• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
28-10-2022, 11:29

“Azərişıq” ASC-nin tenderlərində “KAMİLlik" faktları – Vüqar Əhmədov müşavirini durduracaqmı?!

“Azərişıq” ASC-nin tenderlərində “KAMİLlik" faktları – Vüqar Əhmədov müşavirini durduracaqmı?!




“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri, həm də tələbə yoldaşı Kamil Hüseyinovun “özfəaliyyət”i ilə bağlı ötən həftəki yazımız geniş ictimai maraqla müşahidə olunmaqdadır… 10-larla informasiya portallarının Mediatv.az-a istinadla tirajladığı bu yazıdan sonra redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. (Yazını bu linkdən oxuya bilərsiniz:https://mediatv.az/karusel/101776-vuqar-ehmedov-kamil-huseynov-tandemi-azerisiq-asc-ni-hara-aparir-budce-pullari-kimlerin-cibine-axir.html)



Kamil Hüseynov

Bu məlumatlarda Kamil Hüseynovun, sədr Vüqar Əhmədovun etimadından sui-istifadə etməsindən, dövlətin (Oxu “Azərişıq” ASC-nin. Red.) milyonlarla vəsaitini müxtəlif tenderlər və birbaşa müqavilələrlə “buxarlandırmasından” bəhs olunur. Bu məqsədlə müxtəlif illərdə müxtəli adlarla MMC-lərin təsis olunması və böyük məbləğdə tenderlərdə “qalib olması” kimi ənənəvi taktika xatırlanır…

“Akkord”dan “Azərişıq”a müəmmalı transfer

Xatırladaq ki, Kamil Hüseynov hazırkı vəzifəsinədək “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyib. İnternet üzərindən apardığımız araşdırmalarla (yeniavaz.com) məlum olur ki, məhz bu zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Hətta bu faktın “Akkord”un çöküşündə başlıca amil olduğu da deyilir…
Bu hadisədən sonra Kamil Hüseynov “sudan quru çıxmağı” bacarmış və tələbəlik dostu Vüqar Əhmədovun yanında yer ala bilmişdir.

Tenderlərə KAMİL müdaxilə

Vüqar Əhmədovla uzun illərin sıcaq münasibəti sayəsində Kamil Hüseynov “Azərişıq” ASC-də əməllicə söz sahibinə çevrilə bilib. Rəsmi vəzifəsi müşavirlərdən biri olsa da, ona sədrin xüsusi bir münasibətdə olması və böyük etimad göstərdiyi deyilir. Məhz bu səbəbdən də “Azərişıq” ASC-nin maliyyə əməliyyatlarında, xüsusi ilə də, bütün tenderlərdə son sözü Kamil Hüseynov deyir… Ki, bu da müxtəlif tenderlərdə milyonlarla ölçülən vəsaitin xərclənməsinə yumşaq desək işıq salmır.








Sədrlə dostluq münasibətindən ruhlanan müşavir tenderlərə girişməyin yoluna özünə doğma, etibarlı sandığı adamların adına şirkətlər yaratmağla başlayıb. Və ilkin olaraq dostluq xatirinə bir “Dost Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb. “Qədəmləri mübarək olan” bu şirkət “Azərişıq” ASC-dən tenderlər “udmağa” başlayır. Bu ilin mart ayında “Azərişıq” ASC-nin keçirdiyi 4 milyon 928 manat 215 manat 66 qəpiklik tenderin qalibi də “Dost Group” MMC olub. Amma, şirkətin adındakı “Dost” sözü həm “Azərişıq”ın koridorlarında, həm də digər dairələrdə müxtəlif söz-söhbətə səbəb olur… Bu səbəblərdən də “Dost Group” MMC-nin adının dəyişdirilməsi və bazasında yeni adlı şirkətin yaradılması qərara alınır. Belə də olur - “Dost Group” MMC dönüb olur “Enerjı Constructıon” MMC. Sonuncu - “Enerjı Constructıon” MMC ilə bağlı açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə saytı, nə də sosial şəbəkə hesabları var(?)
Bir mənbəyə görə 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınan və cəmi 100 manat nizamnamə kapitalına malik olan bu şirkətin qanuni təmsilçisi Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vəzifə tutub. O, ötən ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib.
Amma, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “Enerjı Constructıon” MMC 13.01.2020-ci ildə 100 manat nizamnamı kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Yusifli Yusif Eldar oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Biləcəri ŞTQ, Natəvan, ev 2”də yerləşir.
Google üzərindən bir axtarış yetər ki, “Azərişıq” ASC-dən müxtəlif tarixlərdə, müxtəlif adlarla milyonlarla vəsaitin bu şirkətə köçürülməsinin sübutları ilə rastlaşaq…
Və bir də, “Smart Energy Services” MMC var

Mediatv.az xəbər verir ki,Kamil Hüseynova bağlılığı ilə tanınan “iriçaplı” şirkətlərdən biri də, “Smart Energy Services” MMC-dir. Bu şirkət də zaman-zaman “Azərişıq” ASC-dən milyonlar almağı bacarıb və bacarır…
“Smart Energy Services” MMC (VÖEN-1504953841) 29.01.2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir.
“Enerjı Constructıon” MMC kimi “Smart Energy Services” MMC-də dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Daha əvvəl Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub. Digər şirkətlər kimi “R and X” MMC-nin də adına yalnız müxtəlif tender müsabiqələrində rast gəlmək mümkündür. Şıxıyev Rəşad İsa oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət “Energo” MMC adlanır. 07.07.2020-ci ilə 100 manat nizamnamı kapitalı ilə qeydiyyata alınan şirkətin adına yalnız “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində rast gəlmək olur…
“Smart Energy Services” MMC Ağdam şəhərinin ilkin mərhələdə elektrik təchizatının təmin olunması məqsədilə 2 (iki) ədəd (TM №1 və TM №2) 35/0,4 kV-luq 4x2500 kVA gücündə Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri üçün “Azərişıq”dan 11 milyon 637 min 560 manat 21 qəpik alıb.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-dən 11,6 milyon manatlıq tenderi udan zaman “Smart Energy Services” MMC-nin dövlət büdcəsinə 4 min 259 manat 78 qəpik vergi borcu olub. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı isə “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə ziddir…
“Smart Energy Services” MMC indi də Neftçalada…

