• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
30-07-2022, 07:47

Atasını sürgün etdilər, anası başqası ilə evləndi, “Dədə Qorqud”a çəkilməyinə peşman oldu - Əli Haqverdiyev haqqında maraqlı faktlar

Atasını sürgün etdilər, anası başqası ilə evləndi, “Dədə Qorqud”a çəkilməyinə peşman oldu - Əli Haqverdiyev haqqında maraqlı faktlar


29 iyul Əməkdar artist Əli Haqverdiyevin doğum günü idi.

Nyus.Az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Əli Həsən oğlu Haqverdiyev 1939-cu il iyulun 29-da İçərişəhərdə rəssam ailəsində dünyaya göz açıb. Əli Haqverdiyevin atası Həsən Haqverdiyev əslən Güney Azərbaycanın Mamağan şəhərindən olub. Onun ailəsi əvvəlcə Güneydən İrəvan şəhərinə, ordan Gəncəyə, daha sonra da Bakıya köçür.

***

Anası Güllü Mustafayeva isə əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra Güllü xanımın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Çarcuy şəhərinə köçür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Çarcuy şəhərində anadan olur. Onun anası Nabat xanım Seyid Əzim Şirvaninin nəslindən olub.

Həsən Haqverdiyevlə Güllü Mustafayeva elə Rəssamlıq Texnikumunda tanış olub 1938-ci ildə ailə qururlar. Bir il sonra - 1939-da doğulan Əli Haqverdiyevlər ailəsinin ilk övladı idi.

***
Rəssam Həsən Haqverdiyevin ilk övladı Əli altı aylıq olanda 1940-cı ildə onu hərbi xidmətə çağırırlar. Həsən Haqverdiyev İkinci Dünya Müharibəsinə yollanır. 1942-ci ildə onu orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxırlar. Məzuniyyətdən cəbhəyə qayıdandan az sonra almanlara əsir düşür. Bir müddət Berlində Məhəmməd Əmin Rəsulzadənin yanında "Azərbaycan" qəzetində rəssam olaraq çalışır. Müharibədən sonra əsirlikdən qayıdır və iki uşaq atası olan gəns rəssamı "xalq düşməni" kimi Sibirə sürgün edirlər.

***

Həmin vaxtlar Güllü Mustafayeva "xalq düşməni"nin arvadı olduğundan təzyiqlərə məruz qalır, heç yerdə iş tapa bilmir. 1947-ci ildə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portretini çəkir və aldığı qonorarla Sibirə ərini görməyə gedir. Sibirdə Həsən Haqverdiyev Güllü Mustafayevaya deyir ki, "get, məndən rəsmən boşan ki, sənə yaşamağa və işləməyə imkan versinlər". Güllü Mustafayeva da Bakıya qayıdıb sənəd-sübutla rəsmən boşanır. Və beləcə, təzyiqlərdən canını qurtara bilir.

O zamanlar Stalinin qəzəbinə tuş gələn "xalq düşmənləri"nin Sibirdən geri qayıdacağına çoxları inanmır. Sibirə sürgün olunanlar acından, soyuqdan ya da xəstəlikdən ölürlər. Həsən Haqverdiyevdən rəsmən boşanan iki azyaşlı uşaq anası olan Güllü Mustafayeva qardaşının məsləhəti ilə 1949-cu ildə gənc rəssam Nəcəfqulu İsmayılovla ailə qurur. Güllü Mustafayeva Nəcəfqulu İsmayılovla evli olduğu müddətdə daha iki qızı dünyaya gəlib.

***

1953-cü ildə heç kimin gözləmədiyi halda Həsən Haqverdiyev Sibir sürgünündən evə qayıdır. O, arvadının ikinci dəfə ərə getdiyini biləndə çox məyus olur. Bu hadisə hər iki ailədə narahatlıq yaradır. Amma artıq onlar bir daha birlikdə ola bilmirlər.

