• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
11-07-2022, 09:32

Həyat yoldaşını erkən itirdi, erməni müəllimə görə məktəbdən getdi, işdən atıldı

Həyat yoldaşını erkən itirdi, erməni müəllimə görə məktəbdən getdi, işdən atıldı


Nyus.Az Kulis.az-a istinadən yazıçı, dramaturq Nəcəf bəy Vəzirov haqqında maraqlı faktları təqdim edir.

Nəcəf Fətəli oğlu Vəzirov 1854-cü il fevralın 17-də Şuşa şəhərində anadan olub. Onun uşaqlığı fərəhsiz keçib. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşür.

***

Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə uşaq olur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalır.

Özünün yazdığına görə, Nəcəf bəy ilk təhsilini dini məktəbdə alır, üç ayda "Quran" oxumağı və yazı yazmağı öyrənir. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Ancaq erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir.

***

Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata-anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir.

Uşaq yaşlarından həyatın ədalətsizlikləri ilə qarşılaşan Nəcəf anasının etirazlarına və göz yaşına baxmayıb 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olur.

***

Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun inkişafına qüvvətli təsir göstərir. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur.

***

Gimnaziyanın son sinfində oxuyarkən "Əti sənin, sümüyü mənim", "Qara günlü" adlı ilk pyeslərini yazır. N.Vəzirov "Əkinçi" qəzetinin redaktoru H.Zərdabinin rəhbərliyi ilə Bakıda "Hacı Qara" komediyasının tamaşaya qoyulmasında fəal iştirak edir.

O, həyatının həmin dövrü haqqında öz tərcümeyi-halında yazır: "1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlaşırdıq. Tamaşa günü çox adam var idi. Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi. Haman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramı göndərdi. M.F.Axundzadə iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi: "Bu gün "Hacı Qara"nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız."

***

Nəcəf bəy Rusiyanın nüfuzlu ali məktəblərində ali təhsil fikrinə düşür. Məktəbdə oxuyarkən başqalarına dərs deməklə topladığı pullarla Peterburqa gedərək universitetə daxil olur. Lakin buranın rütubətli havası onun səhhətinə pis təsir etdiyi üçün xəstələnir. Həkimlər ona Peterburqdan Moskvaya köçməyi məsləhət görür. Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasına daxil olan N.Vəzirova qəbul imtahanlarında yüksək qiymətlər aldığı üçün təqaüd təyin olunur.

Ədib qırx il sonra həyatının həmin dövrünün çətinliklərini xatırlayaraq yazırdı: "O vaxt ancaq səksən manat param qalmışdı. Bunun əlli manatını tədris haqqı verdim. Elə bir halətdə qalmış idim ki, onun necəliyini yalnız bir Allah bilir. Havası soyuq Moskvada mənim üstümə örtəcək bir yorğanım da yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn bircə palasımı (red.- palaz) çəkərdim. Allah nəzərini mənim üzərimdən kəsmədi. Moskvada fövqəladə imtahan verdiyim üçün akademiya mənə təqaüd verdi. İndi özümü dörd il müddəti təmin edilmiş bildim. Üç ayın parasını qabaqcadan alıb özümə bəzi şeylər aldım. Palasımdan əl çəkdim. Əgər bu palas indi əlimə keçərsə, çox baha qiymətə alardım".


***

Aldığı təqaüdlə dörd illik təhsilini təmin edən N.Vəzirov Moskva, Peterburqda ali təhsil aldığı illərdə teatr tamaşalarına həvəslə gedir, bədii əsərlər yazır, "Əkinçi" qəzetində məqalələrlə fəal çıxış edirdi. Vətənə qayıtdıqdan sonra o, ali məktəbdə aldığı ixtisasa uyğun olaraq, Gəncə quberniyası Dilicanda, Tərtərdə meşəbəyi işləyir, gözəl təhsil və tərbiyə almış Xurşud xanımla evlənir. Bu evlilikdən dramaturqun Şamil adlı oğlu, Sara, Sürəyya adlı qızları dünyaya gəlir. Şuşada dünyaya gələn Xurşud xanım Dağıstanın Teymurxan Şura şəhərində progimnaziyada təhsil almış, Bakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü olmuşdur.