Meditv.az-a verilən məlumata görə Kamil Hüseynovu kiçik məbləğlərlər maraqlandırmır… Söhbət ən azı bir milyonun üzərində olmalıdır. Elə “Smart Energy Services” MMC-nin “Azərişıq” ASC-dən “udduğu” sonuncu tenderin də məbləği nə az-nə çox 1507831 manatdır. Şirkət bu dəfə Neftçala rayonunun Mayak, Qırmızı şəfəq və Yenikənd kəndlərində 10 kV-luq hava xəttinin və KTM-lərin qurulması işlərini həyata keçirməlidir. Üç gün əvvəl-25.10. 2022-ci il tarixdə baş tutan tenderdə də son sözün sahibi Kamil Hüseynov olub.

***
Tenderlərdən əlavə “Azərişıq” ASC-nin hansısa fövqəladə ehtiyac səbəbindən lazımı instansiyalara rəsmi müraciətlə hansısa mənbədən müəyyən mal-materialların alınması kimi imkanları da var. Mediatv.az-a daxil olan məlumata görə belə məqamlarda da Kamil Hüseynov “işgüzarlığını” nümayiş etdirir. (Bu haqda sonra…)
Bütün bu işlərdə isə Kamil Hüseynovun “sağ əli”, “Akkord”dan özü ilə “Azərişıq”a gətirdiyi, hazırda da birbaşa dövlət satınalmalarını həyata keçirən xidmətin direktor müavini Uğur müəllimdir…
Aldığı mal-materialların pulunun verilməməsi, işçilərin əməkhaqqısının kəsilməsi və s. kimi xoş olmayan hallarda da cənab müşavirin adı hallanır…

Kamil Hüseynova “DUR” deyən olacaqmı?!

Kamil Hüseynovla bağlı yuxarıda toxunduğumuz tender “uduşları”nda bir məqam daha var… Məlumata görə cənab müşavir tender “uduşları” ilə bağlı yerlərdə görülməli olan işlərə “Azərişıq” ASC-nin yerli idarələrini cəlb edir. Başqa sözlə vəzifəsinin verdiyi imkanlardan yararlanaraq tender “uduşları” ilə bağlı işləri “Azərişıq” ASC-nin yerli idarələri həyata keçirir və beləliklə də tenderdən gələn böyük məbləğdə vəsait xərclənmədən kimlərinsə cibinə axır…
Kamil Hüseynovla bağlı toxunduğumuz və hələlik yazılmasını uyğun bilmədiyimiz bu kimi faktların qaynaqlandığı səbəb kimi ona bu dərəcədə etimadın göstərilməsi və az qala sonsuz səlahiyyətin verilməsidir. İnsafən qeyd edək ki, Vüqar Əhmədovun rəhbərliyi ilə ölkəmizin ən ucqar nöqtələrində belə, işıqla bağlı problemlər yox dərəcəsindədir,epizodik hallar istisna olmaqla. Bu gün Azərbaycanın işıqlandırılmasını, ölkə insanının işıqla bağlı təminatını yüksək qiymətləndirmək olar. Son iki ildə işğaldan azad olunmuş ərazilərimizdə “Azərişıq” ASC-nin həyata keçirdiyi nəhəng layihələr isə xüsusi ilə yüksək qiymətləndirilməlidir…
Təəssüf ki, bu uğurlarla bərabər “Azərişıq” ASC-də Kamil Hüseynov faktoru da mövcudluğunu qorumaqdadır… Bəzi məlumatlara görə isə Vüqar Əhmədov yüksək etimad göstərdiyi müşavirinin bu “özfəaliyyət”indən məlumatlı deyil. Bu da inandırıcı məlumat kimi görünür. İnanmaq olmur ki, “Azərişıq” ASC-dən tender adı ilə milyonların dövriyyədən çıxarılıb da, “Sevinc-M” MMC kimi tikinti şirkəti ilə paytaxtın mərkəzində hündürmərtəbəli binaların tikintisinə xərclənməkdən Vüqar Əhmədovun xəbəri olsun. Digər bir məqam isə “Azərişıq” ASC-nin birbaşa tabeliyində olduğu Nazirlər Kabinetinin bu tender əməliyyatlarından, “göbələk kimi” peyda olan şirkətlərdən məlumatlı olması ilə bağlıdır. Baş nazirin birinci müavini Yaqub Eyyubovun da “Azərişıq”da yaşananlardan xəbərdar olması qətiyyən inandırıcı görünmür…

Ümid edək ki, ən yaxın zamanda Kamil Hüseyinova “DUR” deyiləcək.

Qarşıdakı günlərdə həm cənab Yaqub Eyyubova, həm də cənab Vüqar Əhmədova sörğu göndərməklə mövzunu davam etdirəcəyik.
Redaksiyadan: Yazı çapa hazırlanarkən Kamil Hüseyinovu da dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Əgər istəyərsə hörmətli Kamil müəllimin də mövqeyinə yer ayıra bilərik.

“Sevinc-M” MMC tərəfindən Bakının Nərimanov rayonunun Faiq Yusifov küçəsində gözdən əlillərin binasının qonşuluğunda,tikilməkdə olan bir neçə göydələn:

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az