• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
18-03-2026, 13:35

Seymur Məmmədovun əlində müəmmalı iki ölüm-Onu kim qoruyur?

Seymur Məmmədovun əlində müəmmalı iki ölüm-Onu kim qoruyur?


Azərbaycan səhiyyə sistemində ciddi suallar doğuran növbəti qalmaqallı vəziyyət ortaya çıxıb. Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləğv edilmiş həkim Seymur Məmmədovun hələ də plastik cərrahiyyə əməliyyatları həyata keçirməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar narahatlıq doğurur.Fəaliyyəti rəsmi qaydada dayandırılmış bu şəxs hazırda “Kəpəz Hospital”da əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Bu isə bir neçə qanunun açıq şəkildə pozulması deməkdir.
Məsələ ilə bağlı Mediatv.az xəbər portalı adından həm Əmək Müfəttişliyinə, həm də Vergi Xidmətinə rəsmi sorğular ünvanlanıb. Sorğuların biri elektron, digəri isə kağız daşıyıcı vasitəsilə göndərilib. Son müraciət 15 yanvar 2026-cı il tarixində edilsə də, artıq iki aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.Bu isə artıq “İnformasiya əldə etmək haqqında” Qanunun açıq şəkildə pozulmasıdır.

Bu susqunluq nə ilə izah olunur?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi olmadan işə cəlb etmə qanun pozuntusudur və inzibati məsuliyyət yaradır.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb olunması qadağandır və bu, inzibati məsuliyyət yaradır. Lakin görünən odur ki, bu norma sadəcə kağız üzərində qalıb. Bununla yanaşı, Vergi Məcəlləsinin tələblərinə görə qeydiyyatsız və uçotsuz sahibkarlıq fəaliyyəti qanunsuz sayılır və ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Əgər bir şəxs tibbi xidmət göstərir, lakin vergi uçotunda bu fəaliyyət əks olunmursa – bu artıq kölgə iqtisadiyyatı deyil, açıq qanun pozuntusudur. Ən təhlükəlisi isə odur ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, müvafiq ixtisas və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətlə məşğul olması qəti şəkildə qadağandır. Sertifikatı ləğv edilmiş bir şəxsin əməliyyat aparması isə hüquqi baxımdan qanunsuz tibbi fəaliyyət, daha ağır nəticələr olduqda isə cinayət məsuliyyəti yaradır. Bütün bu qanun normalarına baxmayaraq, Seymur Məmmədov fəaliyyətini davam etdirir və aidiyyəti qurumlar buna göz yumur.Daha dəhşətlisi isə odur ki, bu məsələ sadəcə kağız üzərində qalan qanun pozuntusu deyil – artıq ölüm faktı ilə müşayiət olunan bir hadisədir.Xatırladaq ki, ötən il də Seymur Məmmədovun adı iki ayrı-ayrı ölüm hadisəsində hallanmışdı. Belə bir hadisədən sonra nəzarət mexanizmlərinin daha da gücləndirilməsi gözlənilirdi. Lakin görünən odur ki, vəziyyət dəyişməyib.Sual yaranır:Səhiyyə Nazirliyi, Əmək Müfəttişliyi və Vergi Xidməti niyə susur,qanunlar niyə tətbiq olunmur,vətəndaşların həyatı kimə əmanət edilib? Və ən əsası – növbəti faciə üçün kim məsuliyyət daşıyacaq?Əgər dövlət qurumları bu cür açıq qanunsuzluqlara reaksiya vermirsə, bu artıq sadəcə səhlənkarlıq deyil – ictimai təhlükəsizliyə biganə yanaşmadır.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.//Mediatv.az//
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az