• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
24-04-2023, 07:55

Kəmaləddin Heydərovun işçiləri məktəbin kollektivini və ərazidə yaşayan sakinləri ölüm təhlükəsi ilə üz-üzə qoyublar

Kəmaləddin Heydərovun işçiləri məktəbin kollektivini və ərazidə yaşayan sakinləri ölüm təhlükəsi ilə üz-üzə qoyublar



Əgər bu belə deyilsə, o halda FHN-nin əməkdaşları ya tikilidə işlərin həyata keçirilməsinə icazə verməzdilər, ya da ki, inşaası başa çatdırılmış binanın sökülməsi barədə rəsmi mövqe ortaya qoyardılar




Bir müddətdir ki, ayrı-ayrı media qurumlarında, sosial şəbəkə istifadəçilərinin paylaşımlarında, bir sözlə əksər media resuslarında Abşeron rayonu, Əbdüləli Mürsəlov küçəsindəki 4 nömrəli məktəbə bitişik ərazidə qanunsuz inşa olunmuş yeddi mərtəbəli bina ilə bağlı tənqidi yazılar, açıqlamalar və s. yayımlanır, hətta bununla bağlı geniş ictimai müzakirələr də davam etdirilir. Diqqəti cəlb edən hal odur ki, ilkin layihədə həmin binada üç mərtəbənin inşa olunması nəzərdə tutulsa da, daha sonra lazımi sənəd-sübut olmadan əlavə mərtəbələr inşa olunur, mansar tikilir və bununla bağlı hansısa dövlət qurumu heç bir tədbirini görmür. Abşeron Rayon İcra Hakimiyyəti Aparatına gəldikdə isə, bu qurumda vəzifə sahibi olanlar sanki özlərini “kar” və “kor” kimi aparırlar. Qeyd edək ki, bu tikiliyə aid sənədlər qaydasında olmadığından, 2021-ci ildə Abşeron RİH-nin sabiq başçısı tərəfindən tikinti işləri tam şəkildə dayandırılır, hətta tikintinin sahibinə lazımi tövsiyyə və tapşırıqlar da verilir. Təqribən iki il bundan öncə sabiq icra başçısı tərəfindən belə bir addım atılsa da, 19 yanvar 2022-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyev isə, ortaya fərqli yanaşmasını qoyur. Yəni, bu vəzifə sahibinin “dobro” deməsindən sonra, qeyd olunan binada qanunsuz tikinti işləri hansısa maraqlar əsasında davam etdirilir.

Bir neçə gün bundan öncə qeyd olunan ünvanda inşaası həyata keçirilmiş qanunsuz tikinti işi ilə bağlı Nyus.Az saytının redaksiyasına Abşeron rayonu, Xırdalan şəhər sakini Elçin Muradovun və digər şəxslərin təqdim etdikləri video-müraciət daxil olub. Müraciət müəllifləri bildirirlər ki, “Dəfələrlə möhtərəm Prezident mediaya verdiyi açıqlamalarında vurğulayıb ki, “Azərbaycan Respublikası ərazisində tarixi üsluba malik olan kəndlər, qəsəbələr, şəhərlər və s. dövlət tərəfindən qorunmalıdır”. Ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlara baxmayaraq, xeyli müddət bundan öncə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin verdiyi şifahi icazəsi əsasında, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsindəki 4 nömrəli məktəbə bitişik ərazidə qeyri-qanuni tikinti işləri həyata keçirilir. Yəni, Abdin Fərzəliyev Murad Nəsurullayev adlı şəxsə, yalnız fərdi yaşayış evi tikməsinə icazə sənədi verir. Abşeron RİH-nin başçısı tərəfindən Murad Nəsurullayevin adına belə bir sənəd verilsə də, qeyd olunan ərazidə fərdi yaşayış evi deyil, məhz yeddi mərtəbəli yaşayış binası inşa olunur. Bu yöndə qol qoyulan qanunsuzluqlarla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına rəsmi qaydada şikayət ərizələri göndərsək də, göndərdiyimiz şikayət məktubları araşdırılması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilir. Bir sözlə, şikayətimizlə bağlı nə lazımi araşdırma işləri aparılır, nə də ki, bizi Abşeron RİH Aparatına dəvət etmirlər. Qeyd edək ki, qanunsuz inşa olunmuş bina 4 nömrəli məktəbdən təqribən üç metr aralı məsafədə yerləşir ki, bu da həm məktəb kollektivinin, həm də yaxın ətrafda yaşayan sakinlərin həyatları üçün böyük təhlükə deməkdir. Belə bir səbəbdən də, həmin bina təcili sökülməlidir ki, məktəb kollektivinin və ətrafda yaşayan sakinlərin həyatlarına olan təhlükə sovuşsun”.

Daha biabırçı halın varlığı, Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının qanunsuz tikinti işlərinə göz yummalarının varlığıdır. Unutmaq olmaz ki, ölkəmizin şəhər və rayonlarının ərazilərində inşaası həyata keçirilən tikililərlə bağlı rəy verən əsas rəsmi dövlət qurumlarından biri də, məhz Fövqəladə Hallar Nazirliyidir. O halda sual oluna bilər ki, görəsən Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsindəki 4 nömrəli məktəbə bitişik ərazidə qeyri-qanuni tikinti işlərinin həyata keçirilməsinə, bu dövlət qurumunun əməkdaşları niyə göz yumurlar? Axı, bu tikili üçün verilən sənəddə Murad Nəsurullayev adlı şəxsə, yalnız fərdi yaşayış evi tikməsi üçün razılıq verilir? Bu gün isə, həmin yerdə lazımi sənədi olmayan yeddi mərtəbəli yaşayış binası inşa olunub. Deməli, bu cür qanunsuzluğa qol qoyulmasının kökündə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da əsas rol oynayırlar. Əgər bu belə deyilsə, o halda adı çəkilən bu dövlət qurumunun əməkdaşları ya tikilidə işlərin həyata keçirilməsinə icazə verməzdilər, ya da ki, inşaası başa çatdırılmış binanın sökülməsi barədə rəsmi mövqe ortaya qoyardılar. Bütün bunlar onu söyləməyə əsas verir ki, qol qoyulan qanunsuzluqda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının kəsişən maraqları əsas rol oynayıb. Baş verənləri təhlil edərək bu gün belə bir nəticəyə gəlmək olar ki, Əbdüləli Mürsəlov küçəsindəki 4 nömrəli məktəbə bitişik ərazidə qeyri-qanuni tikinti işləri, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevlə Fövqəladə Hallar Nazirliyinin Regional idarəsində çalışan vəzifə sahiblərinin işbirliyi nəticəsində baş tutur. Çünki heç cür ola bilməz ki, qeyd olunan ünvanda qanunsuz tikinti işləri həyata keçirilsin, yeddi mərtəbəli yaşayış binası inşa olunsun, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da özlərini ya “karlığa” ya da ki, “ korluğa” qoysunlar. Bir sözlə, bu heç cür inandırıcı deyil. Deməli, bir neçə ay bundan öncə qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və zəlzələnin əmələ gətirdiyi fəlakətlər, bu gün nə Abşeron RİH-nin rəhbərliyində olan şəxsləri, nə də ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını maraqlandırmır. Yəni, adı çəkilən hər iki dövlət qurumunda çalışanları xalqın taleyi deyil, daha çox şəxsi maraqlarının təmin olunması düşündürür. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az