• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
3-08-2022, 09:07

KƏMALƏDDIN HEYDƏROVUN IŞÇISINDƏN IKIBAŞLI CAVAB- ŞOK FAKTLAR-VİDEO

KƏMALƏDDIN HEYDƏROVUN IŞÇISINDƏN IKIBAŞLI CAVAB- ŞOK FAKTLAR-VİDEO


Məlumdur ki, Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlugilin ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin həll olunmaması, artıq xeyli müddətdir ki, ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən problemin kökündə nələr durur ki, problem 2014-cü ildən bugünə kimi öz həllini tapmır? Bu yöndə apardığımız araşdırmalardan, Yadigar Rəcəbovun aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrinə verilən cavab məktublarından aydın olur ki, indiyə kimi bu ailənin getgələ salınmasında əsas baiskarlardan biri Şamaxı Rayon İcra Hakimiyyəti Aparatıdır.

Şamaxı RİH-nin qərəzli yanaşmasının kökündə nələr durur?

Qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsi nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Torpaq sürüşməsi hadisəsindən sonra bu kəndin ərazisinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt Muğanlı kəndi ərazisində yaşayan 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi, adı çəkilən qurum əməkdaşlarının keçirdikləri birgə baxış zamanı müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayanların ümumi siyahısı dəqiqləşdirilir və ailə üzvlərinin sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Məsələnin düşündürücü tərəfi odur ki, 2012-ci ildə Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə aid tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) yer alırlar. Hətta, bunu həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşımış şəxs də, əməkdaşımızla etdiyi söhbət zamanı təsdiq edir. Baxmayaraq ki, hal-hazırda həmin şəxs digər kənddə icra nümayəndəsi vəzifəsini daşımaqdadır.
Qeyd edək ki, Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və fərdi yaşayış evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə yeni tikilmiş evlərin paylanması işləri isə, 2014-cü ildə həyata keçirilir. Qeyd edək ki, həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ və sol hissələrində yaşayan ailələrin fərdi yaşayış evlərinə baxış keçirilir və evlərin qəzalı, həyətyanı torpaq sahələrinin yarasız vəziyyətə düşməsi ilə bağlı akt tərtib olunur. O halda sual oluna bilər kli, görəsən hansı səbəbdən yaşayış evi ortada olan Yadigar Rəcəbovgilin fərdi yaşayış evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur?. Yəni, hansı səbəbdən bu şəxsin evinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Bu haqda həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi birbirini inkar edən cavablar verir

Daha biabırçı halın varlığı ondan ibarətdir ki, vətəndaş Yadigar Rəcəbovun aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət ərizələrindən birinə 09 mart 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini cənab Elxan Əsədovun imzası ilə təsdiq olunmuş 37/R-00786 saylı məktubla cavab verilir və məktubda qeyd olunub ki, “Sizin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız müraciət Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində araşdırılmışdır. Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş yaşayış evlərinin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar da tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən fərdi yaşayış evinizin vəziyyəti qənaətbəxş hesab edilmişdir”.




Belə bir cavab məktubunun varlığına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini cənab Elxan Əsədov, hansı ki, öz imzası ilə təsdiq etdiyi və 01 iyul 2022-ci il tarixdə redaksiyamıza verdiyi 37/3604529 saylı cavab məktubunda isə qeyd edir ki, “Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Planlama Ekspedisiyasının mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kənd sakini Yadigar Rəcəbovun fərdi yaşayış evinə vizual baxış keçirmiş və 03 mart 2014-cü il tarixdə akt tərtib etmişlər. Həmin akt əsasında Yadigar Rəcəbovun fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla bağlı lazımi tədbir görüləcəkdir”. Əslində bu cür, hansı ki, birbirini inkar edən cavabların verilməsi onu sübut edir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Yadigar Rəcəbovgilin ailə üzvlərinin rəzil duruma salınmasında, getgələ düşmələrində maraqlı tərəfdir.

Baş memar da eyni oyunun oyunçusudur

Digər tərəfdən Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəyə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-1147 saylı məktubla cavab verilir və məktubda qeyd olunub: “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır.



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Diqqət yetirək ki, vətəndaşa bu cür gülünc, bu cür absurd cavabların verilməsi onu söyləməyə əsas verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənov eyni oyunun oyunçusudurlar. Yəni, buna heç cür başqa ad vermək olmaz!. Əgər bu belə deyilsə, o halda adları çəkilən dövlət qurumları 2012-ci ildə Muğanlı kəndində baş verən torpaq sürüşməsi hadisəsi nəticəsində tərtib olunmuş aktları ortaya çıxarıb sübuta yetirərlər ki, Yadigar Rəcəbovgilin ailə üzvlərinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı heç bir akt tərtib olunmayıb. Əslində həmin vaxt akt tərtib olunub və sadəcə olaraq 2014-cü ildən indiyə kimi məsələnin həll olunmasına hansısa qüvvələr imkan vermirlər.




Çünki evləri qəzalı, həyətyanı torpaq sahələri isə yararsız vəziyyətə düşmüş ailələrlə bağlı tərtib olunmuş ümumi cədvəldə Yadigar Rəcəbovgilin ailə üzvlərinin 46-cı sırada (7 nəfər olmaqla) yer aldıqlarını, həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi işləmiş şəxs də təsdiq edir. O halda sual oluna bilər ki, görəsən cənab Tahir Məmmədovun rəhbərlik etdiyi Şamaxı RİH Aparatının böyük bir ailəni rəzil günə salmaqda məqsədi nədir? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya mütləq qayıdacağıq.


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az