• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
2-05-2023, 09:06

Zakir Fərəcovun sahibkarlarla borc qalmaqalı böyüyür

Zakir Fərəcovun sahibkarlarla borc qalmaqalı böyüyür


Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında davam edən borc qalmaqalı hələ də davam edir. Sumqayıt Ddənizkənarı Bulvarın tikintisi ətrafında yaranmış problemi artıq 5-ci ilinə qədəm qoyur və Fərəcov sahibkarların pullarını ödəməkdən imtina edir.

Qeyd edək ki, bu gün iş adamları növbəti dəfə ölkə başçısına və bir çox dövlət qurumlarına yenidən müraciət edərək, onlardan kömək istəyiblər. Sahibkarlar bildirir ki, 2016-cı ildə Sumqayıt Dənizkənarı Bulvarın tikintisini həyata keçiriblər və qısa müddətdə tikinti işlərini başa çatdırıblar. Həmin tikinti zamanı isə mal və materialların alınmasını dövlət tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılmış pulla deyil, öz vəsaitləri hesabına həyata keçiriblər.

Səbəb də bu olub ki, Zakir Fərəcov iş adaçlarını inandırıb ki, işlər başa çatana kimi bütün borcları bağlayacaq. “Lakin Zakir Fərəcov bizi aldadtdı. Bizə çatacaq pulun yalnız kiçik bir hissəsini ödəməklə kifayətləndi. Və 5 ilə yaxındır ki, borcunu qaytarmır. Hər dəfə də müxtəlif bəhanələr gətirir, yalanlar danışır, hətta bizi ittiham etməkdən, hədələməkdən çəkinmir”. Sahibkarlar müraciətlərində deyirlər ki, icra başçısı yüxarı dairələrə yalan məlumatlat verməklə, guya, borcu qaytarmış kimi özünü təqdim edir.

“Zakir Fərəcov bizə borcu ödədiyinə dair yuxarı dairələrə müxtəlif arayışlar təqdim edib. Halbuki indiyə qədər smetada nəzərdə tutulmuş və bizim gördüyümüz işin müqabilində pulun heç 1/3 hissəsini ödəməyib. Biz də ona deyirik ki, əgər həqiqətən pulu ödəyibsə, bicə ödəniş sənədi ortaya qoysun. Təbii ki, belə bir ödəniş sənədi yoxdur. Çünki Fərəcov bizə çatacaq pulu mənimsəyib, onunla özünə ev, villa, oğluna restoran tikdirib. İndi də bizi ittiham edir, günahlandırır, hətta hədələyir.

Təki həmin pulu ödəməsin”. İş adamları Zakir Fərəcovun onlardan borcun ümumi məbləğinin 30 faizini onlardan tələb edir. “Zakir Fərəcov yuxarılara borcun qaytarıldığına dair arayış təqdim etsə də, digər tərəfdən bizə bildirir ki, pulu qaytarmağa hazırdır. Amma bir şərtlə ki, həmin pulun 30 faizini ona verək. Əgər bu adam pulumuzu ödəyibsə, o zaman həmin məbləğin 30 faizini niyə istəyir? Və ya biz niyə öz halal haqqımızın 30 faizini ona verməliyik?

”Sahibkarlar qeyd edirlər ki, hal hazırda Sumqaytın icra başçısı bütün imkanlarından istifadə edərək, onları sıxışdırmağa başlayıb. “Davamlı olaraq təhdid alırıq. Sumqayıtın icra başçısı hər dəfəsində bizi həbs etdirəcəyi ilə hədələyir. Deyir ki, ya həmin puldan tam imtina etməli, ya da pulun 30 faizini ona verməklə razılaşmalıyıq. Əks təqdirdə, hamımızı həbs etdirəcək. Bu gün biz Sumqayıta getməkdən belə ehtiyat edirik. Çünki Fərəcov keçmişdə də məhz borc məsələsinə görə, bir neçə sahibkarə həbsə atdırıb”.

İş adamları deyirlər ki, Sumqayıt Bulvarının inşasına görə, onlarla tikinti materialı dükanına, yüzlərlə fəhləyə borclu qalıblar. “Biz tikintiyə başlayanda Zzakir Fərəcov təminat verdi ki, bütün pulu ödəyəcək. Biz də əzmlə işə başladıq, borc aldıq ki, işlər dayanmasın. Həmin pullar təkcə, bir qrup sahibkarın deyil. Bu işdə əməyi olan yüzlərlə fəhlənin haqqıdır. Bbiz evimizi, maşınımızı banklara girov qoyaraq, kredit götürmüşük. Bu gün belə həmin pulu qaytara bilmirik. Onlarla tikinti dükanına hələ də borcumuz var. Zakir Fərəcovun yalanları, şirin vədləri üzündən bu gün borc içində boğuluruq. Di gəl, icra başçısı pulumuzu ödəməkdən imtina edir. Bu azmış kimi bizi günahkar çıxarır.

Fərəcov anlamır ki, kasıbın, fəhlənin haqqını yemək günahdır və bunun bir bədəli mütləq olacaq. Çünki kasıbın ahı yerdə qalmaz”. Onlar bildirir ki, Sumqayıtın icra başçısı dövlətin pulları ilə özünə böyük imkanlar açıb, xeyli sərvət toplayıb. “Təsəvvür edin ki, bu adamın Bakı kəndlərindən birində öz adına məhəlləsi var. Ora giriş-çıxış belə icazəynəndir. İcra başçısı hansı səlahiyyət və hüququn sahibidir ki, özünə məhəllə salır? Üstəlik, ora giriş-çıxışı “icazə” ilə edir?

Bu adamın onlarla villasının olduğu, bir o qədər də böyük obyektlərə sahibləndiyi də kimsədən sirr deyil. Hardandır Zakir Fərəcovda bu qədər pul? Məgər o, iş adamıdır, biznesmendir, yoxsa qədim dövrlərdən ona hansısa miras qalıb? Bunu araşdırmaq lazımdır. Bir məmurun bu qədər varlanmasının tək səbəbi dövlət büdcəsindən ayrılmış pulların şəxsi mənfəətlər üçün sərf olunmasından başqa bir şey deyil. Məgər dövlət büdcəsi hansısa icra başçısının şəxsi malıdır ki, ondan öz şəxsi üçün istifadə etsin?

”İş adamlarının sözlərinə görə, 5 ilə yaxındır davam edən borc qalmaqalı ilə əlaqədar müraciət etmədikləri instansiya qalmayıb. Lakin onların sözünü eşidən və problemini həll edən olmayıb. “Biz dəfələrlə bütün instansiyalara müraciət etmişik. Lakin bizə bəlli olmayan səbəblərdən problemimiz bu gün də həll olunmayıb. Sanki hansısa “əl” Zakir Fərəcovdan olan şikayətlərin ünvanına çatmasına mane olur. Amma biz ümidimizi itirməmişik. Çünki Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyevə inanınırıq. Və əminik ki, Cənab Prezident bizim sözümüzü eşidib, borcumuzu Zakir Fərəcovdan alınmasında bizə yardımçı olacaq”.

Onlar sonda bilidiriblər ki, Zakir Fərəcovu növbəti dəfə vicdana və düzgünlüyə dəvət edirlər. “Biz Zakir Fərəcovu vicdana və düzgünlüyə dəvət edirik. Ondan artıq heç nə tələb etmirik və istəmirik. Öz halal haqqımızı istəyirik. Gətirib, bizim pulumuzu ödəsin və bu biabırçılıqlar da aradan qalxsın”

AZƏRBAYCANREALLIĞI.COM


Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az