• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
21-04-2022, 10:34

FHN şefinin işçisi də QOÇULUQ EDİR... - GİLEY

FHN şefinin işçisi də QOÇULUQ EDİR... - GİLEY



Məlumdur ki, dələduzluq əməllərinin çoxaldığı, insanların etibarlarından, sadəlövlüyündən o cümlədən hüquqi biliklərinin az olmasından sui-istifadə edən fırıldaqçıların saylarının çox olduğu bir dövrdə yaşayırıq. Hətta bu cür saxtakar insanlar innovativ sxemlərdən, ən ağlagəlməz fəndlərdən çox böyük məharətlə istifadə edirlər. Çox təəssüflər olsun ki, belə dələduzların da torlarına düşənlər qeyd etdiyimiz kimi məhz sadəlövh və hüquqi qanunlardan xəbərsiz olan şəxslər olur. Buna görə də redaksiyamıza ən çox dələduzların əməllərindən zərər çəkənlər müraciət edir ki, başlarına gələnləri ictimailəşdirsinlər. DİA.AZ Zirveyolu.info-a istinadən xəbər verir ki, Bu günkü şikayətçimizin də başına gələnlər dələduzluq əməllərindən biridir. Söhbət Qəsəbə Nümayəndəsi olaraq çalışan lakin, işini fırıldaqçılıqla görən şəxsdən gedir. Həmin o şəxs ki, özü Badamdar Qəsəbə Nümayəndəsi olaraq fəaliyyət göstərib və həmin müddətdə dələduzluq edərək bir torpaq sahəsini bir neçə nəfərə satıb, həmçinin o, bu bir neçə nəfərə tamamilə saxta tam qanunsuz bərpasız sənədlər təqdim edib. Haqqında bəhs edəcəyimiz bu dələduz şəxs Badamdar Qəsəbə Nümayəndəsi olmuş Qasımzadə Həsən adlı şəxsdir. Həmin bu şəxs torpaq sahəsi alıb fərdi ev tikmək istəyən insanı bir neçə torpaq sahəsi almaq üçün şirnikləndirib həmçinin onu torpaq sahəsinin bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandırıb və həmin şəxsin bütün pullarının bu yolla əlindən getməsinə səbəb olub.
İndi isə Manafova Rahibə xanımın şikayət ərizəsini təqdim edirik.
Mən Manafova Rahibə Həmidağa qızı yazıb bildirmək istəyirəm ki, biz Bakı şəhərində Ələsgər Ələkbərov küçəsində Elmlər Akademiyasının yanında 2 mərtəbəli həyət evində yaşayırdıq. Bizim evimiz 2013-cü ildə plana düşdüyü üçün biz ordan pul alıb çıxdıq. Buna görə də yoldaşım Manafov Azad Dəyanət oğlu dedi ki, gedim Badamdardan torpaq sahəsi alım, yaxşı bir həyət evi tikək orda da yaşayaq. Özümüz lap əvvəldən şəhərdə rahat həyət evində yaşayan olmuşuq, həmçinin yoldaşım şəkər xəstəsi idi, bir ayağı amputasiya olunduğuna görə bina evində yaşamaq çətinlik yaradardı ona. Ona görə də yoldaşım Badamdardan 3 sot torpaq aldı, sonra orada Sirac adında əmlakçı (makler) və Həsən adlı bir şəxs var idi ki, həmin bu iki şəxs yoldaşımı aldadıb 3 sotdan əlavə 12 sot torpağı da satdılar bizə çıxarışsız, lakin dedilər ki, 3 aya torpağı sənədləşdirib verəcəyik. Beləcə bu şəxslər yoldaşımı şirnikləndirərək yoldan çıxartdılar və həmin torpaqları aldırdılar. Təsəvvür edin nə qədər pullarımızı verdik o torpaqlara.
Yoldaşım Alatavadan bir ev aldı ki, müvəqqəti yaşayaq həmin adamlar da yoldaşıma dedilər ki, burda 3 aylıq qalacaqsız sonra köçəcəksiz yeni həyət evinizə. 3 ay, 4 ay keçdi bunlardan xəbər çıxmadı. Yoldaşım da gedib-gəlib hirslənirdi ki, nə oldu bunların 3 ay dedikləri vaxtdan nə qədər keçib hələ də bir xəbər yoxdur. Çünki yoldaşımın onlardan aldığı torpaq sahələri ilə bağlı arzuları var idi ki, həm orda bir ev tikib, həm də həyətində təsərrüfat üçün əkin sahəsi qursun. Lakin bu şəxslərin dedikləri 3 ay uzana-uzana getdi, illər çəkdi 3 ay deyil 3 il oldu. Bir sözlə 3 ay deyə-deyə 3 il yoldaşımın başını qatdılar. Elə yoldaşım da bu olanlara hirsləndi 2016-cı ildə beyninə qan sızdı rəhmətə getdi. Mən və iki atadan yetim övladlarım elə həmin Alatavada baxmayaraq ki, yaşamaq üçün heç bir şəraiti olmayan evdə yaşamağa davam edirik. Həmin o ev də o qədər pis gündə yerdən bir evdir ki, hətta evi görənlər dəhşətə gəlirlər. Bir dəqiqə belə heç kim hazırda bizim yaşadığımız evdə dayanmağa tab gətirə bilməz, ev bir sözlə xəstəlik