• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
21-03-2026, 13:30

Rektor: Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid strateji baxımdan düzgün qərardır

Rektor: Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid strateji baxımdan düzgün qərardır


"Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul edilən son dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı institusional islahatların mühüm tərkib hissəsidir. Bu dəyişikliklərə yalnız əməkhaqqı mexanizminin yenilənməsi kimi yanaşmaq kifayət etmir. Burada söhbət dövlət idarəçiliyinin keyfiyyətindən, dövlət qulluğunda qaydaların daha aydın və vahid əsasda qurulmasından, peşəkar insan resurslarının dəyərinin daha düzgün ifadə olunmasından gedir".

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev bildirib.
Onun sözlərinə görə, müasir dövlət idarəçiliyi əməkhaqqı sistemində daha aydın quruluşu, vahid yanaşmanı və vəzifə maaşının müəyyənedici rolunu zəruri edir. Məhz bu baxımdan aparılan dəyişikliklər əvvəlki təcrübənin inkarı deyil, yeni mərhələnin tələblərinə uyğun təkmilləşmədir.

Vilayət Vəliyev qeyd edib ki, yeni modelin mahiyyəti məhz əməkhaqqı sistemində formalaşmış mürəkkəbliyi və disproporsiyaları aradan qaldırmaqdan ibarətdir: "Əvvəllər ayrıca əlavələr formasında ödənilən hissələrin aydın və vahid struktur daxilində formalaşdırılması dövlət qulluğunda əməkhaqqı sistemini daha sabit və daha ədalətli edir. Eyni zamanda, maaş sisteminin aydın olması, həm hesabatlılığı gücləndirir, həm də vəzifə ilə ödəniş arasındakı əlaqəni daha şəffaf və məntiqli əsasda qurur. Bu islahatın mühüm tərəflərindən biri də əməkhaqqı sistemində uzun illər ərzində yığılıb qalmış bəzi fərqlərin azaldılması üçün real zəmin yaratmasıdır. Vahid yanaşma gücləndikcə bərabər imkanlar da möhkəmlənir. Dövlət qulluqçularının gəliri daha dayanıqlı və öncədən hesablana bilən xarakter alır. Bu isə təkcə maddi rahatlıq məsələsi deyil. Gələcəyini daha aydın görən, əməyinin necə qiymətləndirildiyini bilən əməkdaş öz peşəkar fəaliyyətində də daha məsuliyyətli, inamlı və dayanıqlı olur".

V.Vəliyev bildirib ki, bu gün əmək bazarı daha dinamikdir, seçim imkanları daha genişdir: "Peşəkar kadrlar isə öz əməyinin harada daha layiqli qiymətləndirildiyinə diqqət yetirir. Belə şəraitdə dövlət qulluğu təkcə ənənə, nüfuz və sabit iş yeri hesabına deyil, həm də rəqabətqabiliyyətli əməkhaqqı sistemi hesabına gənc, hazırlıqlı və peşəkar insanlar üçün real seçimə çevrilə bilər. Xüsusilə gənc kadrlar baxımından bu dəyişikliklərin əhəmiyyəti böyükdür. Əvvəlki modeldə ümumi gəlirdə müxtəlif əlavələrin xüsusi çəkisinin yüksək olması bəzi hallarda dövlət qulluğuna yeni qəbul olunan şəxslərin mövqeyini nisbətən zəif göstərirdi. Yeni model isə peşəkar inkişaf yoluna yeni başlayan mütəxəssisə daha aydın perspektiv təqdim edir. Bu yanaşma dövlət xidmətinə təkcə bu günün deyil, sabahın kadrını cəlb etmək baxımından da mühüm əhəmiyyət daşıyır".

