• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
15-02-2023, 08:33

Bərdədə SSİ-nin sabiq rəisi RİH-nin başçısı olacaq?


Bərdədə SSİ-nin sabiq rəisi RİH-nin başçısı olacaq?



Dolaşan söz-söhbətlərdə o da bildirilir ki, sabiq rəis bu yöndə məqsədinə çatmaq üçün, nə az, nə də çox, düz 2 milyon manat pulunun başından keçməyə də hazırlaşır


Bugünlərdə redaksiyamıza Bərdə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında, hər kəsin marağını cəlb edə biləcək sensasion bir məlumat daxil olub. Düzdür, ilk əvvəl daxil olan məlumatın ciddiliyinə heç bir halda əhəmiyyət vermədik və yayılan söz-söhbətlərin əhəmiyyətsiz olması qənaətinə də gəldik. Amma, günlər keçdikcə daxil olan məlumatın müəyyən çevrələrdə müzakirə olunmasını eşitdikcə belə qərara gəldik ki, bu yöndə müəyyən jurnalist araşdırmalarımızı həyata keçirək. Bəli, redaksiyamız Bakı şəhərində fəaliyyət göstərsə də, biz mümkün imkanlarımızdan istifadə etdik ki, daxil olan məlumat haqda lazımi dəqiqləşdirilmələri apara bilək. Bir sözlə, apardığımız araşdırmalar zamanı belə bir məlumat əldə etdik ki, Bərdə Suvarma Sistemləri İdarəsinin sabiq rəisi Sərdar Nəriman oğlu Əhmədov, təqribən bir il bundan əvvəl daşıdığı vəzifəsindən uzaqlaşdırılsa da, bu gün o, daha strateji posta sahib olmaq iddiasına düşüb. Əslinə baxsan, bu şəxsin belə bir iddiaya düşməsinə təbii baxmaq gərəkdir. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunub ki, cinsindən asılı olmayaraq hər kəs öz bacarığına görə dövlət hakimiyyəti orqanlarında işləmək hüququna malikdir. Bəli, o halda ortaya belə bir sual çıxır ki, əgər 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda hər kəsə, o cümlədən Sərdar Əhmədova da belə bir hüquq verilibsə, nədən bu şəxs ona verilmiş hüquq və ixtiyardan lazımınca istifadə etməsin? Amma, məsələnin incə bir tərəfi var. Yəni, bu şəxsin Azərbaycan Respublikası Prezidentinin 03 mart 2011-ci il tarixli Sərəncamı əsasında, Bərdə Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Vidadi İsayevin daşıdığı vəzifəsinə göz dikdiyi söylənilir. Düzdür, bu haqda dəqiq nəsə deyə bilməsək də, deyəcəyimiz o olacaq ki, bu gün yerli sakinlər arasında belə bir söz-söhbətlər dolaşmaqdadır. Baxmayaraq ki, media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumata da rast gəldik ki, illər öncə Bərdə Suvarma Sistemləri İdarəsinə rəhbərlik edən bu şəxs, geniş ictimaiyyət arasında bugünkü icra başçısı Vidadi İsayevin “qara kassa”sı kimi də tanınıb. (Mənbə: Teref.az saytı) O halda ortaya belə bir sual da çıxır ki, görəsən Sərdar Əhmədovun belə bir iddiya düşməsinin kökündə nələr durur? Bu məsələ ilə də bağlı belə bir ehtimallar da söylənilir ki, bu şəxs cənab Əhməd Əhmədzadənin ən etibarlı kadrlarından biri olub və bu gün o, Bərdə RİH-nin başçısı olmaq üçün mümkün variantlardan lazımınca istifadə etməkdədir. Hətta, dolaşan söz-söhbətlərdə o da bildirilir ki, Bərdə Suvarma Sistemləri İdarəsinin sabiq rəisi bu yöndə məqsədinə çatmaq üçün, nə az, nə də çox, düz 2 milyon manat pulunun başından keçməyə də hazırlaşır. Bəli, bu yöndə məlumatlar diqqəti cəlb edən məlumatlar olduğundan, bir neçə gün bundan öncə əməkdaşımız Sərdar Əhmədovla əlaqə saxlayıb, bu kimi məsələlərə münasibətini öyrənmək istəyir. Maraqlı və düşündürücü hal o olur ki, telefon danışığı zamanı Suvarma Sistemləri İdarəsinin sabiq rəisi söylənilənləri nə təsdiq, nə də ki, inkar edir. Yalnız o, “Sizə bunu kim deyib, həmin şəxsin adını mənə bildirin, sizin hörmətinizi çatdıraram” deməklə kifayətlənir. Bu cür cavabdan sonra bizdə belə bir qənaət də formalaşdı ki, deməli Sərdar Əhmədovun iddiası reallığa yaxın söz-söhbətlərdir. Yəni, atalar demişkən: “Od olmayan yerdən tüstü çıxmaz”. Deməli, yaxın vaxtlarda icra başçısı Vidadi İsayev daşıdığı vəzifəsinə “əlvida” deməli olacaq, sabiq idarə rəisi Sərdar Əhmədov isə arzusunu “çin edəcək”. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Nyus.Az.


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az