarını gizlədə bilmir. Əslində, heç o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, şeyxzamanovluqdan çıxmışdı. Kadr lentə alınandan sonra bir kənara çəkilib hönkürdü. Onu sakitləşdirə bilmirdilər. Dedi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa saldı ki, a kişi, bu roldur, səni heç kim qınamır".

Sənətkarın həyatı ilə bağlı maraqlı məqamlarından biri də 9 rəqəminin mistikasıdır. Belə ki, Məmmədrza Şeyxzamanov 19 yaşında Gəncə Dövlət Dram Teatrına gəlir, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, 59 yaşında Xalq artisti adına layiq görülür və 69 yaşında həyatla vidalaşır.

***

Övladlarının onun yolunu davam etdirməsini istəməyib. Kiçik qızı Afaq onun yolunu getmək fikrinə düşəndə qızına aktyorluq sənətinin çətinliklərindən danışaraq deyib:

"Bu sənətin çətinliklərinə dözmək lazımdır. Ən əsası, gərək istedadın olsun. Gərək, elə aktrisa olasan ki, mənim adıma layiq olsun".

***

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az