Rektor vurğulayıb ki, məhz bu məqamda ali təhsil mühitinin rolu ayrıca qeyd olunmalıdır: "Bu dəyişikliklər ali məktəblərdə təhsil alan, gələcəyini dövlət sektorunda qurmaq istəyən gənclər üçün mühüm siqnaldır. Dövlət qulluğunda daha şəffaf və proqnozlaşdırılan əməkhaqqı modelinin formalaşması bugünkü tələbə üçün bu sahəni daha cəlbedici və perspektivli karyera istiqamətinə çevirir. Hesab edirəm ki, dövlət qulluğunda aparılan islahatlar universitetlərin yetişdirdiyi gənc kadrların dövlət qulluğunda çalışmaq üçün motivasiyasını gücləndirən vacib addım kimi də dəyərləndirilməlidir. Eyni zamanda, bir vacib həqiqət də ondan ibarətdir ki, əməkhaqqının səviyyəsi, strukturu və müəyyən olunma qaydası real ehtiyacları və nəticəyönümlü xidməti əks etdirmirsə, bu, təkbaşına xidmət keyfiyyətini yüksəltmir. Başqa sözlə, məsələ yalnız maaşın artmasında deyil, maaşın düzgün qurulmuş sistemə çevrilməsindədir".
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kontekstində də yeni modelin əhəmiyyəti kifayət qədər böyükdür: "Azərbaycanda bu sahə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və burada hüquqi, institusional və inzibati tədbirlər ardıcıl şəkildə gücləndirilir. Beynəlxalq təcrübə isə göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız nəzarət və cəza mexanizmləri ilə məhdudlaşmır. Sağlam əməkhaqqı sistemi də burada mühüm preventiv rol oynayır. Lakin bu məsələdə sadə qənaətlə kifayətlənmək olmaz. Məsələn, Çin üzrə aparılmış empirik araşdırma göstərir ki, dövlət sektorunda əməkhaqqının aşağı olduğu şəraitdə maaş artımı korrupsiya meyllərinin azalmasına təsir göstərə bilir. Amma maaş müəyyən yüksək həddə çatdıqdan sonra artıq təkcə stimullaşdırma kifayət etmir, "nəzarət və cəza" mexanizmləri də paralel işləməlidir. Bu baxımdan Sinqapur, Honq-Konq, Estoniya, Latviya, Sloveniya, Gürcüstan və bir sıra digər ölkələrin təcrübəsi də diqqətəlayiqdir. Bu təcrübələr göstərir ki, dövlət qulluğunda əməkhaqqı siyasətinin sağlamlaşdırılması təkcə sosial rifah məsələsi deyil. Bu, eyni zamanda peşəkar kadrların cəlbi, dövlət xidmətində şəffaflığın möhkəmlənməsi, ictimai etimadın artması və idarəetmənin ümumi keyfiyyətinin yüksəlməsi ilə birbaşa bağlıdır. Bir sıra Avropa ölkələrində də son illər çoxqatlı və mürəkkəb maaş strukturlarının sadələşdirilməsi, vəzifələrin təsnifatına əsaslanan vahid yanaşmanın gücləndirilməsi təsadüfi deyil. Bu, müasir dövlət idarəçiliyinin tələbidir".

V.Vəliyev qeyd edib ki, dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid vaxtında qəbul edilmiş, strateji baxımdan düzgün və zəruri qərardır: "Bu dəyişikliklər əməkhaqqı sistemini daha aydın və daha dayanıqlı edir, sosial müdafiəni gücləndirir, peşəkar kadr siyasətini möhkəmləndirir, dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətini artırır və korrupsiyaya qarşı mübarizəyə əlavə institusional dayaq yaradır. Ən başlıcası isə budur ki, dövlət qulluğunda əməkhaqqı sistemində aparılan yeniliklər idarəetmədə aydın qaydaların, sabit təminatın və ədalətli yanaşmanın möhkəmlənməsinə xidmət edir. Bu dəyişikliklər sosial müdafiəni gücləndirməklə yanaşı, peşəkar kadr siyasəti üçün sağlam zəmin yaradır. Eyni zamanda, ali təhsil mühitində formalaşan gənc mütəxəssislər üçün dövlət qulluğunda anlaşıqlı və proqnozlaşdırılan institusional çərçivənin formalaşmasına şərait yaradır".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az