• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib

XƏBƏRLƏR

    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
3-10-2022, 21:29

RƏŞAD MAHMUDOV ZAQATALA MEŞƏSININ “YUYULMASINA” ÜMID EDIR

RƏŞAD MAHMUDOV ZAQATALA MEŞƏSININ “YUYULMASINA” ÜMID EDIR


Bu yay Zaqatalada dağlıq ərazidə yeni təbii göl yarandı. Göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib. Gölün yaranmasına rayona yağan aramsız yağışlar nəticəsində baş verən sürüşmə səbəb olub və sıldırım qaya uçaraq dərəni bağlayıb.

Bir qrup sakin iddia edir ki, aramsız yağışların qayanı uçurması nəticəsində əmələ gələn həmin göl ciddi təhlükə mənbəyidir. Belə ki, leysan yağışlarda göl daşa bilər və nəticədə rayonu sel basar. Buna görə də gölü təhlükə olmadan dağıtmaq lazımdır.

Gölün yarandığı yerin aid olduğu Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Rəşad Mahmudov isə açıqlamasında bildirib ki, yeni əmələ gələn göl təhlükə mənbəyi deyil, işçiləri gedib gölə baxış keçiriblər: “Qeyd edim ki, onu dağıtmaq da asan iş deyil. Çox ucqar yerdədir, ora texnika gedə bilməz. Amma hazırki vəziyyətdə onu dağıtmağa ehtiyac yoxdur.»

Ola bilsin ki, hazırda gölün qalmasının heç bir təhlükəsi yoxdur. Amma gələcəkdə güclü sellər olarsa, qarşısı açılıb ciddi təhlükə yarada bilər. Ekoloq Ənvər Əliyev isə sonradan yaranan göllərin təhlükə mənbəyi olduğunu deyib: «Əgər o göl hansısa fəsadlar törədəcəksə, yaşayış məntəqələrinə ziyan vuracaqsa, indidən yavaş-yavaş qurutmaq lazımdır. Təcrübə göstərir ki, sonradan yaranmış belə göllər böyük fəlakətlər törədib. Orada tədqiqat aparılmalıdır. Mütəxəssislərin məsləhəti ilə su yavaş-yavaş boşaldılmalıdır. Əks-təqdirdə güclü yağıntı nəticəsində böyük su kütləsi ilə aşağı ərazilərə ziyan vura bilər.” –deyə, ekoloq bildirib.

Elə isə görəsən Rəşad Mahmudovun gölün qurudulmasının əleyhinə çıxmasının səbəbi nədir. Təxmin etmək olar ki, o, gölün gələcəkdə daşmasına və özünün Zaqatala meşələrində rəvac verdiyi və verəcəyi qanunsuzluqların izini yuyacağına ümid bəsləyir. Faydalı perspektivdir, söz buraxa bilər ki, ağacları sel aparıb.

Xatırladaq ki, əvvəllər istər Hüseyn Bağırovun nazir olduğu dönəmdə, istərsə də Muxtar Babayev nazir vəzifəsinə gələndən sonra Zaqatala MMBM – nin rəhbər və digər vəzifəli şəxsləri qanunsuz əməlləri ucbatından məsuliyyətə cəlb olunmuş, bir çoxları tutduqları vəzifədən qovulmuşlar. Amma direktor müavini işləyən Rəşad Mahmudov hansısa görünməz havadarının sayəsində nəinki vəzifədə qala bildi, hətta irəli də çəkildi. Eyni qanunsuzluqlar indi də davam etməkdədir. Belə ki, yaş ağaclar kök üstündən kəsilir, mebel sexlərinə satılır. “Plan” xatirinə bir-iki faktı aşkarlamaq lazım gələndə də qırıntıları oduncaq kimi qeydə alırlar ki, təqsirkarlara cinayət deyil, inzibati cəza növü tətbiq olunsun.

Mövzuya qayıdacağıq. //dəryaz//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az