• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
29-05-2026, 18:02

Neft yalnız bu halda sürətlə UCUZLAŞACAQ - Sabiq nazirdən ŞOK AÇIQLAMA

[center]Neft yalnız bu halda sürətlə UCUZLAŞACAQ - Sabiq nazirdən ŞOK AÇIQLAMA[/center]

ABŞ ilə İranın atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutan anlaşma memorandumu ilə bağlı razılığa gəldiyi və İranın nüvə proqramıyla bağlı danışıqların başladığı iddia edilib.

Bununla belə, ABŞ-nin iki yüksək rütbəli rəsmisi və vasitəçilik prosesində iştirak edən regional mənbənin sözlərinə görə, prezident Donald Tramp hələlik sazişə son təsdiqini verməyib.

“Prezident danışıqlar aparanlara işarə etdi ki, o, yekun qərar qəbul etməzdən əvvəl bir neçə gün düşünmək istəyir”, - ABŞ rəsmisi bildirib.

Son saatlarda gərginliyin yenidən artdığı barədə xəbərlər yayılıb. Hörmüz boğazında da stabilləşmə tam şəkildə əldə olunmayıb. Bu vəziyyət isə neft bazarında silkələnmələrə səbəb olur.



Azərbaycanın da iqtisadi maraqlarını nəzərə alaraq, bu mövzu ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifova müraciət etdik.



Eks-nazir Musavat.com-a açıqlamasında bildirdi ki, son anlaşmada İranın nüvə proqramı ilə bağlı məsələnin necə əks olunduğu məlum deyil:

“Bu isə tərəflər arasında ən prinsipial məsələdir. Əldə edilən məlumatlar onu deməyə əsas verir ki, tərəflər arasında bu prinsipal məsələ üzrə hələlik heç bir razılıq yoxdur. Unutmayaq ki, bu müharibənin başlamasının başlıca səbəbi elə İranın nüvə silahına sahiblənməsinin qarşısını almaq idi. Əgər tərəflər indiyə qədər bu prinsipial məsələ ətrafında razılığa gələ bilməyiblərsə, deməli, hərbi münaqişənin bitməsi haqqında danışmaq yersizdir”.

F.Yusifovun fikrincə, nə qədər ki, İranda dövləti SEPAH idarə edir, onun nüvə proqramından imtina etməsi mümkün olmayacaq:

“Yəni SEPAH bu məsələdə sona qədər dirəniş göstərəcək. Heç şübhəsiz ki, ABŞ rəhbərliyi bu gerçəyi çox yaxşı anlayır. Elə o səbəbdən müharibənin bir qədər də uzanmasına şərait yaradır”.

Bəs ABŞ-nin müharibəni uzatmaqda məqsədi nədir?

Sabiq nazir: “Əslində Birləşmiş Ştatlar bir neçə gün ərzində bu müharibəni bitirmək imkanına malikdir. Lakin biz hər dəfə görürük ki, Tramp İrana bir-birinin ardınca “möhlət” verərək müharibənin uzanmasına şərait yaradır. Bu gün Hörmüz boğazını əks tərəfdən bağlayan ABŞ müharibənin vaxtını uzatmaqla iki mühüm məsələni həll etməyi hədəfləyir. Birincisi, Birləşmiş Ştatlar neft satan körfəz ölkələrinə və bu nefti alan digər ölkələrə aydın şəkildə mesajlar verir ki, gəlin, bizim koalisiyaya qoşulun, İranla məsələni birlikdə yekunlaşdıraq!

Bu müharibəni bitirmək üçün ABŞ-nin heç bir ölkənin hərbi dəstəyinə ehtiyacı yoxdur. Lakin ABŞ-yə bu gün beynəlxalq qaydaları pozaraq, İsraillə birlikdə İrana qarşı başlatdığı bu müharibəyə hüquqi don geyindirmək lazımdır. Bu isə o halda mümkündür ki, İrana qarşı ABŞ-İsrail cütlüyü deyil, bütöv bir koalisiya müharibə etsin. İkincisi, ABŞ Hörmüz boğazını bağlamaqla yalnız İranın neft ixracını dayandırmayıb, boğazın bağlanması ilə İranın xarici ticarət əlaqələrinin 80%-dən çoxu kəsilib. Yəni İran bu gün neftdən dolayı heç bir məhsulu Hörmüz boğazı üzərindən nə sata bilir, nə də ölkənin ehtiyacı olan məhsulları idxal edə bilir. Neftin ixracının və digər məhsulların idxal-ixracının bu şəkildə dayandırılması ölkədə ərzaq və digər istehlak məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına səbəb olur. ABŞ Hörmüz boğazını bağladığı gündən bu günə qədər ötən müddətdə İranda elə məhsullar var ki, onların qiyməti 8-10 dəfə və daha çox bahalaşıb. Qiymətlər durmadan hər gün artmaqdadır. Bu vəziyyət çox davam edə bilməz. İranda insanlar yenidən ayağa qalxacaqlar - bunun alternativi yoxdur. Beləliklə, ABŞ Hörmüz boğazını bağlı saxlamaqla eyni zamanda İran daxilində ciddi bir etirazın yaranmasına yol açır. Prezident Tramp isə baş verəcək qarşıdurma zamanı insanların SEPAH-ın başkəsənlərinin qarşısına əliyalın çıxmaması üçün onları silahlandırmaq istiqamətində müəyyən işlərin görüldüyünü açıq şəkildə etiraf edir”.





Neft bazarında nə zaman sabitliyin yaranacağına gəldikdə, Fikrət Yusifov bildirdi ki, dünya bazarlarında neftin qiymətləri yalnız İranla müharibə bitdikdən sonra sürətlə aşağı düşəcək:

“Bunun nə qədər vaxtdan sonra baş verəcəyini dəqiq söyləmək mümkün olmasa da, gedən proseslər onu deməyə əsas verir ki, müharibənin bitməsinə sayılı günlər qalıb”.(Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az