• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
20-05-2019, 09:43

Müəllimlərin sosial şəbəkələrdə davranış qaydaları müəyyənləşdirilsin?

Müəllimlərin sosial şəbəkələrdə davranış qaydaları müəyyənləşdirilsin?

Bu, onun sosial məsuliyyətini artırırsa, çox yaxşı, amma...

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Keçən il Rusiyanın Barnaul şəhərində Tatyana Kuvşinnikova adlı müəllimənin sarafan geyimdə fotosunu sosial şəbəkədə paylaşması, sözün həqiqi mənasında qalmaqala səbəb oldu. Valideynlərdən biri şəkli məktəbin direktoruna göndərərək bunu məktəbin nüfuzuna ləkə adlandırdı. Əsl mərəkə də bundan sonra başlamışdı: "Ancaq fahişələr belə geyinib şəkil çəkdirirlər - dikdaban ayaqqabı, dizdən yuxarı don, hər yeriniz çöldə! Kimi cəlb etmək istəyirsiniz? Pedaqoq adını daşımağa layiq deyilsiniz, məktəbin reputasiyasına ləkəsiz! Oğlan şagirdlərin sizə vurulması təəccüblü deyil. Bunun bir addım sonrası pedofiliyadır!" - deyə valideynlər və kollektiv müəllimi erotik şəkil paylaşmaqda qınayaraq bunun pedaqoji qaydalara zidd olduğunu qabartdılar. Olay "İnsan və qanun" verilişində təqdir edildi, müəllimlərin və valideynlərin qınağı müəllimənin məktəbdən kənarlaşdırılmasına səbəb oldu. Eləcə də, Omsk şəhərində "Qütb ayılar" üzgüçülük və Qış Üzgüçülük Federasiyasının üzvü olan digər müəllimənin qış çimərlik paltarında "İnstaqram"da paylaşdığı foto, həmçinin yekaterinburqlu ingilis dili müəlliməsinin həyat yoldaşından ayrılması barədə statusu, pedaqoji cəmiyyətdə narazılıqlara səbəb oldu.

Rusiyanın elm və təhsil naziri bu kimi məsələlərə münasibət bildirməyə məcbur oldu: "Belə bir həqiqət var: hər kəsin şəxsi həyatı olmalıdır. Hesab edirəm ki, bu mənada müəllimlər üçün bir qədər çətindir, çünki onların "İnstaqram!da paylaşdığı hər hansı bir şəkil qıcıq yarada bilir. Burda sözsüz ki, problem var, ancaq ona nəzakətlə yanaşmaq lazımdır. Etiketləri aşmaq olmaz, çünki pedaqoq - xüsusi peşədir, missiyadır. Sosial şəbəkələrdə təhlükəsizliklə bağlı xüsusi kursların yaradılması ideyası artıq Milli Təhsil Nazirliyində ictimai müzakirələrə çıxarılıb".

Nazir dünya ölkələrində pedaqoji şuraların, müəllim assosiasiyaları və həmkarlar ittifaqlarının artıq sosial şəbəkələrdə etiket qaydaları ilə bağlı tövsiyələr hazırladıqlarını əsas gətirib. Məsələn, İrlandiyada Pedaqoji Şura müəllimlərə onların ciddi ictimai nəzarətə məruz qaldıqlarını xatırladaraq, internetdə şagirdləri, valideynləri və həmkarlarını müzakirə etməyi qadağan edib. Avstraliyada da həmçinin müəllim və şagirdlər üçün sosial şəbəkələrdən istifadə etmək qaydaları mövcuddur. ABŞ-ın bir çox ştatlarında müəllim və şagirdlərə sosial şəbəkələrdə ünsiyyət qurmaq qadağası var.

Pedaqoji işçilərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaranana narazılıqları nəzərə alan Rusiyanın Elm və Təhsil Nazirliyi müəllimlərin internetdə korporativ davranışlarına dair qaydaların hazırlanmasına qərar verib. Belə ki, müəllimlərə mümkün qədər sosial şəbəkələrdən istifadə etməmək məsləhət görülür.

Bizim ölkədə internetdən istifadə azadlığı mövcuddur. Heç bir qurum qarşısında sosial şəbəkələrdən istifadədə qaydalar mövcud deyil, Belə ki, internetdən istifadə peşə etikası nəzərə alınmaqla, insanların öz daxili nizamının və davranış qaydalarının öhdəsinə buraxılıb. Düzdür, müəyyən limiti aşma, davranış qaydalarının pozulması hallarına bizdə də rast gəlinir. İctimai qınaq da bəzən aşıb-daşır.

Ancaq sırf müəllim və şagirdlərin davranışlarını tənzimləyəcək qaydalara ehtiyacın olub-olmaması isə hələ ki, bizdə gündəmin mövzusuna çevrilməyib.

Azərbaycan reallığı və mentaliteti nəzərə alınaraq

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, müəllimlər üçün bu cür qaydaların tətbiqi məqsədəuyğundur. Çünki müəllimlər xüsusi kateqoriya işçilərdir: "Müəllimlər gənc nəsillə işləyir və onların nümunələri, davranışları böyüyən nəslin formalaşmasında böyük rol oynayır. Bu baxımdan, görünür, bu gün həyatımızın tərkib hissəsi olan sosial şəbəkələrdə müəyyən qaydaların qoyulmasına ehtiyac var. Konkret olaraq Rusiyada tez-tez müəllimlərin sosial şəbəkələrdə peşə nüfuzu ilə düz gəlməyən, uşaqlara heç də yaxşı nümunə göstərməyən şəkilləri yer alır. Bu isə təbii ki, səhəri gün auditoriyada onların gənc nəsil qarşısında bilik vermələrində, mənəviyyat və mədəniyyət tələb etmələrində ciddi problemlər yaradır". Bizim ölkəmizdə hələ ki, bu tip nümunələrin olmadığını deyən millət vəkili, bununla belə hesab edir ki, Azərbaycan reallığı və mentaliteti nəzərə alınaraq, bu cür qaydaların yaradılması pis olmaz.