Həsən Haqverdiyev də ikinci dəfə ailə qurmağa məcbur olur və bu evlilikdən 4 övladı dünyaya gəlir. Bununla belə, o, analarının yanında qalan birinci evliliyindən olan oğlu Əli və qızı Zemfiraya da həyan olur.

***

Ata-anasının rəssam olması Əli Haqverdiyevə də sirayət edir və o da uşaq yaşlarından bu sənətə böyük həvəs göstərir. Elə bu həvəslə də 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olur.

Əli Haqverdiyev 1958-ci ildə Rəssamlıq məktəbində oxuyanda maraqlı bir hadisə baş verir. Müəllimləri onun həm də gözəl səsə sahib olduğunu kəşf edirlər. Bu istedadın itib batmaması üçün gənc Əlini Asəf Zeynallı adına Musiqi məktəbinə göndərirlər. Hər iki texnikumun rəhbərliyi belə bir qərara gəlir ki, Əli Haqverdiyevə eyni vaxtda iki məktəbdə oxumağa imkan yaratsınlar. Beləcə o, həm Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, həm də Asəf Zeynallı adına Musiqi məktəbində təhsil alır.

***

1961-ci ildə isə Əli Haqeverdiyev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur. Burada tanınmış sənətkarlar Bülbül və Şövkət Məmmədovadan dərs alır. Həmin vaxtlar gözəl avazı ilə o zamanlar Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbəri olan maestro Niyazinin diqqətini cəlb edir. Niyazi onu teatra işə qəbul edir. Əli Haqverdiyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur. O, bir müddət Leninqrad Kiçik Opera Teatrında təcrübə də keçir və daha da püxtələşir.

Əli Haqverdiyev hərtərəfli istedada malik olub. O, Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Opera və Balet Teatrında çalışmaqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim işləyib. O, geniş konsert proqramları ilə çıxış edərək Çaykovski, Musorçeki, Şuman və başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edib. Keçmiş SSRİ məkanında dəfələrlə onun yaradıcılıq gecələri keçirilib.

***

Opera və Balet Teatrının səhnəsində bir-birindən fərqli rollar oynayan Əli Haqverdiyev Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib, "Arşın mal alan" komediyasında Soltan bəyin partiyasını oxuyub. "Faust" tamaşasında Mefistofel, "Otello"da Yaqo obrazlarını yaradıb. Kinoda "Uzun ömrün akkordları", "Şir evdən getdi", "Dədə Qorqud", "Özgə ömür" filmlərinə çəkilib.

***

Kinoda Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazı olsa da, deyilənə görə özü həmin rola çəkilməyinə peşman olub. Bunu aktyorun bacısı da xatirələrində təsdiqləyib: "O filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu "Yalıncıq" deyib çağırırdılar, bu da qardaşıma pis təsir edirdi".

Əli Haqverdiyev iki dəfə evlənib. Birinci ailəsindən övladı olmadığı üçün 1990-cı ildə ikinci dəfə ailə qurur. Bu evliliyindən Fərhad adlı oğlu dünyaya gəlir. Rumıniyada rəssamlıq təhsili alan Fərhad da rəssam kimi fəaliyyət göstərir.

***

1992-ci il sentyabrın 14-də Əli Haqverdiyevi tok vurur və o, elə hadisə baş verən yerdə dünyasını dəyişir. Bacısı Zemfira Qafarova müsahibələrinin birində bu haqda deyir:

"Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Əli də sentyabrda həftəsonu bağa gəlmişdi. Axşamdan yağış yağmışdı. Ayın 14-də Əli səhər tezdən dedi ki, gedib dənizdə çimmək istəyir. O, üzməyi gözəl bacarırdı. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, o, heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qumun üstünə yüksək gərginlikli elektrik xətti qırılıb düşübmüş. Əli ayağını həmin yerə basan kimi tok vurmuş, yerindəcə qalmışdı. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam şəkər xəstəliyi tapdı, 1994-cü ildə o da bu dünyadan getdi". Milli.Az

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az