• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
25-12-2025, 09:05

Hicran Əyyubova qanunları necə pozur?

Hicran Əyyubova qanunları necə pozur?


Azərbaycanda əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsi birdir və işəgötürənlə işçi arasında əmək müqaviləsinin şərtləri də məhz bu məcəllənin maddələrinə əsaslanmalıdır.

Ancaq təəssüflər olsun ki, bəzi idarə, müəssisə və təşkilat rəhbərləri bu müstəvidə hüquqpozmalara yol verirlər. Ən çox şiddətə məruz qalma halları rəhbəri yenilənən müəssisələrdə baş verir. Təzə rəhbər özünə uyğun kollektiv formalaşdırmaq, sözəbaxan komanda yaratmaq üçün kadr dəyişiklikləri aparır. Əvvəlki işçilər isə heç bir ciddi səbəb olmaya-olmaya vəzifələrini itirmək, işlərindən məhrum olmaq istəmirlər. Beləliklə, təzyiqlər, qarayaxma kampaniyaları başlayır. Kənar müşahidəçi isə kimin haqlı, kimin haqsız olduğunu ayırd etməkdə çətinlik çəkir. Bu qəbildən olan mübahisələr aidiyyəti orqanlar tərəfindən çözülməyəndə narazı tərəf problemi ictimailəşdirməkdən başqa çıxış yolu görmür, üzünü mediaya tutur.

Bu günlərdə redaksiyamıza Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Haşımlı Nigar İsmayıl qızının müraciəti daxil olmuşdur. Həmin məktubla oxucularımızı tanış edirik:

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışıram. 09 iyul 2025-ci il tarixində kollecin direktoru vəzifəsinə Hicran Əyyubova təyin edildikdən qısa müddət sonra mənə qarşı sistemli şəkildə təzyiqlər göstərilməyə başlanmışdır.
Direktor təyinatından bir neçə gün sonra məndən öz xoşumla işdən çıxmağımı tələb etmiş, lakin mən bununla razılaşmadığımı dəfələrlə bildirmişəm. Buna baxmayaraq, rəhbərlik tərəfindən mənə qarşı müxtəlif formalarda psixoloji və inzibati təzyiqlər davam etdirilmişdir.
İlk olaraq, heç bir hüquqi əsas göstərilmədən maaşıma tətbiq olunan əlavələr ləğv edilmişdir. Bundan əlavə, əmək məzuniyyəti hüququmdan istifadə etmək üçün etdiyim çoxsaylı müraciətlər əsassız şəkildə rədd edilmişdir. İş şəraitim bilərəkdən çətinləşdirilmiş, çalışdığım otaq “təmir” bəhanəsi ilə iki dəfə dəyişdirilmişdir.
Baş verən qanun pozuntuları ilə bağlı Əmək Müfəttişliyi də daxil olmaqla müxtəlif dövlət qurumlarına şikayətlər etmişəm. Lakin təəssüf ki, müraciətlərimə effektiv və obyektiv baxılmamışdır. Şikayətlərimdən sonra direktor tərəfindən qanunsuz iclas təşkil edilmiş və mənə töhmət verilmişdir.
Hadisələrdən birində kollecin metodisti tərəfindən mənə qarşı əsassız hücum və təhqir edilmiş, lakin vəziyyəti gərginləşdirməmək üçün qarşıdurmadan yayınmışam. Buna baxmayaraq, təqsirkar tərəf olmamağıma rəğmən intizam tədbiri yenə mənə tətbiq edilmişdir.
Eyni zamanda, kollecin müavini Gülnar Kərimova tərəfindən mənə kollecin digər otaqlarına daxil olmağın qadağan edilməsi kimi hüquqi əsası olmayan göstəriş verilmişdir. Qeyd olunan addımlar işçinin əmək və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Hazırda direktor, bütün bu təzyiqlərə baxmayaraq işdən çıxmadığımı görərək, çalışdığım ştat vahidinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edir. Kollecin Həmkarlar İttifaqının sədri Nisə Əliyeva, mən xəstəlik vərəqəsində (bülleten) olduğum müddətdə mənə mesaj yazaraq, ştatın ləğv ediləcəyi ilə bağlı iclas keçiriləcəyini bildirmişdir. Təəssüf doğuran haldır ki, həmkarlar ittifaqı işçinin deyil, rəhbərliyin maraqlarını müdafiə edən mövqe sərgiləyir.
Direktor açıq şəkildə “hara şikayət edirsən et, mən yalnız agentliyə tabeyəm” ifadəsi ilə dövlət qanunlarının nüfuzunu şübhə altına alan yanaşma nümayiş etdirir. Kollecdə idarəetmənin şəxsi maraqlar əsasında qurulduğu təəssüratı yaranır.
Xüsusilə vurğulamaq istərdim ki, iki azyaşlı övladım var və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 3 yaşına çatmamış uşağı olan qadının işdən azad edilməsi qadağandır. Buna baxmayaraq, bu hüquqi norma faktiki olaraq nəzərə alınmır.
Məlumata görə, direktor təyin olunduqdan sonra 30-dan çox işçi müxtəlif təzyiq və hədələrlə işdən uzaqlaşdırılmış, onların yerinə isə digər regionlardan (o cümlədən Tovuz kollecindən) işçilər gətirilmişdir. Bu proseslərin şəffaflığı və qanuniliyi ciddi suallar doğurur.
Nəticə etibarilə, kollecdə yaranmış vəziyyət əmək hüquqlarının sistemli şəkildə pozulması, dövlət nəzarət mexanizmlərinin isə faktiki olaraq işləməməsi problemini ortaya qoyur. Sual yaranır:
İşçi hüquqlarının bu qədər açıq şəkildə pozulmasına niyə göz yumulur və vətəndaş hansı instansiyaya müraciət etməlidir ki, şikayətinə real baxılsın?




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az