mənbəyidir. Elə mən özüm də həmin evdə xəstəliyə tutulmuşam. Özüm heç bir yerdə çalışmıram, heç səhhətim də buna imkan vermir. Oğlum azyaşlıdır. Yalnız evi dolandıran qızımdır, o da çox çətinliklə. Mən də indi istəyirəm ki, bu haqqımız olan torpaq sahələrimiz bizə geri verilsin. Yoldaşım sağ olanda özü məşğul olurdu bu işlə, indi isə bir ana olaraq bu məsuliyyət mənim üzərimdədir ki, övladlarım əzab-əziyyət çəkməsinlər. Buna görə də mən özüm bu işlə məşğul olmağa başladım və yoldaşıma bu yalan vədləri verib bütün pullarımızı torpaq sahələri almaq adı ilə mənimsəyənləri tapdım. Onlarla ətraflı bu mövzuda danışdım ki, bizim torpaq sahələrimizi özümüzə geri verin. Bizi aldadan şəxslər də adi adamlar deyildi elə onlardan biri Qasımzadə Həsən adlı şəxs həmin vaxtlarda Badamdar Qəsəbə Nümayəndəsi idi. Bizim bələdiyyə sənədini verən şəxs də məhz bu Həsən olub.
Biz də vəkil tutduq bu işi vəkillə həll etməyə başladıq.
Bildirmək istəyirəm ki, ilk öncə şikayətlər olunub Baş Prokurorluğa, Baş Mütəşəkkil Cinayətkarlıqla Korrupsiya İdarəsi’nə, Aidiyyəti üzrə Polis İdarəsi’nə, amma işin icrası birləşmişdir Mütəşəkkil Cinayətkarlıq’da Qasımzadə Həsən də oraya dəvət olundu əvvəl Həsən məni tanımadı, lakin rəhmətlik yoldaşım vasitəsilə bu sənədləri bizə təqdim etdiyini və imzanın ona aid olduğunu boynuna aldı. Mən də şikayət ərizəsi yazmışdım. Həsən də barəsində iş qaldırılmasın deyə bizimlə razılığa gəlib dedi ki; bəli mən Sizə sənədləri təqdim edirəm, Siz də şikayət ərizənizi geri götürün. Biz də Qasımzadə Həsənin bu təklifi ilə razılaşdıq. Bu razılaşmamızdan sonra Həsən bizə bir sənəd təqdim etdi, biz də sənədi apardıq BT-yə orada sənədin kökünün olmadığı və həmin sənədin başqa yerin, başqasının olduğu məlum oldu. Biz də Həsən müəllimə dedik ki, bu sənədlər başqasınındır. O bildirdi ki, baş qarışıqlıq olub, nə olub bu cür bəhanələr gətirdi. Bu Qasımzadə Həsən adlı şəxs ikinci dəfə də gətirib bizə başqa bir sənəd verdi, bu sənəddə isə bizə veriləcək olan torpaq sahəsinin cizgisi yox idi, yəni səhv cizgi idi. Qısacası bu torpaq cizgisi də bizim deyildi, başqa torpağın cizgisi idi. Üçüncü dəfə yenə də Həsən Qasımzadə bizə torpaq sahəsi haqqında sənəd verdi, lakin çox əfsuslar olsun ki, bu sənədlərin hər üçü də tam qanunsuz və bərpasız oldu. Bir sözlə yalan da başdan ayağa hər şey yalan.
Onu da qeyd edim ki, mən Həsən Qasımzadə ilə ilk dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Korrupsiya İdarəsində görüşəndə hər kəsin yanında mənə dedi ki, tək qadın niyə Siz əziyyət çəkib bura qədər gəlmisiz?, elə mənim özümə müraciət edərdiz mən Sizin torpağınızı qaytarardım geri. Dedim elə nə fərqi var ki, gəlmişik indi dediyiniz sözə əməl edin. Amma Həsən müəllim (əgər müəllim demək olarsa) verdiyi sözü tutmadı, çünki həmin vaxtdan demək olar ki, 1il keçib, lakin torpağımız özümüzə geri verilməyib. Bu Həsən bu gün sabah, bu gün sabah deyə-deyə 1 ildir bizi aldadır. Gah başqa insanların adına olan, gah da başqa cizgili torpaq sahələrinin sənədlərini bizə verir. Çünki bu insan 3 dəfə bizə ayrı ayrılıqda, yəni ayrı-ayrı sahələrdə saxta tam qanunsuz, bərpasız sənəd təqdim edib. Etdiyi hərəkətlərdən məlumdur ki, bu şəxsin qadına zərrə qədər də olsa hörməti yoxdur, əgər olsaydı tək bir qadını, ən əsası bir ananı haqqı olan torpaq sahələrini geri almaq üçün çöllərə salmazdı.
Mən heç kimdən artıq nəsə istəmirəm, sadəcə bizə məxsus, haqqımız olan torpaq sahələrimizin özümüzə geri qaytarılmasını istəyirəm.
Mən bir Azərbaycan vətəndaşı, bir xanım, bir ana olaraq bu müraciətimin işıqlandırılmasını və haqq ədalətin öz yerini tapmasını istəyirəm.
Bir də bunu da qeyd edim ki, Qasımzadə Həsən hal-hazırda Fövqəladə Hallar Nazirliyində çalışır.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az