***

Xurşud xanım çox erkən, 1913-cü ildə 45 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl o, həyat yoldaşı Nəcəf bəy Vəzirova haqqında yazır:

"Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə (Nəcəf bəy Vəzirovun publisist ləqəbi) həsr etmişəm, onu əzizləmişəm, həyatını qorumuşam. Əgər mənim nəzarətim olmasaydı onun əsərləri itib-batmışdı. Müvəffəqiyyətsiz əsərlərini belə göz bəbəyim kimi saxlamışam, bəzən də qadın psixologiyasının əlamətlərini ora əlavə etmişəm. Mən ağır dəqiqələrdə Dərvişlə birlikdə vuruşmuşam və mübarizəni dəyanətlə davam etdirmişəm".

Gənc meşəbəyi kimi öz işinə məsuliyyətli münasibəti, sadə insanlarla rəftarı ona böyük hörmət qazandırır. Lakin Petrovski akademiyasının məzunları hökumətin nəzərində siyasi cəhətdən etibarsız sayıldığı üçün günahı olmadığı halda işdən azad edilir.

***

Hakimiyyət tərəfindən siyasi cəhətdən etibarsız sayılaraq, işdən azad edildikdən sonra Bakıda imtahan verərək vəkil işləmək hüququ alır, məhkəmələrdə vəkil kimi çalışır. Şəhər mühitində o, bədii yaradıcılıqla daha ciddi məşğul olur, "Yağışdan çıxdıq, yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvanani-zəmanə" kimi məşhur əsərlərini yazır, dramaturgiyanın ən yaxşı nümunələrinin teatr səhnəsində tamaşaya qoyulmasında yaxından iştirak edir.

***

18 dеkabr 1905-ci ildə "Həyat" qəzеtində Nəcəf bəy Vəzirov Həsən vəy Zərdabiyə "Mənim sеvgili, əziz müəllimim Həsən bəy!" adlı açıq etiraz məktubu yazır. Məktubda o, Həsən bəyin özünü Azərbaycanda teatrın banisi kimi təqdim etməsindən inciyir və öz incikliyini belə ifadə edir:

"Həyat"ın 117-ci nömrəsində Bakıda müsəlman tеatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb еtdim... Məqalədən bеlə görünür ki, guya Bakıda müsəlman tеatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç еtmək ixtiyarını mən hеç kimə vеrə bilmərəm, çünki tamam ömrümdə millətə еtdiyim xidmət mənim üçün əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...

Tеatrın binasını mən qoymuşam... Hərçənd tеatr binasını еtmək təklikdə özü bir böyük xidmət dеyil millətə, amma çünki biz müsəlmanlar çox yеtim olmuşuq və cəmi məxluqdan gеri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hеsab еdib, ondan əl çəkə bilmərəm. Ömrümdə əvvəlinci dəfə rus tеatrını görüb mən altımıncı klasda olanda sabahı gün sizdən sual еtdim: bizim də varmıdır bir еlə şеy ki, biz də tеatr binası еdək? Buyurdunuz var. Bu sözdən savayı və biz məşq еdəndə yanımızda dinməz-söyləməz əyləşməkdən savayı hеç bir işə siz qarışmadınız... Hərgah siz dübarə oxusanız mərhum Mirzə Fətəlinin kağızını onda dürüst bilərsiniz ki, mənim ərzimdə xilaf yoxdur. O kağız bu halda sizdədir. Sizin yadınızda gərək olsun ki, mən tələbə olan zamanı nеçə komеdiyalar yazıb sizə göndərmişdim. Həmin komеdiyalar məndə durur..."

***

Ömrünün son illərində yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edir. Lakin qocaman yazıçının səhhəti pozulur, tez-tez ürək ağrısından şikayətlənir. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürlər. 1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya Çuxuryurda gedir və iyul ayının 13-də orada ürək çatışmazlığından vəfat edir.

Yazıçının cənazəsi Bakıya gətirilir və iyulun 13-də dəfn olunur.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az