Cəmiyyətin hər bir üzvünün məsuliyyəti

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun məsələyə münasibəti fərqlidir. İnternet səhifələrində, sosial şəbəkələrdə etiket qaydalarına riayət olunma məsələsini əslində bütün cəmiyyətin problemi adlandıran professor hesab edir ki, müəllim təbəqəsini sosial şəbəkələrdə davranış qaydalarına riayət etmələri baxımından ayırmaq, başqa bir təbəqəyə öz istədiyi formada davranmağa meydan vermək deməkdir: "Əgər bu davranış qaydalarını yaratmaq istəyiriksə, bununla təkcə müəllim təbəqəsinin qarşısına sədd çəkməməliyik. Bu qaydalar cəmiyyətin bütün təbəqələrinə şamil olunmalıdır. Yəni hər bir kəs davranış qaydalarına bütövlükdə əməl etməlidir. Təkcə müəllim təbəqəsinin sosial şəbəkələrdə etiket qaydalarına əməl etməsi məsələyə düzgün yanaşma deyil. Bu, müəllimin sosial məsuliyyətini artırırsa, çox yaxşı. Onsuz da müəllimlər həmişə sosial məsuliyyəti öz çiynində, əməlində və fəaliyyətində daşıyan bir təbəqədir. Bəs digər təbəqələr? Belə çıxır ki, digər təbəqələr sosial şəbəkələrdə istədikləri formada davrana, etiket qaydalarını poza, istədikləri şəkilləri, informasiyaları paylaşa bilərlər? Mənə elə gəlir ki, bu, cəmiyyəti natamam istiqamətləndirməkdir". Professorun fikrincə, əgər məqsəd bütövlükdə cəmiyyəti bəlli bir davranış qaydalarına cəlb etməkdirsə, onda cəmiyyətin hər bir üzvünü bu məsuliyyətə cəlb etmək lazımdır: "Hansısa bir müəllim etiket qaydasına uyğun olmayan şəkli və ya informasiyanı sosial şəbəkələrdə paylaşırsa, onun kimliyini müəyyənləşdirməyə vaxt sərf etmək artıq işdir. Hesab edirəm ki, cəmiyyətin maariflənməsi üçün onun hər bir üzvü sosial şəbəkələrə diqqətlə və məsuliyyətlə yanaşmalıdır. Ancaq bu qaydalara bir təbəqənin diqqətlə yanaşması ilə bağlı hansısa normaların yaradılması, digər təbəqələrin isə istədikləri formada davranma azadlığı cəmiyyətdə hərc-mərclik yaradar".

Şəxsi həyata müdaxilə?

Astara kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə isə sosial şəbəkələrdə müəllimlər üçün davranış qaydalarının hazırlanmasını insanın şəxsi həyatına və asudə vaxtına müdaxilə hesab edir. Belə ki, söhbət müəllimin dərs zamanı şagirdlərlə davranışında yaranan yanlışlıqların paylaşmasından getmir: "Əgər məsələ belə olarsa, təbii ki, bu, tənqid olunmalıdır. Ancaq Rusiya kimi bir ölkədə fəaliyyət göstərən yüz minlərlə müəllimə bu qadağaların tətbiq olunması absurddur. Biz bu cür qaydalarla Almaniya, Finlandiya kimi təhsil səviyyəsi yüksək olan ölkələrdə rastlaşmarıq. Çünki o ölkələrdə müəllimlərin etik davranış qaydaları kifayət qədər normal olduğu üçün onların şəxsi həyatına qarışmırlar və buna ehtiyac da duyulmur. Ancaq Rusiya kimi tam sivilləşməmiş, hələ də inzibatçılıq və avtoritarlıq sistemi ilə idarə edilməyə cəhd edilən ölkələrdə bu cür qaydaları yaratmağa cəhdləri görə bilərik. Bu qaydaların öz ölkəmizdə tətbiqini təhsil sistemimiz üçün müsbət hesab etmirəm". H.Əlizadə hesab edir ki, belə qaydaların hazırlanması tam olaraq insan hüquqlarının pozulması anlamına gəlməsə də, birbaşa olaraq şəxsi həyata müdaxilə deməkdir: "Sosial şəbəkələrdə dostlara və hamıya açıq paylaşımlar olur. Əgər kimsə təhsillə bağlı uyğunsuz paylaşım edirsə və o, ictimai şəxsdirsə, o zaman təhsilə bağlı qurumlar "Sən bizim cəmiyyətdə ictimai əhəmiyyət kəsb edən şəxssən, paylaşımlarını nəzərə al" - deyə tövsiyə edə bilər. Ancaq belə bir qaydaların tətbiq olunması, ümumiyyətlə, sosial şəbəkələrin fəlsəfəsinə ziddir".

Nə vaxtsa bizdə də belə müzakirələrin meydana çıxacağını və ya sosial şəbəkələrdə davranışla bağlı peşələrə yönələn qaydaların hazırlanacağını söyləmək hələ tezdir. Problemləri gündəmə gətirən zamanın diktəsidir. Bir sıra Qərb ölkələrindən sonra sıranın Rusiyaya çatdığı kimi...

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az